Allah saxlamışlar

Allah saxlamışlar

Deməli, 2017-ci il dünya iqtisadiyyatının 3.5% böyüyəcəyi proqnozlaşdırılır. 2016-cı il xatırladım ki, 3.2% idi. Neftin dünya qiyməti isə 2017-ci il üçün 41 dollar proqnozlaşdırılır. Bizə ən yaxın Türkiyə bazarı vacib iqtisadi parametrlərə görə 2016-cı ildən daha aşağı nəticələr göstərəcək. Rusiyada isə 0.8%-lik böyümə ehtimal edilir. Yəni bu nə deməkdir?! O deməkdir ki, heç nəyi gözləməyin. Artıq hərəkətə keçin, daha rəqabət qabiliyyətli işçi olun, rəqabət qabiliyyətli məhsul çıxarın, daha professional olmaq üçün əlinizdən gələni edin. Çünki hələ gələn il də dünya və yaxın ətraf bu cür olacaq. Nəyəsə ümid bəsləməkdənsə, elə bugündən dəyişməyə başlayın.

Məsələn, mən ölkədə tətil günlərinin sayını azaldardım. 360 günün az qala 125 günü qeyri-iş günüdür. Türkiyə iş günlərinin artırılması müzakirə edilir, məsələn. Siz necə düşünürsünüz?! – Bu cümlələri bugün facebookda marketinq azərbaycan qrupunda yazdım. Gələn şərhlərdən çıxan ortaq fikir belə idi ki, əksəriyyət tətil günlərinin azaldılmasını istəmir. Kəmiyyət deyil, keyfiyyətə üstünlük verək deyir və s. Mən bu bloqda qısaca olaraq fikirlərimi Sizinlə bölüşəcəm.

Əvvəla onu deyim ki, ölkədə bayram günlərinin şənbə-bazara düşərkən onun irəli çəkilməsinin məntiqini başa düşmürəm. Bayram günü əla, hamı kimi biz də bayramda doğmalarımızla olmaq istəyirik. Amma bu gün şənbəyə təsadüf edəndə nə olur ki? Bayram sayılmırmı?! Ölkədə nə qədər adam Allahdan dua edir ki, bayram həftəsonuna düşsün, bir az daha çox istirahət etsinlər. Mən əksinə işçilərin loyallığına fikir vermənin tərəfdarıyam. Bu haqda ətraflı bloqum da olub. İstəyən axtarıb tapıb oxuya bilər. Amma bir məsələ var ki, indi durum bir az fərqlidir. Müşahidələrim mənə onu deməyə əsas verir ki, ölkədə hamı bəlkə də başa düşüb ki, daha heç nə əvvəlki kimi olmayacaq. Amma hamı yox, 20% insan belə bəs necə çıxaq bu işin içindən deyə düşünmür, axarına buraxıb sanki. Bir az da EQO var axı. Adamlar x yaşdan sonra filan şeyi etsəm mənə nə deyərlər deyib oturub. Nəyi gözləyirik ki?!

Məsələn, marketinq menecer. O indi daha çox oxumalıdır, özünü inkişaf etdirməlidir. Bir az boş vaxtından kəsib təhsilə vaxt ayırmalıdır. Lap 35 yaşında da zəif bildiyin nə varsa, onu güclü biləndən öyrənməlisən. Bunu indi utancla qarşılayırsansa, sabah səhnədən itəndə daha pis utanacaqsan. Necə ki, çoxları itib amma xəbərləri yoxdur. Bəlkə də var, amma özünü o yerə qoymur. İş vaxtının artırılmasına razı olmayanların çoxunun istirahət günlərini araşdırsaq, effektiv və faydalı istirahətin faiz payı çox aşağı çıxacaq. İstirahət günündən istifadə edib əlavə 1 kitab oxuyan, əlavə 1 tədbirə gedən, əlavə ….. nəsə edən nə qədər adam var ki. Bu adamlara həftənin 5 gününü də bayram versən, heç nə dəyişməyəcək. Təbii ki, burada heç kimin haqqına da girmək istəmirəm. Sözüm yalnız “səhər axıra, axşam naxıra prinsipi ilə gedənlərədir”.

Həyatda istənilən uğursuzluq üçün min cür səbəb ola bilər, amma bir tək bəhanə belə ola bilməz. Çalışın səbəbin nə olmasından asılı olmayaraq özünüzə haqq qazandırmağa çalışmayasınız. Dəyişmək lazımdır. Boşluqları doldurmalıyıq. Təhsilimizdə boşluğumuz varsa, tamamlamalıyıq. İşimizdə çatışmazlıq varsa, bunu hiss ediriksə, dərin təhlil edib çıxış yolunu tapmalıyıq. Məhsulumuzda, xidmətimizdə  problem varsa, mütləq dəyişməli, dəyişdirməliyik. Ya yanaşmamızı, ya da məhsulumuzu, xidmətimizi dəyişməliyik. Müştərilərini tanımayan şirkətlər – tanıyın onları. İndi Siz onlardan daha çox asılınız. Araşdırmaya pul ayırmaq lazımdır. İndi hər 1 manat dəyərlidir. Daha heç kim Sizə makler qohumunuzu misal göstərə bilməyəcək. Çünki əvvəlki kimi onlar da yaxşı qazanammır. Vaxtında balıq tutmağı öyrənənlərin dövrü gəldi. Sən o dövrə hazırsanmı?! Düşün. Nəyin əskikdir? Bunu ki, sən hamıdan yaxşı bilirsən. Çox maraqlı vaxt idi. Ölkədə insanlar ancaq qazandıqları pullara görə müqayisə edilirdi. Amma heç kim, bizi ən çox sevən valideynlərimizə də bəlkə misal göstərdikləri adamın pulu necə qazandığı önəmli deyildi. Zəhmətli işi görüb uzun vədədə 2 manat qazanmaq yerinə, qısa müddətdə əlinin papağını vəlinin, vəlininkini də fırlatmaqla 5 manat qazanmaq varkən, niyə də zəhmət çəksin ki… Bitdi. Bugün n qədər adam hər gün yazır, soruşur ki, nəyi oxusam kömək olar, bu obyekti nə kimi işlətsəm yaxşı olar və s. Tikəndə amma düşünməmişdi, o vaxt desəydin ki, gəl indidən düşünək də nə edəcəksən, deyərdi ki, sən illərin biznesmeninə ağılmı öyrədirsən. Mən marketinqsiz də bu yerlərə gəlmişəm. Ok, buyur o zaman, hodri meydan 🙂

Gündə nə qədər saat başqa-başqa şeylərə ayırırıq. Bir saat da özümüzə ayıraq düşünək. Ancaq özümüz haqqında. Zəif yerlərimizi bilirik, onu düzəltməyin yolları da açıq-aydın məlumdur. Elə isə gözləməyin adı yoxdur. İndi hərəkətə keçmək lazımdır. Fikrim dağınıqdır. Amma bu bloqu da bugün Capital jurnalını oxuya-oxuya yazmaq qərarına gəldim. Əvvəl də dediyim kimi rus və türk jurnallarından hər ay alıram, demək pis çıxmasın ədədlə yox a, kilo ilə. Oxuduqca onlara çox paxıllıq edirəm, bəlkə də qibtədir bu. Balaca şirkətindən böyüyünə kimi hamı fikrini paylaşır, bir-birini təndiq, təhqir etmir. Fikirləri “tartışmır”, demotivə etmir. Statistika da öz yerində. Oxuduqca hər şey sənə gün kimi aydın olur. Biz isə qalmışıq 2-3 facebook analitiklərinin, iqtisadçılarının əlində. Biri bir iş görmür, görəni də gördüyünə peşman edəcək kapasitədə olan nə qədər “allah saxlamış” insanlarımız var.

Siz ciddiyə almayın, amma bir gün müxtəlif sektorlara aid forumların, təlimlərin faydasını çox görəcəksiniz. O gün bəlkə də bugündür. Bu tip tədbirlər paylaşma mühiti yaradır. Hərə çəkilib öz ofisində özünü kral hesab edir. Özündən deyən nə qədər adamın səhnədə tutulduğunu gördü bu gözlər. Çətindir, Sizə asan gəlməsin. Bilmək qədər, bildiyini paylaşmaq da çətindir. Deyir bir ölülər, bir də dəlilər fikrini dəyişmir. Dəyişmiriksə, biz hansındanıq görəsən??!!

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Zəhmətli işi görüb uzun vədədə 2 manat qazanmaq yerinə, qısa müddətdə əlinin papağını vəlinin, vəlininkini də fırlatmaqla 5 manat qazanmaq varkən, niyə də zəhmət çəksin ki... Bitdi.

Həmçinin oxuya bilərsiniz

İntervyular 0 Comments

Azərbaycanda marketinq (müsahibə)

Dostlar, bu yaxınlarda Azpublika saytı üçün MBA-dan tanıdığım tələbələrdən olan Aysel xanımın təşəbbüsü ilə söhbətləşdik. Mövzumuz isə ümumən marketinq, Azərbaycanda marketinqin hazırkı vəziyyəti haqqında idi. İstədim həmin müsahibəni bloq oxucularımızla da

Köşə yazıları 0 Comments

3 qaranın sirri – Marketing AİR

2003-cü ildə biləndə ki, universitetdə marketinq ixtisasına düşmüşəm, açığı bir az da kədərlənmişdim. O illər menecment daha dəbli idi. Ələxsüs də mən, 1 bala görə menecmentə deyil, marketinqə düşmüşdüm. Həmin

Köşə yazıları 0 Comments

Yazmaq necə hissdir?

Əslində niyə yazıram, özüm də bilmirəm. Məni buna məcbur edən də yoxdur. Bunu məndən xüsusi şövqlə istəyən də. Qəribə hissdir. Bir də görürsən, nəsə gördün, nəsə oxudun və bundan sonra

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın