Azərbaycan taksit bazarı və taksit kartları haqqında sorğunun nəticələri

Son 1 ildir bank sektorunda yaşanan canlanmada böyük payı taksit sisteminin tətbiqi tutub. 5 bank artıq sistemi tətbiq etməkdədir. İlk olaraq isə İdeal və Bank of Baku bir yerdə 2011-ci ilin mart ayında bu işə start verib. Bu haqda Marketer Məhərrəm yazılarının birində ətraflı qeyd edib. Artıq aşağı-yuxarı 2 ildir ki, bazarda tətbiq olunan bu yenilik haqqında çox danışmaq olar. Amma mən bu dəfə fərdi təhlildən daha çox statistik göstəricilərə və ekspertlərin öz fikirlərinə yer vermək istərdik. 
Belə ki, bildiyiniz kimi bu yaxınlarda Azərbaycanın ilk marketinq televiziyası olan FMR TV-də Bank of Baku, Unibank və ASB-dən olan ekspertlərlə birlikdə taksit sisteminin yenilikləri, problem və üstünlükləri haqqında danışdıq. Aşağıda Siz həmin verilişə tam olaraq baxa bilərsiniz.

Taksit sistemi üzrə daha bir maraqlı araşdırmanı isə Facemark.az-ın facebook səhifəsində apardıq. Orada fanlara “Hansı taksit kartından istifadə edirsiniz” deyə sual etdik. Çox maraqlı və indiyədək keçirdiyimiz sorğulardan fərqli nəticə əldə etdik. Beləliklə; 
Hansı taksit kartından istifadə edirsiniz? 
Nəticə: Sorğuda toplam 4839 səs verilib. Sorğunu isə ümumilikdə 118901 insan isə facebookda bu sorğunun keçirildiyini görüb. 1812 bəyənmə və 435 şərh qeydə alınıb. 
1-ci yer Bolkart (BOB) – 2533 səs / 52.3% 

2-ci yer Albalı (Unibank) – 1093 səs / 22.5% 

3-cü yer Worldcard (Yapıkredi) – 810 səs / 16.7% 

4-cü yer Aykart (DəmirBank) – 253 səs / 5.2% 

5-ci yer Extracard (ASB) – 150 səs / 3% 
Yazılan 435 şərhdə də fərqli cavablar var. Belə ki, facebookun sorğusu imkan vermədiyindən HEÇ BİRİ variantını qoya bilmədik. Cavablarda “heç biri” variantı qeyd edənlər də çoxdur. 
Bundan əlavə maraqlı xüsusiyyət əksər şərh yazanın 2 kartı parallel istifadə etməsidir. Bunlar əsasən Bolkart və Albalı kartdır. Hətta 3 kartı bir yerd istifadə edən və ya 2-ni bir yerdə istifadə edib 3-cü taksit kartını da əldə etmək istəyənlər var. 
Təhlil: Sorğudan da gördüyünüz kimi 1-ci yerdə ən yaxın rəqibindən 2 dəfə öndə olan Bolkartdır. Bu hardasa həm də gözləniləndir, artıq 66 minə yaxın Bolkart istifadəçisi var və Bolkart İdeal və Bank of Baku ortaq layihəsindən sonra çıxan və bir müddət bazarda tək fəaliyyət göstərən taksit kartı olub. Qısa müddətdə buraxılmasına baxmayaraq Albalı kartın sürətli addımı rəqabətin qızğın olduğuna sübutdur. Hətta bir çox məqamlarda inkişaf tempinə görə Albalı Bolkartı da qabaqlayır. Mərkəzi Bankın məlum qərarı taksit sisteminin yayılmasına mənfi təsir etdiyindən dinamik yayılmada artıq axsamalar və ya əvvəlki tempdən azalmalar var. Bu iki kartı xüsusilə ticarət mərkəzlərində aktiv görürdük. Daha operativ olma baxımından Albalı və Bolkart xüsusi fərqlənir. 3-cü yerin sahibi olan Worldcard-ın hazırkı səsvermədə yerini də gözlənilən saymaq olar. Bu kart haqqında onu demək olar ki, digər taksit kartlarından fərqli olaraq daha funksional və geniş miqyaslıdır. Ayrılan marketinq büdcələr və reklam strategiyasında sistemlilik baxımından digərlərindən fərqlənir. Amma açıq-aşkar görülən işlərin tanıtımı, PR qolu axsamaqdadır. Son 1 ayda bu problemi də sezib həllinə doğru addımlar atıldığı hiss olunur. Artıq mətbuatda daha tez-tez görməyə başlayırıq. Ekspertlərin bir çoxunun rəyinə əsasən potensial lider olmağa yaxın 1-2 ildə Worldcard daha yaxındır. Yaxın 1 ildə isə meydan Bolkart və Albalı arasında mübarizəyə şahid olacaq. Artıq təkcə taksit kartları arasında yox, partnyorlarla bağlı da rəqabət müharibələri getməkdədir. Extracard və Aykart isə digərlərindən əhəmiyyətli dərəcədə aktivlikdə geri qalır. Kənardan isə daha çox korporativ yayıldığı görüntüsü verir. Buna baxmayaraq məsələn, Extrakartın bonus kimi mütərəqqi və faydalı xüsusiyyəti var ki, məsələn, bu Bolkartda yoxdur. Daimi nağdlaşdırma imkanı isə limitli olsa da Worldcard-da digərlərindən fərqli olaraq var. 
Ümumilikdə sonda ən mühüm 3 nüansı vurğulamaq istərdik: 
– Taksit sistemləri pərakəndə sektorunu olduqca inkişaf etdirdi və etdirəcəkdir. 
– Sektor inkişaf etdikcə marketinq mühiti və marketinqin vacibliyi daha çox hiss olunur. Çünki ağıllı marketinq strategiyası olmadan böyük pullar havaya sovrula bilər. 
– Bu nüans isə bir az qorxuludur. Belə ki, yazılan şərhlərdə də gördüyünüz kimi insanlar hələ kredit, taksit kartlarından istifadədə tam məlumatlı deyillər. Bir müddət sonra yetərincə olmayan məlumatsızlıq ödəmələrdə gecikmələrə, ailə büdcəsində problemlərə və hətta ən pis halda borc ödəyə bilməmə səbəbindən ailə münaqişələrinə, intiharlara belə səbəb ola bilər. Bu səbəbdən bütün bankların maarifləndirmədə bir yerdə iştirak etmələri zəruridir. 
Facemark.az və Facemark.tv olaraq bundan sonra da bu tip araşdırmalarda görüşmək ümidi ilə…
Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Biznes 0 Comments

Böhranda nələr başqa cür olmalıdır? (I hissə)

Təbii ki, son zamanların gündəm mövzusu neft və böhrandır. Heç kimə həm də sirr deyil ki, bu böhran bizim qapımızı da döyüb. Ölkədaxilində böhran sözünü əsasən “iqtisadi çətinlik” kimi tələffüz

Biznes 0 Comments

Böhranda nələr başqa cür olmalıdır? (II hissə)

Ötən yazımızda  böhranda diqqət etməli olduğumuz nüanslardan bir neçəsi haqda yazmışdıq. Bu gün də mövzunun davamı olaraq daha bir neçə amilləri sadalamaq istərdim. Bir daha xatırladım ki, sadalanan amillər taktikidən daha

Biznes 0 Comments

Şəkilsiz yazılar seriyası #6 -Hərəkət düşüncələrimizin davamıdır

Henri Ford deyirdi ki, “bir şeyi edə biləcəyinizi və ya edə bilməyəcəyinizi düşünürsüzsə, haqlısınız”.   İnsan həqiqətən nə düşünürsə, hərəkətləri düşüncəsinin davamı olur. “Niyyətin hara mənzilin ora” misalı. Pozitiv düşünsək,

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın