Böhranda gəliri artırmağın 3 sadə yolu

Böhranda gəliri artırmağın 3 sadə yolu

Son zamanlar kimlə söhbət edirəmsə, bir mövzu müzakirə edilir – “Necə edək ki, bu durumdan çıxaq?” Nə sual, nə sualın mahiyyəti elə qısa deyil ki, qısa cavablar verəsən. Əslində verdiyim cavablar özü də müzakirə predmetidir. Dostlarla etdiyimiz bir çox müzakirə və mübahisələrdən sonra belə qərara gəldik ki, bugünkü gündə həll yolunun hamımız bildiyi 3 qısa versiyası var. Gəlin. görək nədir onlar?!

1. Satış tezliyinin artması

2. Qiymətlərin qalxması

3. Yeni müştərilərin qazanılması

Satış tezliyinin artırılması

Başlayaq ilk – satış tezliyinin artmasından. Bəli, indiki vaxtda öncəkindən daha çox satmalıyıq ki, dövriyyədən qazanaq. Amma bir məsələ də var ki, satışı tez-tez eləmək ya bir nəfərə ortalama çox satmaqdır, ya da yeni müştəriyə satmaqdır. Yeni müştəriyə satma ayrı bir bacarıq və bənd olduğu üçün o haqda danışacağıq. O zaman bir müştəriyə daha çox, daha tez-tez satmaq istəyiriksə, o müştərini cəlb edə biləcək aktivliyə ehtiyacımız var. Bu aktivlik həm keçirilən satış kampaniyalarının müştərilərçün sərfəli olması, həm də aktivliyin kreativinin müştərinin emosional hissinə toxuna biləcək gücündən asılıdır. Deməli, biz nə etməliyik? Müştərini yormayan kreativ mesaj, mətn, konseptli aktivliklər etməliyik və eyni zamanda keçirilən kampaniyalarda dürüstlüyü maksimum qorumalıyıq.

Qiymətlərin qaldırılması

2 devalvasiyadan sonra qiymətlərin artmamasını gözləmək sadəlövlük olardı. Bir müddət administrativ yollarla qarşısı alınmağa çalışdı, amma uzun çəkmədi. Çünki xaricdən daha çox asılı olan bazarımız bu halda necə qiyməti artırmaya bilərdi ki? Kar marjası yüksək olan məhsullar bəlkə də artırmaya bilərdilər, amma ortalam 100%-dən çox net kar marjası olan nə qədər məhsul var ki, bazarda?! Qiymətlər parallel olaraq artdı. Bir çoxları kar marjasını qorumaq, hətta bir az da artırmaq üçün qiymətləri lazım olandan da bir az artıq artırdı. Bu da qısa zaman kəsiyində sizə bəlli qazancı təmin edə bilər. Amma məhsulunuza alternativ eyni keyfiyyətdə daha ucuz mal varsa, tezliklə bazar payınızı da itirəcəksiniz. Yəni qiyməti artırarkən yeganə etdiyiniz şey ancaq qiyməti qaldırmaqdırsa, bu bir az risklidir. Qiyməti artırarkən müştəriyə necə əlavə dəyər verə biləcəyinizi də düşünün. Bu yol mütləq var.

Yeni müştərilərin qazanılması

Düşünürəm ki, bu yol ən düzgün və uzunmüddətli gəliri təmin edən yoldur. Həm yeni müştərilərin qazanılması, həm mövcud müştərilərin loyallığının möhkəmləndirilməsi çox effektiv olar. Çətin iqtisadi şəraitdə bazar kiçilir, amma kiçilsə belə, kiçilən pay da rəqiblər arasında bölünür. Bu zaman Sizin də bazar oyunçusu kimi payınız proporsional kiçilir, amma bu halda loyal müştəriləriniz sayəsində ən pis halda bazarın kiçilmə faizindən daha çox kiçilməyib özünüzü bazarda saxlayacaqsınız, yaxşı halda isə loyal müştərilər və yeniləri effektiv cəlb etmə üsulu ilə rəqiblərinizin payından “oğurlayacaq”sınız.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Dostlarla etdiyimiz bir çox müzakirə və mübahisələrdən sonra belə qərara gəldik ki, bugünkü gündə həll yolunun hamımız bildiyi 3 qısa versiyası var.

Həmçinin oxuya bilərsiniz

Biznes 0 Comments

Facemark.az-ı 11-ci ilində rebrendinq etdik

Bu il yaranmasının 11-ci ilinə qədəm qoyan Facemark.az -ın rebrandingini tamamladıq. Bir neçə günə sayt daxil bütün vizual stilistika yenilənəcək. Bu il onlayn biznes portalı olaraq bazarın önəmli üzlərindən biri

Biznes 0 Comments

İŞDƏ SİYASƏT – I HİSSƏ

Siyasət haqqında fikirlər müxtəlifdir. Var real siyasət, biri də var gündəlik həyatımızdakı siyasət. Bu situasiyaların hər birində sözün özü müxtəlif mənalar verir. Bu yazıda mən iş yerində olan siyasətdən, onun

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın