EURO2016-nın 18 sponsoru nə qədər ödəyib?

Bu günlər mövzu ancaq futboldur. EURO2016 UEFA Avropa Çempionatı düz 10 iyula kimi də gündəm olacaq. Bu gün balaca bir araşdırma edib EURO2016-nın marketoloqlara maraqlı ola biləcək yanlarından yazmaq istəyirəm. Bu yazıda Siz EURO2016 sponsorları, sponsorluq gəlirləri, vizuallar və digər reklam elementləri haqqında məlumat ala biləcəksiniz.

Bir az statistika:

Bu il 24 komanda 1 ay ərzində 51 oyun keçirəcək. 10 şəhər komandaları öz stadionunda salamlayır. Toplam 2.5 milyon insan futbolu stadiondan izləyəcək. Təxmini hər oyunu televiziyadan minimum 150 milyon insan izləyəcək deyirlər. 24 milli komandanın oyunçularının toplam dəyəri 5.1 milyard yevrodur. 2.5 milyon bilet çap edilib. Ortalama bir bilet 200 yevrodur. Dünya üzrə 120 kanal oyunları canlı yayımlayır. Turnirin qalibi olan komanda 27 milyon yevro qazanacaq. Turnir boyu hər qalibiyyət 1 milyon, bərabərlik isə 500 min yevro qazandıracaq. Özlərinə qismət, babat rəqəmlərdir 🙂 Bu arada turnirin ən çılğın azarkeşləri türklər və italyanlar hesab edilir.

EURO2016 brendi

Əvvəla başlayaq loqodan. 26 iyun 2013-cü ildə ilk dəfə gördüyünüz loqo ictimaiyyətə təqdim edilib. Loqonu Portuqaliya agentliyi olan Brandia Central hazırlayıb. Agentliyin saytına da göz gəzdirəndə görürük ki, bir çox turnirlərin loqotipləri də bu agentliyə məxsusdur. Loqo özü fransa bayrağının rənglərinin kombinasiyasından hazırlanıb. Turnirin sloqanı isə – Le Rendes-Vous. Maskotun adı isə UEFA-nın saytında 50 min səslə qalib olan Super Victor-dur. Turnirin musiqisi isə David Guetta və Zara Larsson-dan “This One`s For You”-dur.

UEFA və Fransa sponsorluqdan nə qazanacaq?

Qlobal sponsorlara -Carlsberg Group, Adidas, Coca-Cola, Continental, Hisense, Hyundai-Kai, McDonalds, Orange, SOCAR, Türk Hava Yolları daxildir. Turnirin əsas və yerli sponsor sayı birlikdə 18-dir. Rəsmi sponsorlar isə yuxarıda gördüyünüz kimi 10-dur.

Bu il UEFA indiyə qədərki çempionatlardan daha çox, yəni 1.9 milyard yevro qazanacaq.  Bölgü isə aşağıdakı kimidir:

  • Brend sponsorluq gəlirləri – 400 milyon yevro
  • Bilet satışı – 500 milyon yevro
  • Televiziya yayım haqqı – 1 milyard yevro
  • Fransanın turistlərdən əldə edəcəyi gəlir – 1.3 milyard yevro + 788 milyon yevro alış-verişlər + 195 miyon yevro turnir boyu ediləcək tədbirlərdən gələcək.

Qeyd edək ki, Fransa turnirin təşkilinə 1.5 milyard yevro xərcləyib.

Yəqin ki, Sizə də maraqlıdır ki, sponsorluq qiymətləri görəsən neçədir. Nəzərə alsaq ki, toplam 18 sponsora 400 milyon yevro gəlir var, o zaman proporsional bölsək bu xərc ən minimum 22.2 milyon yevrodur. Lakin 10 ana sponsor var və düşünürəm ki, bu sponsorlar ümumi sposnorluq büdcəsinin bir yerdə 80%-i edir. Belə olan halda, 400 milyon x 80%= 320 milyon : 10 ana sponsor = 32 milyon.

Qısası anladıq ki, EURO2016-da SOCAR-ın da ana sponsorlardan olduğu yarışmada ana sponsor qiyməti 20-30 milyon yevrodan az deyil. Futbol dünyada ən çox izlənilən idman yarışıdır. Araşdırmalara görə reklamlarında futbolla bağlı elementlər olan videolar digər adi videolardan minimum 22% çox baxış alır. Ona görə rəqəmlərin də belə yüksək olması bir az normal gəlir. Brendlərin dünya səviyyəsində tanınması üçün də belə çempionat ideal fürsətdir təbii ki.

Artıq Almaniya-Ukrayna oyunu da başladı. Fasilədə bu yazını oxuyarsınız. 🙂

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 430 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Qlobal sponsorlara -Carlsberg Group, Adidas, Coca-Cola, Continental, Hisense, Hyundai-Kai, McDonalds, Orange, SOCAR, Türk Hava Yolları daxildir. Turnirin əsas və yerli sponsor sayı birlikdə 18-dir. Rəsmi sponsorlar isə yuxarıda gördüyünüz kimi 10-dur.

Həmçinin oxuya bilərsiniz

Digital 0 Comments

Məşhur SİMA

Həyat çox sürətlidir. Dalınca qaçırsan, bir də görürsən ki, qaçdığın tərəf dəbdən düşüb. Məsələn, ilin əvvəli oxumuşdum ki, dünyanın yeganə 1 trilyon dollarlıq bazar dəyəri olan şirkəti Apple-dir. O vaxt

Satış 0 Comments

“Böyüt sat” prinsipi

Bu yazıda mövzumuz şirkətlərin inkişaf strategiyası və həyatlarının müxtəlif dönəmlərində alınıb-satılmasıdır. Daha doğrusu böyümək, daha dayanıqlı, sağlam böyümək üçün strateji addımlardan sayılan, kobud ifadə edəsi olsam, “böyüt sat” prinsipindən yazacam.

Marketinq 0 Comments

Statistikanın yanı…

Millətin yarısından soruşsan ki, statistika deyəndə ağlına nə gəlir, deyəcəklər ki, “astanovka”. Bəli, “statistikanın yanı” sərnişinlər, taksi və avtobus sürücüləri üçün ancaq dayanacaqdır. Halbuki, düzgün statistika biznes və cəmiyyət üçün

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın