Facemark.az-da video postlar seriyasına başladıq

Facemark.az-da video postlar seriyasına başladıq

Dostlar, bildiyiniz kimi hazırda rəqəmsal dünya daha sürətlə inkişaf edir. Digər ənənəvi medialar 2-3% civarında yaxşı halda inkişaf edirsə, rəqəmsal alətlər illik 10% civarı artım göstərir. Trend də artmağa doğru gedir. Ölkəmizdə də sosial media, rəqəmsal alətlərin istifadəsi gün-gündən artır. Sosial mediada isə video postlar bütün dünyada olduğu kimi bizdə də məşhurlaşıb, daha çox izləyici toplaya bilir.

Facemark.az olaraq biz də izləyicilərimizə daha faydalı olmaq üçün video postlar seriyasına başlamağa qərar verdik. “Belə-belə işlər” səhifəsi kimi bu işi gözəl görən səhifələr var və bizim bu işə həvəslənməmizdə onların da rolu olduğunu etiraf etməliyik. Biz isə saytımızın tematikasına uyğun olaraq ancaq biznes, marketinq, brendlər ilə əlaqəli video postlar hazırlamaq qərarına gəldik.

Artıq bu səpkidə son 4 ay ərzində 14 video post hazırlamışıq. Aya 3 video düşür. Önümüzdəki aylarda isə aya 4, yəni həftəyə 1 video post hazırlayacağıq. Aşağıda Sizə onları bir yazı içərisində təqdim etmək istəyirəm. Ümumilikdə hazırladığımız video postları saytımızın youtube səhifəsindənfacebook səhifəsindən izləyə bilərsiniz.

P.S. Bəyənsəniz, paylaşın, hamı faydalansın.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Facemark.az mart ayından biznes istiqamətində video postlar seriyasına başlayıb. Artıq 14 belə video hazırdır. Öyrənmək üçün sərhəd yoxdur.

Həmçinin oxuya bilərsiniz

Müştəri Davranışları 0 Comments

Enerji içkiləri VS İdman içkisi – səhv düşəndə yerimiz

Bu gün enerji içkiləri çox geniş yayılıb. Bununla yanaşı idman içkiləri də qərbdə xüsusilə məşhurdur. Enerji içkiləri qısa müddətdə Azərbaycanda da məşhurlaşsa da, idman içkiləri haqqında təəssüf bunları demək mümkün

Bu ildən İqtisad Universiteti MBA proqramında tədrisə başladıq

Əziz dostlar, ötən bloqlarımın birində 1 il yarımdır dərs dediyim bakalavr marketinq qrupları haqqında yazmışdım. Bu müddət ərzində təxminən 500 nəfərlik tələbə heyəti ilə görüşmək imkanımız oldu. Çalışdıq ki, dərslər,

Marketing AİR 10 başladı

Bəli, zarafat-zarafat artıq 10-cu Marketing AİR-ə başladıq. Marketing AİR haqqında çox bloq yazmışam. Hər dəfə də eyni həvəs və həyəcanla. Çünki mən uzun hədəfləri xırdalayıb özümü motivə edə bilirəm. Mütləq

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın