FİF2017 təşkilatçılarının ilk görüşü (video)

Biletlər artıq satışdadır!

Dostlar, bildiyiniz kimi may ayında biz həm də Maliyyə və İnvestisiya Forumuna hazırlaşırıq. Daha konkret desək, 6 may Badamdar oteldə FİF2017 baş tutacaq. Fevralın sonu ilk hazırlıqlarına başladığımız forumun artıq bir çox işləri geridə qalıb. Bu yazıda tamamlanmış bəzi işlərdən, o cümlədən forumun gedişatından yazmaq istəyirəm. Forum haqqında ilk yazımı isə buradan oxuya bilərsiniz.

Beləliklə,

#1 Artıq saytımız tam hazırdır – www.fif.az 

Ötən həftə saytımızı tam olaraq istifadəyə verdik. 90% işlər demək olar ki, yekunlaşıb. Hazırda saytımızın ingilis və rus-dili versiyaları hazırlanmaqdadır. Saytın hazırlanmasında operativ köməyə görə Webpage.az kollektivinə təşəkkür edirik. Çox qısa müddətdə texniki cəhətdən saytı hazır etdilər. Kreativ konseptin hazırlanmasında isə bizə Fİl Agentliyi dəstək olub.

#2 Bileti necə sifariş edək?

Saytımızda BİLET SİFARİŞ ET bölməsi artıq aktivdir. Siz bu bölmədən istifadə edərək bilet sifariş edə bilərsiniz. Bizim əməkdaşlar biletləri istədiyiniz ünvana pulsuz olaraq çatdıracaqlar. Başqa vasitələrlə də sifariş edə bilərsiniz. Ümumən saytımızda bütün məlumatlar demək olar ki, əks edilib.

17157779_259831761089551_3680614309799688201_o

#3 FİF2017 təşkilati komandasının görüşü

4 mart tarixində təşkilati komanda olaraq görüşdük. Həftəsonu bütöv gün qızğın müzakirələrdən sonra vaxt edib qısa veriliş də çəkdik. Həmin görüşdən fotolara baxmaq üçün facebook səhifəmizdən istifadə edə bilərsiniz. FİF2017 haqqında təşkilatçıların hazırladığı qısa video sujetə isə aşağıda baxa bilərsiniz. 13 dəqiqədə FİF haqqında demək olar ki, çox şeyi vurğulamışıq.

FİF haqqında ilk yazımı yazanda foruma 68 gün qalmışdı. Bu gün isə 54 gün qalır. Vaxt uçur 🙂

Facebook Comments

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

24 mart marketinqdə yaz havası əsəcək

Artıq bir müddətdir ki, ən aktiv marketinq qrupu olan Marketinq Azərbaycanda xoş bir yaz havası hakimdir. Belə ki, mart ayı girərkən qrupun yaradıcılarından biri kimi cover şəklimizi necə kreativ dəyişək

Tədbirlər 0 Comments

II Satış Forumu – #SAT2018

3 gün sonra Bakıda II Satış Forumu keçiriləcək. Bu il forum Pullman oteldə 24 fevral tarixində keçiriləcək. Bu o deməkdir ki, ilk satış forumundan fərqli olaraq bu dəfə auditoriyamız daha

Tədbirlər 0 Comments

FIF2017-də iştirak edən 200 şirkətin siyahısı

Əziz dostlar, bildiyiniz kimi 06 may tarixində 420 nəfərin iştirakı ilə Bakıda Maliyyə və İnvestisiya Forumu keçirildi. (FIF2017) Forumun spikerlərinin videoları artıq hissə-hissə rəsmi facebook səhifəmizə yüklənməkdədir. Buradan Siz spikerlərin

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın