Mən, Rafiq Vəliyev 1985-ci ildə anadan olmuşam.
Təhsilim:
2003-2007-ci illə Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq ixtisası üzrə təhsil almışam.12031602_10207877374318100_4847240045540844453_o
2008-2010-cu illər isə eyni universitetin magist pilləsini yenə Marketinq ixtisası üzrə bitirmişəm.
Daha sonra 2010-2012-ci illərdə Türkiyə Respublikası Anadolu Universitetinin Halkla İlişkiler ve  Tanıtım bölümünü bitirmişəm.
2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Doktoranturasına daxil olmuşam, dissertantam.
İş təcrübəm:
2002-2007-ci illər hərbi, hüquq və vətənpərvərlik qəzeti olan “Hərbi And” qəzetində analitik bölmədə yazar, bir çox qəzetlərdə araşdırmaçı yazar kimi çalışmışam. Bu günədək qəzetlərdə 200-dən çox məqaləm çap olunub. Azərbacyanda ilk dəfə sistemli şəkildə “məxfilər” bölməsi altında dünya kəşfiyyat sistemlərinə aid 40-dan analitik yazının müəllifiyəm.
2007-2009-cu illər Müdafiə Nazirliyi Hərbi Nəşriyyatında analitik yazar olaraq fəaliyyət göstərmişəm.
Yazarlıq hobbimdir, araşdırmağı, təhlil etməyi və yazmağı çox sevirəm.
2006-2007-ci ildə parallel olaraq Nurgün Şirkətlər Qrupunda Qida Departamenti Marketinq Meneceri (Nestle brendi üzrə) işləmişəm.
2009-cu ildən 2015-ci ilin iyununadək İdeal parfum və kosmetika mağazalarında marketinq direktoru olmuşam. 2015-ci ilin oktyabr ayınadək isə həmin şirkətdə idarə heyətində Marketinq Auditi üzrə direktor vəzifəsində çalışmışam.
2016-2018-ci illərdə Gilan Holdinq FMCG Qrupu Strateji Marketinq Direktoru vəzifəsində çalışmışam.
Hazırda Modern Şirkətlər Qrupunun Biznesin İnkişafı Departamentinin rəhbəri kimi iş karyeramı davam etdirirəm.
Eyni zamanda 2011-ci ildən fəaliyyət göstərən məşhur marketinq portallarından olan www.facemark.az saytının təsisçiyəm. 2012-ci ildən fəaliyyət göstərən Azərbaycanın ilk praktiki marketinq təlimi olan Marketing AİR-in və ilk onlayn marketinq televiziyası FMR TV (facemark.tv) həmtəsisçisiyəm.
Bakıda illik keçirilən Milli Marketinq Forumu (MMF), Rəqəmsal Marketing Forumu (DMC), Maliyyə və İnvestisiya Forumu (FIF), SAT FORUM (satış forumu), Milli İnsan Resursları Forumu (MİRF) həmtəsisçiyəm.
Bugünün Marketinqi 1 (2015), Bugünün Marketinqi 2 (2016) və Böhrandan Yeni Dövrana (2016) kitablarının müəllifiyəm.
Hobbim yuxarıda dediyim kimi yazmaqdır, kitab oxumağı həddindən çox sevirəm, oxumaq qədər kitab yığmağı da sevirəm. Hər bir marketoloqun bilməli olduğu sahələr arasında tarix, psixologiya, ədəbiyyat da olmalıdır düşüncəsinə əsaslanaraq bu 3 sahəni mütəmadi olaraq izləyirəm, öyrənirəm.

Uzun zaman qəzetdə yazar olarkən, 2002-ci ildən Hunaltay təxəllüsündən istifadə etmişəm. Təxəllüsdən istifadə etməyi sevirəm. Eşidən çox adam mənasını soruşduğuna görə deyim ki, HUN və ALTAY sözlərinin birləşməsindən alınıb.

Əlaqə:

mail: hunaltay@gmail.com

Facebook Comments

Şərhlər

  1. Rüstəmov
    Sentyabr 03, 19:02 Reply

    Rafiq bəy sizin yazıları oxuyuram.Yazılarınız maraq doğurur.Yeni bilmədiklərimi öyrənirəm.Yazılar axıcı və sərbəst şəkildədir.Yazılarınızdan aydın olur ki,ağıl və dərrakə bərabərlik təşkil edir.Oxu zamanı həvəs yaranmadı.Yaxşı ki,yaranmadı.Çünki,həvəs idrak təlabatının emosional təzahürüdür.Həvəslə öyrənmək olmur.O zaman loyallıq və davamlılıq olmur.Yazılarınız da davamlı olar inşallah.Çünki,yazılar cəmiyyət üzvlərinin fərd olaraq təkmilləşməsində,formalaşmasında,boz həyat tərzi sürməməsində və s.önəmli rol oynayır.Məlum “kapitalizm kölgəsini sata bilmədiyi ağacı kəsməz”.Bu gözəl yazarlıq yolunda uğurlar,fəxrlənmək və qürurlanmaq arzulayıram.Təşəkkürlər!

Şərh yazın