Həyatımızdakı çevrələr

Həyatımızdakı çevrələr

Həyat riyazi qanunları inkar etmir. Çevrə var, onun mərkəzi, mərkəzdən eyni uzaqlıqda olan sərhədləri və mərkəzlə sərhədləri arasında xeyli sayda nöqtələr.

Real həyatla paralellər aparsaq, orta statistik bir insanın ən azı 5 çevrənin, sosial qrupun içərisində bu və ya digər mövqedə iştirak etməsini söyləyə bilərik. Bunlara uşaqlıq dostları, iş yoldaşları, işdən, məktəbdən, universitetdən, əsgərlikdən, yaşadığın məhlədən yaranan dostları, qohumları (onlar da bir neçə yerə bölünə bilər) aid etmək olar. İnsan bu çevrələrin hamısında eyni mövqedə olmur. Məsələn, uşaqlıq dostları olan çevrədə mərkəzdən uzaqda sərhədə yaxın bir yerdə nöqtələrdən biri olan adam, iş yoldaşları olan çevrədə direkt mərkəz ola bilər. Universitet yoldaşları olan çevrədə mərkəzə yaxın, məktəb yoldaşları çevrəsində tam sərhəd olmasa da mərkəzlə sərhədin ortasında neytral bir yerdə ola bilər.

Əslində bu çevrələrin sayı çox ola bilər. Elə çevrələr var ki, onu sən seçmirsən, təbii olaraq özün ora daxil olursan. Məsələn məktəb yoldaşları, əsgər yoldaşları kimi. Elə çevrələr də var ki, sən fərqli məqsədlər üçün oraya daxil olmaq, həmin çevrə daxilində özünə yer etmək istəyirsən. Təbii yolla yaranan çevrələr uzun müddətli olduğundan bir şəkildə özünü göstərib qəbul etdirdiyin bir nöqtədə olursan. Amma hansısa yeni bir çevrəyə daxil olma prosesi istəsən də qısa olmur. Qısa olsa belə nəticə aldadıcı ola bilər. Bəlli bir yaşdan sonra isə təcrübə və yaşananlar səni hər şeyə şübhə ilə yanaşamağa vadar etdiyindən nə özün hansısa çevrəyə daxil olanda rahat qərar vermirsən, nə də mövcud çevrəyə yenisi gələndə rahat həzm etmirsən. Dediyim kimi zamana bağlıdır hər şey.

Çevrə daxilində insanın yeri zaman-zaman dəyişə bilər, hətta dəyişir də. Buna insanın zamanla hərəkətləri, bərkə-boşa düşərkən özünü aparması, statusu və s. amillər təsir edə bilər. Biri pulsuz olur dəyişir, biri pullanır dəyişir, biri evlənir, biri boşanır dəyişir və s. Nəinki çevrə daxili yer dəyişmək, hətta çevrədən tamamilə uzaqlaşdırılmaq halları da olur. Ya kimsə uzaqlaşdırır, ya da özün uzaqlaşırsan.

Hər çevrənin mərkəzi olur. O mərkəzdə mütləq ki, bir lider olur. Həmin adam o çevrəni daim tonusda saxlayır, çevrədəkilərin bəzən yerini dəyişir, dəyişməsinə təsir edir, uzaqlaşdırır və s. Çevrənin mərkəzi olmaq kənardan dadlı və asan görünsə də məsuliyyət, təşəbbüskarlıq və fədakarlıq tələb edir. Razılaşaq ki, bunu hamı bacarmır. Odur ki, hamı da çevrə mərkəzi olacaq deyə bir qayda yoxdur.

Çevrə daxili və çevrələr arası münaqişələr də olur. Çevrə daxili nöqtələr və mərkəz arasında, çevrə daxilində bir nöqtə digər nöqtə ilə mövqe, status və ya hər-hansı bir səbəbə görə anlaşa bilməyə bilir. Elə adam olur ki, hey hansısa çevrəyə girməyə cəhd edir, ona maneələr yaradırlar, sınaqdan keçirirlər, bəzən də daxildə bir nöqtə onu özünə təhlükə görərək ədalətsiz, beldən aşağı mübarizə üsullarından istifadə edir. Bu mübarizə bir çox hallarda uzun illər ərzində davam edə bilir.

Bəzən insan yaxşı-pis hörmətli olduğu bir çevrə ilə kifayətlənməyib davamlı şəkildə onun xarakterinə, təbiətinə, ən əsas da dəyərlərinə zidd bir çevrəyə daxil olmağa can atır. Buna illərini, resusrlarını xərcləyir. Kənardan can atdığı çevrə çox cəlbedici görünür, ona elə gəlir ki, orada olsa, hər şey düzələcək. Ora daxil olmağa sərf etdiyi zaman kəsiyində mövcud çevrəsindən də tədriclə uzaqlaşır, az-az görüşür, get-gedə soyuyur, həmişə o çevrədəkilərlə zaman keçirməyi son prioritet kimi görür. Zaman keçir və görür ki, əslində hər şey elə də uzaqdan göründüyü kimi deyil, az-maz can atdığı çevrə daxili davranışları gördükdə bir tərəfdən peşman olur, digər tərəfdən mövcud çevrələrinə qarşı etdiyi haqsızlıqlara görə utandığına görə ora da geri qayıtması çətin olur. Dünya 5 günlükdür, bu halda da gərək insan bağışlayıcı olsun, səhv insana məxsusdur, insan etdiyinə görə peşmandırsa, Allah belə bağışlayandırsa, insan kimdir ki bağışlamasın.

Uzun sözün qısası, siz siz olun, bu 3 şeyi etməyin:

  1. Çevrədə söz sahibisinizsə, digərlərinə qarşı ədalətli davranın. Həyat çox kopoğlu şeydi, hətta ədalət ondan da pis mərəzdir. Nə vaxt təcəlli edəcəyini bilmək olmur. Elə edin ki, o gələndə vicdanız rahat olsun. Əks halda başınıza gələn hər xoşagəlməz hadisədə yeyilən və göz yumulan haqq sahiblərini yadınıza salın.

  2. Sizi hansısa çevrədə istəmirlərsə, istəsələr belə orada özünüzü yaxşı hiss etmirsizsə, uzaq durun. O çevrənin sərhədlərini zorlamayın. Kim bilir bəlkə də digər bir çevrədə Siz mərkəz ola bilərkən, bu birində sadəcə enerji sərf edir, stressli şəkildə nəticəsiz cəhdlər edir və ən dəyərli şey olan zaman itirirsiz.[/blockquote]

  3. Mənə görə dünyada bütün gedişlər səssiz olmalıdır. Səssiz gedin. Kimsəni ittiham etmədən, kin saxlamadan. Bir şeylər istədiyiniz kimi olmursa, olmur. Belə qəbul edəndə daha rahat olacaqsız. Yoxsa, səbəblər üzərində düşünərək, kimlərisə daim ittiham edərək, suallar yağdıraraq Siz sadəcə özünüz yorularsız. Zorla gözəllik olmaz deyirlər. Bu hər işdə belədir. Bir sözünüzlə digər bütün işləri 2-ci plana atan dostlarınız varsa, başqa bir yerdə bunu görmədikdə orada qalmağın nə sizə, nə də digərlərinə faydası var.  Unutmayın, uğur hər şeyin ən gözəl cavabıdır. Olduğunuz yerdə uğurlu olun ki, olmadığınız yerlər haqqında düşünməyə belə vaxt qalmasın.

Çalışaq olduğumuz çevrənin sevimlisi, ən fayda verəni olaq. Çevrəsinə faydalı olmayan adam o çevrədə uzun müddət qala bilməz. Almaq üçün vermək lazımdır. Mütəmadi fayda verməyib fayda gözləyən adam gec-tez ifşa olur və uzaqlaşdırılır. Həyat 5 günlükdü. Sizcə dəyər buna?!

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Unutmayın, uğur hər şeyin ən gözəl cavabıdır. Olduğunuz yerdə uğurlu olun ki, olmadığınız yerlər haqqında düşünməyə belə vaxt qalmasın.

Həmçinin oxuya bilərsiniz

Köşə yazıları 0 Comments

Milli Klaviatura Qüvvələri

Yazının adı şəxsi təxəyyülüm deyil, bəri başdan deyim 🙂 Facebookda aidiyyatı şəkil ilə birgə görmüşdüm haçansa. Yadımda da elə qalıb, kim deyibsə, gözəl deyib. Çoxdan idi facebookdakı insan tipləri haqqında

Münasibət 0 Comments

Antenn Fm-də “Deməyi Sizdən” verilişinin qonağı olduq

Dostlar, ötən həftə Antenn FM-də Aziza xanımın qonağı idik. “Deməyi Sizdən” verilişində məndən başqa Nikoyl Bankdan Rəşad bəy və Dəmirbankdan dostumuz Anar Bayramov da orda idi. Mövzumuz biznesin idarə edilməsi

Köşə yazıları 0 Comments

Allah saxlamışlar

Deməli, 2017-ci il dünya iqtisadiyyatının 3.5% böyüyəcəyi proqnozlaşdırılır. 2016-cı il xatırladım ki, 3.2% idi. Neftin dünya qiyməti isə 2017-ci il üçün 41 dollar proqnozlaşdırılır. Bizə ən yaxın Türkiyə bazarı vacib

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın