II Satış Forumu – #SAT2018

II Satış Forumu – #SAT2018

3 gün sonra Bakıda II Satış Forumu keçiriləcək. Bu il forum Pullman oteldə 24 fevral tarixində keçiriləcək. Bu o deməkdir ki, ilk satış forumundan fərqli olaraq bu dəfə auditoriyamız daha böyük və təbii olaraq iştirakçı şirkət və şəxs sayı da daha çox olacaq. Builki kreativ tərəfdaşımız Leo Burnett agentliyinə, sponsorumuz 166 Yük TaksisiSirab şirkətinə, çap tərəfdaşımız Antarisə, texniki tərəfdaşımız Logixə dərin təşəkkürümü bildirirəm. Dəstəkçilər olmasa biz bu işi bu qədər uzun müddətdə eyni həyəcanla davam edə bilməzdik. Dəstək olmaqla sektorumuzun inkişafında bilavasitə rol oynayan bütün şirkətləri təbrik edir və belə tədbir təşkil edən, onun çətinliyinə qatlanan hər kəsə də uğurlar arzu edirəm.

Hər tədbirimizdə bizimlə olan Lime Catering, ÖzSüt, AzeriZone, LedAz events, Qmeter şirkətlərinə də ayrıca təşəkkürlər. Onların hər biri sayəsində iştirakçıların məmnuniyyətini ilbəil artırdığımızı düşünürəm. Deyə bilərsiniz ki, yazıda bütün şirkətlərin adları sadalanır. Bəli, sadalanır. Çünki bu işlərin təkbaşına ərsəyə gələ bilmədiyini ömründə ən az 1 dəfə tədbir təşkil edən dostlarımız çox yaxşı bilir. Hamının edin gələk, çağırın iştirak edək deyib də əlini ağdan-qaraya vurmadığı bir zamanda şirkətlərimizin bu qədər qayğı içində bu cür tədbirlərə dəstək olması alqışalayiqdir.

Bir az tarix…

2018-ci il bizim üçün həqiqətən də çox sürətli gəldi. İlin əvvəli marketoloqlarla yeni il tədbirinə yığışdıq. İllərdir pozmadığımız ənənəmizi bu il də davam etdik. Daha sonra fevral ayının əvvəli Filin 1 yaşı tamam oldu. Elə ilk dəfə Fil agentliyinin yaranmasını da birinci satış forumunda elan etmişdik. Forumun tarixini bilənlər bilir, bilməyənlər üçün də bugün yazmaq istəyirəm. Həm də belə şeyləri gərək yazasan ki, qala. Ölümlü-itimli dünyadı hər nədə olsa 🙂

Deməli, dostumuz Sat Group şirkəti daha geniş tanıtım üçün planları olduğunu bildirmişdi. O ərəfələr biz də yeni qurulacaq agentliyimiz üçün bazara giriş planını işləyirdik. Hətta başlamışdıq da. Anidən ağlımıza gəldi ki, niyə də həm Filin bazara rəsmi təqdimatını, həm də Sat Group-un geniş təqdimatını forum təşkil edib həmin an etməyək. Belə olduğu halda əvvəla tədbirə gələn insanlara faydalı ola biləcək, parallelində də şirkətləri tanıtma fürsəti qazanmış olacaqdıq. Çox düşünmədən işlərə başladıq və çox qısa müddətdə satış sferasını əhatə edən Sat Forumu ərsəyə gətirdik. Nəzərə alsaq ki, artıq kifayət qədər forum təcrübəmiz var idi. Zarafat deyil, 3 gün sonra şəxsən özüm üçün 5 dəfə MMF, 3 dəfə DMC, 1 dəfə FİF, 1 dəfə Sat Forum olmaqla 11-ci foruma hazırlaşmış olacam. 05 may II FİF-i də nəzərə alsaq, 12 forum təşkil etmiş olacağıq. Mən hələ 5 ildir dayanmadan davam edən 12-cisini keçirməyi planlaşdırdığımız Marketing AİR-dən danışmıram 🙂 Sözün qısası, o vaxt da artıq yaranmış təcrübəni nəzərə alaraq qısa müddətdə bütün işləri tamamlayıb ilk satış forumunu keçirə bildik.

Bu il hansı panellər və spikerlər olacaq deyirsinizsə…

Bu həftəsonu, yəni 24 fevralda Sat Forumda keçən il olduğu kimi 3 panel olacaq. Yəni forum panel formatında keçiriləcək. Panellərimiz isə “FMCG”, “Satış sistemi və alətləri” və “Satış Komandası” olacaq.

Bilirsiniz ki, indiki iqtisadi şəraitdə ən çox əziyyət çəkən də, elə ən çox inkişaf imkanı olan sahə də FMCG, yəni tez istehlak edilən məhsullar kateqoriyasıdır. Bu paneldə moderator Azgranata dağıtım şirkətinin direktoru Anar müəllim olacaq. Spikerlər isə milli və ən çox tanınan brendlərimizdən olan Sirab-ın direktoru Kıvanç bəy, yerli bir çox brendlərin yarandığı məkan və ya məktəbi olan Azersunun marketinq direktoru Ümit bəy və Nestle kimi güclü xarici brendin biznesin inkişafı şöbəsinin rəhbəri Anar bəydir. Şəxsən özüm də FMCG sahəsində çalışdığım üçün bu panel mənə indidən dəhşət maraqlı gəlir. Moderator qardaş da nəzərə alsaq ki, rəqibimdir, ona gərək bir-iki yaxşı sual hazırlayam 🙂

27628839_1787545151256567_1124125695686987601_o

Satış haqqında danışarkən bir çox sahədə yetişmiş satış mütəxəssisləri elə bilir ki, onlar əslində hər şeyi bilirlər. Marketinq də, strategiya, kampaniya da boş şeydir. Amma onu da bilirik ki, düzgün strategiya əsasında qurulmayan satış çox sata bilər bəlkə də, amma sonda qazanc gətirməz. Ona görə bu il effektiv satış alətləri barədə daha çox praktik məlumat almaq üçün bu mövzuya ayrıca panel həsr etdik. Burada isə satışa kompleks yanaşaraq Era Şirkətinin direktoru Elmir bəyin çıxışı ilə bu işin araşdırma tərəfini, Əli Xəyyam vasitəsilə satışda CRM-i, Samir bəyin çıxışı ilə uğurlu satış sistemi quraraq istifadə edən bir şirkəti görə biləcəyik. Moderator isə uzun müddət marketinq və satış sferasında fəaliyyət göstərən, bir çox brendləri yaradıb inkişaf etdirən və hələ də satışını aparan İlkin Manafovdur. Məncə, bu panel də maraqlı paneldir, amma fmcg qədər ola bilməz 🙂

27500360_1787554304588985_2044988563024098167_o

Sizin 100 ideyanız ola bilər, onlarla proqram təminatı və s. yaza da bilərsiniz. Amma onları və ya ən bəsit işləri yerinə yetirə bilən düzgün satış komandanız yoxdursa, gördüyünüz hər iş uğursuzluğa məhkumdur. Xüsusən indiki zamanda ən dəyərli resurs insandır kəliməsini daha yaxşı anlayırıq. Ona görə də 3-cü paneli bütövlükdə satış komandasının düzgün təşkilinə həsr etmişik. Azersun Akademiyasının direktoru Cəlal bəyin moderatorluğu ilə bu paneldəki spikerlərimiz satışın ustalarından Sat Group direktoru Azad bəy, satış adamının psixologiyasını əzbər bilən Təbriz bəy və insan resurslarının idarə edilməsində zəngin təcrübəsi olan Xaqani bəy olacaq.

27369115_1787546681256414_4957156414659506198_o

Beləliklə, bir bütöv gün əzrində biz satış personalının xarakteristikasını müəyyən edəcək, satışı artıran alət və sistemləri öyrənəcək və ən tez satan məhsulların bazarda hazırda üzləşdiyi durum və həll yollarını bilmiş olacağıq. Bəli, bütöv faydalı bir gün. Tədbirin həmişə olduğu kimi tam videosu da forumdan bir neçə gün sonra yayımlanacaqdır. Nəticədə forumda iştirak edə bilməyənlər bir az gecikmə çıxışları dinləyib faydalana biləcəklər.  Bu arada Siz indiyədək keçirilən bütün forumlarda edilən çıxışları dinləmək istəyirsinizsə, facemark.az-ın youtube kanalını izləməniz yetərlidir. 2013-dən bu tərəfə bir xeyli arxiv yığılıb və inanılmaz böyük təcrübədir.

Əgər hələ də bilet əldə etməmisinizsə, saytımızfacebook səhifəmiz vasitəsilə rahat sifariş edə bilərsiniz. Çatdırılma pulsuzdur, biletin qiyməti isə cəmi 30 manatdır. Şənbə günü II Satış Forumunda, #sat2018-də görüşənədək.  Bu arada forum günü #sat2018 həştəqi vasitəsilə də fikirlərinizi bizimlə bölüşə bilərsiniz. Bundan başqa Qmeter şirkəti zalda olan hər kəsə məmnuniyyət smsləri də göndərəcək ki, öz səhvlərimizi və düzlərimizi daha yaxşı təhlil edə bilək ki, bir növbətisində Sizə daha çox faydalı ola bilək.

SatForumun Fil Agentliyi olaraq həmtəsisçisi və bu komandanın bir parçası olmaqdan qürur duyuram. Faydalı ola bilmək, özünü faydalı hiss etmək hissinin özü belə çox gözəldir. Görüşənədək.

satforum destekciler

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

3 gün sonra Bakıda II Satış Forumu keçiriləcək. Bu il forum Pullman oteldə 24 fevral tarixində keçiriləcək.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

DMC2016 spikerləri ilə “gələcəyə gəl”i müzakirə etdik

Bugün digital aləm hər an dəyişir, hər an yeni nəsə əlavə olunur. Biznes dünyası bəzən bu yenilikləri tətbiq edəcək elastikliyə, operativliyə sahib olmur. Və ya trendlər çox sonra gəlib bizə

Tədbirlər 0 Comments

MMF2016-da ilk dəfə “Bloqçuluq və rəy liderliyi paneli”

“Bax gör neynirsən” keçməyəcək Foruma düz 1 həftə vaxt qalır. Demək olar ki, MMF2016 hazırlıqları bitmək üzərədir. Yeganə vaxtımızı alan şey bu aralar biletlə bağlı istəklərdir. Fürsətdən istifadə edib dostlara

Tədbirlər 0 Comments

Marketerlərin 2013 “Quba üsyanı” və gələcək planlar

Bu gün istirahət günü olduğundan bizim üçün ən böyük zövq və istirahət olan Marketing AİR haqqında İlkin və Anar müəllimlə düz 6 saat müzakirə apardıq. Bu haqda İlkin müəllim yaxın

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın