İtirmək qorxusu (II hissə)

İtirmək qorxusu (II hissə)

İnsanda itirmək qorxusu yaradan səbəblərdən danışırdıq. Xüsusən bunu ölkəni tərk edən qruplar üzərindən təhlil edirdik. Yazının əvvəlini bu linkdən oxuya bilərsiniz – http://hunaltay.com/itirmək-qorxusu-i-hissə/

3. Hüquq sisteminə “ilişmək” qorxusu

Bəli, bir çoxları bundan əziyyət çəkib. Son olaylar, ifşa edilən hadisələr də göstərdi ki, bir çox şəxslər öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək hüququn üstündən bir o tərəfə keçiblər, bir bu tərəfə. Ortada əziyyət çəkən insanlarımız, sahibkarlar olub. Nəticədə iş yerləri azalıb, itirilib, insanlar sistemdən narazı salınıb. Əslində sistemin ən böyük düşməni belə adamlardır. Çünki sistemin içində ola-ola narazı kütlə yetişdirirlər. Hər bir vətəndaş bilməlidir, əmin olmalıdır ki, sabah onun haqqı pozulsa, heç kim heç bir pul bahasına olsa belə, onun haqqını yeyə bilməz. Hüquq buna yol verməz. İnsanın özünü güvəndə hiss etməsi birbaşa hüquqa güvənlə bağlıdır. Bu olmasa, insanlar çıxış yolunu olduqları yeri tərk etməkdə görürlər. Adicə bir neçə dəfədir ki, DYP əməkdaşlarından olduqca yüksək nəzakət görürəm, təəccüblənirəm. Halbuki, mən buna təəccüblənməməliyəm, bu belə də olmalıdır. Amma formalaşan sterotipi də sındırmaq çox çətindir. O baxımdan bizim misalda DYP adına əhali ilə bağlı görüləcək çox iş, çox sosial-maarifləndirici proyektlər olmalıdır. Keçən dəfə piyada keçidini düzgün keçmədiyimə görə bir polis əməkdaşı saxlayıb kobudluq etmişdi. Özünü təqdim edib sənədini göstərməsini istəyəndə isə imtina etmişdi. Bu cür qanunu bilməyib qanun keşiyində duran adamlar təsəvvür edin hər gün neçə adamda qanuna olan inamı sarsıdır. Dövlət ona əmək haqqı verir, şərait yaradır, o isə…

4. Sosial müdafiə 

Tez-tez eşidirik ki, avropada hər yerdə yaşlı adamlardır, bütün günü gəzirlər, səyahət edirlər. O gün dedilər ki, filan saytda girib nə qədər təqaüd alacağına baxa bilirsən. Girib yoxlayanda dilxor oldum. Bir də adam bilmir ki, hələ o vaxta çata biləcəksən ya yox. Qanun neçə dəfə dəyişəcək o vaxta qədər – o da bilinmir. Allah eləməsin əmək qabiliyyətini itirsəniz, alacağınız Siz cüzi dərmanlarınıza belə çatmaz. Sosial müdafiə sistemi möhkəm olmayanda orada vəhşi kapitalizm özünü çox açıq şəkildə biruzə verir. Güclü qalib gəlir, gücsüz taleyi ilə barışır, “ölənədək müvəqqəti çətinlikdir” deyir. Ona görədir ki, yazıq valideynlər ölənədək işləyirlər. Bir gün dayansalar sabahı təmin edə bilməmək riski ilə üz-üzə qalarlar, özlərinin də dediyi kimi bu dünyadan “gözü arxada qalmamaq” üçün doğmalarını, övladlarını “yerbəyer” etmək istəyirlər. Ölənə kimi ev üçün tikib-sökürük sonra o evin içində 5-10 il düzəməlli yaşaya bilmirik. 4-cü bəndimiz olan sosial müdafiənin zəifliyi də insanları didərgin sala bilir.

5. Sevdiklərimi itirmək qorxusu

Əslində bu bənd bəlkə də yuxarıdakıların cəmidir. Bizi bu dünyaya bağlayan, onu gözümüzdə dəyərli edən, yaşamalı edən sevdiklərimizdir. Bu övladlarımız, valideynlərimiz, sevdiyimiz şəxslər, yaxın dostlarımız və qohumlarımız da ola bilər. Onlara daha çox bağlandıqca onları itirmək qorxusu da bərabərində gəlir. Və insan özünü bu ana heç cür hazır edə bilmir, təsəvvür edə bilmir. Bir insanın davranışlarını, mövqeyini əhəmiyyətli dəyişməkdə sevdiklərini itirmək qorxusunun ciddi payı var. Sevmək insanı qorxaq edir də deyirlər, məncə düz deyirlər. Sizin varlığınız və yoxluğunuz ancaq Sizi əlaqədar etsə idi nə var idi ki. İnsan çox cəsarətli olardı, istədiyi hər şeyi edərdi. Kinolarda yəqin ki, baxmısınız. Bəzən qəhrəmanlara sevmək, ailə sahibi olmaq qadağan edilir. Çünki zəif yerlərinin olmasını istəmirlər. Bu onları daha güclü edir. Bu bənd yuxarıdakıların yekunu kimi insanı olduğu mühiti tərk etməyə vadar edən amillərin səthi deyil, “yeraltı” səbəbidir.

Və sonda. Elə bilirsiniz getmək asandır. Gedənlər çox xoşbəxtdilərmi? Yox! İnsana keçmişi ilə vidalaşmaq çox ağır gəlir. Gənc nəsil hardasa bu periodu tez keçirir. Amma nisbətən orta nəsil onu bağlayan yerlərdən, dəyərlərdən, dost-tanışdan asan ayrıla bilmir. Onsuz hara gedirsən-get getidiyin yerdə ilk sort deyilsən, neçəncisən bilmirəm, amma ilk 100% deyilsən. Və məncə heç kim də xoşundan tərk etmir. Hər kəs nəyəsə görə vadar olur. Biz sadəcə heç kimi qınamamalıyıq. Səbəbləri düzəltməyə çalışmalıyıq. Vəssalam.

Bəs əgər yuxarıda yazıldığı kimi gedən keçmişini, qalan gələcəyini itirirsə, o zaman çıxış yolu nədir? Bunu da Siz düşünün. Düşündüyünüzü də təmbəllik etməyin, şərh yazın, paylaşın, paylaşın ki, daha çox adam agah olsun. Nə bilmək olar hansı sözünüz harada və kimləri nəsə müsbət bir addıma həvəsləndirər.

Və əvvəldə dediyim fikri yenə demək istəyirəm. Heç kim xoşluqla doğulub böyüdüyü yeri tərk etməz. Mühacirət yaxşı şey deyil. “Mühacirət xatirələrin işgəncələrə döndüyü yerdir”. Allah bizi öz vətənimizdə xoşbəxt etsin!

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

"Mühacirət xatirələrin işgəncələrə döndüyü yerdir"

Həmçinin oxuya bilərsiniz

Münasibət 0 Comments

Kitabklubu və ya “DƏK” layihəsində sonaDƏK görülməyən iş nədir?

Əziz dostlar, ötən dəfə Sizinlə “Bakının kitab mağazaları – kim kimdir?” adlı yazımı paylaşmışdım. Yazılanlar sırf bugün ən aktiv kitab mağazalarının iş prinsipləri haqqında idi. Sevinirəm ki, yazıdan sonra xeyli

Münasibət 0 Comments

Müqayisə etmək

Mütəmadi kitablar oxuyursan. Amma elə bir kitaba rast gəlirsən ki, deyirsən kaş ki, çox yox 1 il öncə oxusaydım da həyatım tamam başqa cür olardı. Filmlərə baxırsan, elə bir film

Köşə yazıları 0 Comments

Marketing AIR 6 da belə bitdi

3 il öncə Atatürk prospektindəki “Park Fore” restoranında marketinq təliminə start vermək ideyası haqqında müzakirə apararkən təsəvvür etməzdik ki, bu yerlərə qədər gəlib çıxa bilər. Marketing AİR -in necə yaranmasını

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın