Kinoteatr – effektiv direkt marketinq kommunikasiya vasitəsi kimi

Kinoteatr – effektiv direkt marketinq kommunikasiya vasitəsi kimi

Bildiyimiz kimi böhran ailə büdcəsinə ciddi təsir etdiyindən bir çox sahələrdə güclü şəkildə ixtisarlar başlayır. Ailə büdcəsinin ilk qənaəti məhz əyləncə sferası olur. Əgər hansısa fərd və ya ailə ayda 3-4 dəfə restorana gedir, ildə 2 dəfə istirahət edirdisə, indi ən yaxşı halda xaricə getməni dayandırır, restoran və digər əyləncə mərkəzi xərclərini isə başqa daha ucuz məcralara transformasiya edir.

Araşdırmalar göstərir ki, böhran dövründə kinoteatrlara ziyarətlər elə də azalmır. Bunun bir çox səbəbləri var. Birincisi isə odur ki, kinoya getmək digər əyləncə növləri ilə müqayisədə daha ucuz alternativdir. Düşünün ki, bir restorana 2 nəfər gedib ortalama 50 manat xərcləyirsə, eyni şeyi 20-25 manata həm kino izləyib, həm də yüngülvari nəsə atışdırmaq olar. İkinci səbəb isə insanların əhval-ruhiyyəsi ilə əlaqədardır. Belə ki, böhran insanlara əlavə stress, diskomfort gətirir. Günboyu onları gərgin mühit müşayiət etdiyindən onlar kinoya baxmağa daha meylli olurlar. Ən azı 2 saat müddətində fərqli bir mühitdə olub problemlərdən uzaqlaşmaq mümkün olur.

Araşdırmalar göstərib ki, təkcə kinoya baxma deyil, böhran dövründə kinoya baxma ilə əlaqəli sahələr də artım göstərir. Belə ki, araşdırmaya görə bu ərəfələr cipsi satışı və kiçik çərəzlər artıb. İnsanlar ən yaxşı halda bunu kinoya gedərkən alır, ən pis halda isə alıb evdə internetdən kino izləyir.

Eyni situasiya Azərbaycana da aiddir. Yəqin ki, özünüz də şahid olursunuz ki, kinolarda xeyli çox adam olur. Ona görə də böhran ərəfəsində insanların ən çox cəmləşdiyi yerlər marketerlər üçün əsl hədəf auditoriyası rolu oynaya bilər. Burada Siz onlarla birbaşa ünsiyyətə keçə, onlara nəyisə təklif edə, diqqətlərini öz istədiyniz məcraya daha asan şəkildə yönləndirə bilərsiniz. Bunun üçün kinoteatrlarda reklam effektiv hesab edilir. Amma bir vacib məqam var ki, kontent maksimum şəkildə kreativ olmalıdır. İnsanların n qədər problemin içində diqqətini çəkmək elə də asan deyil. Ümumiyyətlə böhran dövründə reklam kontentinin keyfiyyəti önə çıxır. Bazar və müştərilər daraldığından rəqabət artır. Rəqabət də artırsa, təbii olaraq diqqəti cəlb etmək üçün ancaq keyifyyətli kontentinizə güvənə bilərsiniz.

Azərbaycanda sistemli şəkildə fəaliyyət göstərən 10 civarı şəbəkə kinoteatrlar var. Qonşu ölkələrlə müqayisədə kinoteatrların sayı olduqca azdır, parallel olaraq da adambaşı kino bileti sayı da qonşu ölkələrdən fərqlənir. Bunun marketerlər üçün müsbət tərəfi ondadır ki, onlar məsələn, ən pis halda 2 kinoteatra büdcələrini yönəltməklə hədəflədiyi qrupu rahat əhatə edə bilir. Düşünün ki, bu 2 yox, 200 olsa necə olardı. Əgər bizdə 2 kinoteatr bütün bazarın 50%-ni minimum tutursa, qonşu türkiyədə top 10 kinoteatr bazarın 41%-ni, Rusiyada isə top 10 kinoteatr 43%-ni tutur. Təxminən top 10-luqda rəqabət bizlə müqayisədə 5 dəfə daha çoxdur.

Marketerlər üçün digər vacib istiqamət isə online video portallar ola bilər. Belə ki, bütün dünyada olduğu kimi Azərbaycanda da video kontent digər bütün məcraları ciddi şəkildə sıxışdırır. Online kino, serial izlənməsi də Azərbaycanda yüksək səviyyədədir. Burada şirkətlər üçün əsas üstünlük belə kino izləmə saytlarının çox az olması, üstəlik bu sahədə qanunda hələ ki, boşluqların olmasıdır. Düşünün ki, Siz 2 offline kinoteatr, 2 də online kino izləmək üçün imkan verən sayta reklam verirsiniz. Bu halda istədiyiniz hədəf kütləni minimum 70% əhatə edə bilərsiniz.

Kinoteatrların ən böyük problemi məhz internet piratçılıqdır. Yəni Azərbaycanda hələ ki, pirat yayıma ciddi nəzarət etməyə imkan verən qanunlar işləmədiyinə görə bu tip saytlar rahat şəkildə at oynada və ətrafına xeyli ziyarətçi toplaya bilirlər. Təsadüfi deyil ki, bizim bir çox internet resurslarımıza türkiyədən giriş məhz piratçılığa yol verildiyinə görə qadağandır. Qısası nə qədər ki, online resurslarımıza piratçılığa qarşı ciddi qadağalar tətbiq edilməyib bu ərəfələr xidmətlərindən istifadə effektli ola bilər.

Son zamanlar isə dünyada terror təhlükəsinin artması ilə əlaqədar olaraq insanların kütləvi toplaşdığı məkanlarda təhlükəsizlik məsələsi ön plana çıxıb. Həəta bir çox araşdırmaçılar yaxın illərdə iri ticarət mərkəzlərinin cəlbediciliyinin azalacağını proqnozlaşdırırlar. Təbii ki, bu proqnoz, real situasiya deyil. Amma beynin bir kənarında diqqətdə saxlamaqda fayda var.

Gəlin indi görək kinoteatr bazarı ilə əlaqədar hansı maraqlı statistikalar var və onlar bizə necə faydalı ola bilər. Maraqlı bir statistika da belədir ki, dünyanın heç bir yerində kino zallarının doluluq səviyyəsi 30%-i keçmir. Türkiyədə isə bu 12%-dir. Azərbaycanda isə kino zalların orta dolululuq səviyyəsinin 30%-dən yuxarı olduğu haqda məlumatlar var. Bunu da onla əlaqələndirirlər ki, ölkədə kinoteatr çox azdır, ona görə də insanlar məcbur mövcud kinoteatrları ziyarət edirlər. Bu rəqəm də ona görə yüksəkdir. Azərbaycanda kinoteatrların ziyarət statistikasına keçməzdən öncə gəlin görək qonşu Rusiya və Türkiyədə vəziyyət necədir.

Rusiyada kinoteatr bazarı da böhrandan nəsibini almış məcralar arasındadır. Amma digərləri ilə müqayisədə daha az zərər görüb. 2016-cı ilin ilk rübünün məlumatlarına görə Rusiyada 1204-dən çox kinoteatr (4020-dən çox zal) var. Təxmini hər kinoteatr üçün ortalama 3.3 zal düşür. Bir zallı kinoteatrlar da var ki, onların ömrü uzun olmayacaqdır. Bütün dünyada artıq 1 zallı kinoteatrlar bağlanır, ya da şəbəkələşirlər. Rusiyada bu tip kinoteatrlar ümumi sayın 11%-i qədərdir. Təxminən il ərzində əhali sayının 80%-ə qədəri həddində kinoteatrları ziyarət olur. Rusiya kinoteatr bazarında ilk yeri “Синема парк” 7.6% payla tutur. Onların 33 kinoteatr üzrə 307 zalları var. Qeyd etməkdə fayda var ki, qonşu Rusiyanın TOP 10 kinoteatrı bütün kinoteatr bazarının 43%-ni tutur. Azərbaycanda isə say olduqca az olduğundan demək ki, hələ bazarın böyüməsi üçün daha çox şans var. Digər maraqlı məlumat isə Rusiyada bütün seansların 50%-nin yerli filmlər olması haqqında qanun hazırlanmasıdır. Yerli film sənayəsinin inkişafını stimullaşdırmaq üçün bunu hardasa uğurlu addım saymaq olar. Təsadüfi deyil ki, Rusiyada 2016-cı il Rus kinosu ili elan edilib.

Türkiyədə hazırda bütün kinoteatrların 77%-i digitallaşıb. Qeyd edək ki, Avropa Birliyi ölkələrində bu rəqəm ortalama 93%-dir. Fransa və İngiltərədə məsələn, 100% bütün kinoteatrlar digitallaşıb. Türkiyədə hazırda 400-dən çox kinoteatr, 2200-dən çox sinema salonu var. 2015-ci ildə 60 milyondan çox bilet satışı ilə Türkiyə Avropa üzrə top 5-liyə girib. Maraqlıdır ki, satılan bütün biletlərin 57%-i ancaq yerli filmlərə olub. 2015-ci ildə yerli film istehsalı isə 134 olub. Ümumiyyətlə yerli film istehsalına görə Türkiyə Avropada 8-ci yerdədir. Burada da top 10 kinoteatr bazarın 41%-nə sahibdir. Qeyd etmək lazımdır ki, ümumi satılan biletlər arasında yerli filmlərə alınan biletlərin faizinə görə Türkiyə Avropda 1-cidir. Bu da yerli film sənayesinin inkişafını göstərir.

İndi isə keçək bizim kinoteatrlara. Yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycanda 10-11 böyük kino mərkəzi var. Bura kiçik bir zallı kinoteatrlar daxil deyil. Ən böyükləri isə Cinema Plus, Park Cinema, Nizami Kino Mərkəzi, Cinema City-dir. Ortalama kinoteatrlar üzrə giriş sayı isə aşağıdakı kimidir.

Bakıda və Bakı ətrafında əsasən 8 mərkəzdə yerləşən kinoteatrlara gündəlik, aylıq və sezonluq (10 ay) giriş sayı :

NƏTİCƏ (GİRİŞ SAYI (BAXIŞ) – ORTALAMA / GÜNLÜK / AYLIQ / SEZONLUQ) :

kino

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Araşdırmalar göstərib ki, təkcə kinoya baxma deyil, böhran dövründə kinoya baxma ilə əlaqəli sahələr də artım göstərir. Belə ki, araşdırmaya görə bu ərəfələr cipsi satışı və kiçik çərəzlər artıb. İnsanlar ən yaxşı halda bunu kinoya gedərkən alır, ən pis halda isə alıb evdə internetdən kino izləyir.

Həmçinin oxuya bilərsiniz

Marketinq 0 Comments

Mobilləşən rəqəmsal dünyamız haqqında yeni araşdırmalar

Dünən xəbər saytlarının birində oxudum ki, prezident İlham Əliyev xarici qonaqlarla görüşdə Azərbaycanda sosial mediada, konkret desək facebook və twitterdə 2 milyon insanın olduğu, ölkə əhalisinin də 75%-nin internetə çıxışı

Araşdırma 0 Comments

Marketinq Azərbaycan qrupu üzvlərinin cins və yaş aralığına görə təhlili

Hələ ötən aylarda Sizə yazmışdım ki, bu yaxınlarda Marketinq Azərbaycan qrupunun üzvlərinin təhlilini edəcəyik. Bilirsiniz ki, qrupumuz 2012-ci ildə yaranıb və artıq 5 ildir ki, sektora aid faydalı müzakirələr meydanıdır.

Marketinq 0 Comments

Siyasi reklam və seçki marketinqi

Milli Məclisə növbədən kənar seçkilərin keçiriləcəyi bir ərəfədə seçki texnologiyaları, daha dəqiq desək seçki marketinqi ilə bağlı yazmağın faydalı ola biləcəyini düşünürəm. Marketinq və PR alətlərindən müxtəlif məqsədlər üçün istifadə

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın