Şəkilsiz yazılar seriyası #5 -Xoşbəxtlik nə deyil?!
İngilis iqtisadçı Richard Layard “Happiness” (Xoşbəxtlik) kitabında maraqlı bir meta-təhlil təqdim edir. Deməli, müəllif bu kitabında XOŞBƏXTLİK anlayışımıza təsir edən 7, heç təsir etməyən 5 faktor haqqında yazır.
Belə ki, müəllifə görə xoşbəxtliyə heç təsir etməyən 5 faktor:
- Xoşbəxtliyin yaşla əlaqəsi yoxdur
- Cinsiyyətlə xoşbəxtliyin əlaqəsi yoxdur
- Görünüşlə xoşbəxtliyin əlaqəsi yoxdur
- Zeka səviyyəsi ilə xoşbəxtliyin əlaqəsi yoxdur (ağıl ayrıdır, zəka ayrı)
- Təhsil səviyyəsi ilə xoşbəxtliyin əlaqəsi yoxdur
Və müəllifə görə xoşbəxtliyə çox təsir edən 7 faktor:
- Ailə münasibətləri
- Bəlli bir miqdara qədər gəlir səviyyəsi (burada izah edir ki, ona lazım olan miqdar gəlirdən sonra insan 1 milyon da qazansa, 10 milyon da qazansa eyni hissləri yaşayır)
- Peşən və gördüyün işi sevmək, sənin üçün məna kəsb etməsi
- Özünü yanlarında çox rahat hiss etdiyin dost, qonşu, qohum əlaqələri
- Cəsur və azad birisənmi? – sualına öz daxilində verdiyin cavab
- Sağlamlıq (əsas can sağlığıdır deyirdik, məgər ki, 6-cı yerdə imiş)
- Dəyərlərinlə vicdanın rahatdırmı?!
Maraqlıdır və doğrudur, məncə!
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
İşdə cəsarət
Universitetin 3-cü kursunda oxuyarkən Nurgün Holdinqə işə düzəlmişdim. Marketinq sahəsində ilk iş yerim idi. Hələ diplomumu almamışdım, funskional tabeliyimdə 26 nəfər müxtəlif ranqda adam var idi. Bir gün gəldilər ki,
Şirkətlərdə dəyişikliyin idarə olunması – Niyazi Abbasov ilə canlı
Hamımızın “Change Management” olaraq bildiyimiz dəyişikliyin idarə olunması bugünün ən ağrılı proseslərindən biridir. Təsisçilər, idarəçilər və əməkdaşların prosesə münasibəti, yanaşmalar və reallıqlar fərqli olduğu üçün çox vaxt sona qədər prosesi
“Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliklər” – video müsahibə
Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş idarəsinin əməkdaşı Eldar Mədətov, Baker Tilly Biznes Konsaltinq üzrə Direktor Niyazi Abbasov, Vergi və Hüquqi Məsələləri üzrə Direktor Nərmin Hacıyeva ilə birlikdə “Vergi Məcəlləsinə
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun