Son 3 aya əsasən 4 böyük bankın facebook fan səhifə təhlili! Kim neçəncidir?!

Son 3 aya əsasən 4 böyük bankın facebook fan səhifə təhlili! Kim neçəncidir?!

Ötən bloqumda yazdığım kimi Socialbakerslə əməkdaşlığım çərçivəsində aylıq mütəmadi olaraq Azərbaycan və xarici şirkətlərin sosial media aktivliyini müqayisə edəcəm. Məqsəd həmin şirkətlərin öz fəaliyyətini təhlil edib səhvlərini düzəltməsi, güclü tərəflərini isə daha da möhkəmləndirməsidir. Parallel olaraq istəyimiz digər şirkətləri də Socialbakers təhlil sistemindən istifadə etməyə təşviq edərək onların iş keyfiyyətlərini yaxşılaşdırmaqdır. Bu yolda sektora faydalı ola biləcəyiksə, bu özü xoşbəxtlikdir. Beləliklə, ilk təhlilimizə başlayaq;

Təhlil müddəti – Son 3 ay ( 8 dekabr 2015 – 6 mart 2016)

Təhlil edilən sahə: Bank

Təhlil edilən obyektlər: Kapital, Bank of Baku, Unibank, Express Bank

Təhlil edilən platforma: Rəsmi facebook fan səhifə

1o parametr üzrə qeyd edilən səhifələrin son 3 aylıq aktivliyini müqayisəyə başlayaq.

1. Ümumi fan durumu

s/n Bank Fan sayı
1 Kapital 269735
2 Unibank 267632
3 Bank of Baku 247436
4 Express 63219

Distribution of Fans - Bank of Baku - Sizə Yaxın Bankçılıq - Kapital Bank - 2016-3-7

 

Distribution of Fans - Unibank - Expressbank - 2016-3-7

 

Lokal fan sayına görə sıralama: 

s/n Bank Fan sayı
1 Unibank 252 289
2 Bank of Baku 232245
3 Kapital 218744
4 Express 61209

Təhlil:

"Gördüyümüz kimi uzun müddət hər kəsin əsas göstərici hesab etdiyi LİKE sayına görə Kapital Bank 1-cidir. Ümumilikdə sonrakı parametrlərdən də görəcəyik ki, Kapital, BOB, Unibank arasında ciddi rəqabət var. Hətta bu yaxınlarda Kapital fan sayına görə ilk yerə çıxdığını xüsusi video ilə qeyd etmişdi. Amma gəlin növbəti lokal fanlara görə olan cədvələ baxaq. Burada Kapital bank 3-cü yerdədir. Az qala 270 min fanın 219000-i ancaq Azərbaycandandır. Digər banklarda faiz nisbəti çox aşağıdır. (lokal fanların ümumi fanlara bölünməsindən alınan faiz nisbəti) Lokal fanlara görə Unibank 1-ci, BOB 2-ci, Kapital isə 3-cüdür. Burada maraqlı məqam ondan ibarətdir ki, Kapitalın Türkiyədə filialı yoxdur, amma 23500, Gürcüstanda filialı yoxdur, ordan isə 20 minə yaxın fanı var. Kapitaldakı dostlarımız inciməsin, amma bu işdə Türkiyə və Gürcüstanın reklamlarda like sayını artırmaq üçün ölkə olaraq seçildiyi açıq aydın görünür. Bu saya xidmət eləsə də, keyfiyyətə heç cür xidmət etmir, üstəlik də əlavə pul xərclənir. Ümumiyyətlə yuxarıdakı qrafikdən də görürük ki, bu 4 bank içərisində son 3 ayda 30 min fan artan yeganə Kapitaldır, onu ən yaxın 16 minlə BOB izləyir. Bu da göstərir ki, Kapital son 3 ay daha çox LİKE yarışına önəm verib. "

Nəticə: 16% fanı xaricdən olan Kapital sonuncu, Unibank 3, BOB 2-ci, Express isə yerli fanlarının faiz nisbətinə görə 1-ci yerdədir. Bu mərhələdə Kapital bu göstəriciyə görə 0, Express 3, BOB 2, Uni 1 bal alır.

2.  Səhifə postlarının sayı / number of page posts

Yaşıl – Bank of Baku, Sarı – Kapital Bank, Tünd göy – Unibank, Açıq göy – Express Bank

Number of Page Posts - Bank of Baku - Sizə Yaxın Bankçılıq - Kapital Bank - 2016-3-7

Number of Page Posts - Unibank - Expressbank - 2016-3-7

Təhlil:

"Post sayında görürük ki, ilk yeri Kapital tutur. Əlavə şərh vermədən Kapital 4, Unibank 3, BOB 2, Express 1 bal alır. Doğrudur post sayının çox olması göstərici kimi həll edici olmasa da, rəqiblərdən seçilməsi 4 balı Kapital üçün halal edir. Düşünürəm ki, bir bank çalışıb mümkün olduğu qədər fanları ilə çox ünsiyyətdə olmalıdır."

3. Səhifə post növlərinə görə sıralama

Yaşıl – BOB, Sarı – Kapital, Tünd göy – Unibank, açıq göy – ExpressDistribution of Page Post Types - Bank of Baku - Sizə Yaxın Bankçılıq - Kapital Bank - 2016-3-7

Distribution of Page Post Types - Unibank - Expressbank - 2016-3-7

Təhlil:

"Yuxarıda Siz post növlərinə görə paylaşımları görürsünüz. Burada effektivik postların sayı ilə deyil, faiz nisbəti ilə ölçülür. Məsələn, yuxarıdakı qrafikdə 75% nəticə ilə 1-ci yerdə BOB-dur. Bu o deməkdir ki, 100%-lik kontentin 75% ilə şəkil olduğu səhifə BOB-dur. Digərlərində bu faiz gördüyünüz kimi çoxdur. Faizləri nəzərə alaraq BOB-a 4, Kapital 3, Express 2, Unibank 1 bal alır. Yenə deyirəm paylaşım sayı, like sayı rol oynamır. Məsələ, yığılan like və toplam postların düzgün bölgüsündən gedir. "

4. Fan postların sayına görə

Yaşıl – BOB, Sarı – Kapital, Tünd göy – Unibank, açıq göy – Express

Number of Fan Posts - Bank of Baku - Sizə Yaxın Bankçılıq - Kapital Bank - 2016-3-7

Number of Fan Posts - Unibank - Expressbank - 2016-3-7

Təhlil:

"Fanlar tərəfindən olan postlar qrafikində isə Kapital birinci yerdədir. Deyə bilərsiniz ki, reklamla 50 min kənar və daxili fan yığıblar axı, onda necə olur? Deyim ki, reklamla yığılsa da, heç kim fanı şərh yazmağa məcbur etmir. Yazırsa, deməli nəsə marağını çəkib. Yuxarıda gördüyünüz rəqəmlərə əsasən bu mərhələdə Kapital 4, BOB 3, Unibank 2, Express isə çox az olduğuna görə 0 alır."

5. Ən çox “Engagement” (like+comment+share) alan postlar 

ddd

Təhlil:

"Burada qrafikdən də görürük ki, son 3 ayda ən çox like+comment+share olan postlarda Kapital say etibarilə cüzi öndə olsa da, Unibankda çox əla share sayı olduğuna görə 1-cilik şəksiz ondadır. Postlarda share-in çox olması like və kometnlərdən üstündür. Ona görə də müvafiq olaraq Unibank 4, Kapital 3, Express 2, BOB isə 1 bal alır."

6. “İnteraction” (like+comment+share) parametrinə görə sıralama

s/n Bank like+comment+share
1 Kapital 36.1 min
2 BOB 33.2 min
3 Unibank 31.7 min
4 Express 4.6 min

7. Orta aylıq “İnteraction” sayı

Bank Ortalama Ən çox
Kapital 12 000 20 300
BOB 11 100 12 000
Unibank 9 400 11 600
Express 1 500 3 500

Təhlil:

"6-cı bənd üzrə bal vermə aparmırıq. Onu 5-də etdik. Və dedik ki, burada toplam cəm deyil, keyfiyyət öndədir. 7-ci bənd üzrə isə qiymətləndirmə apara bilərik. Gördüyünüz kimi Kapital 1-ci yerdədir. O ən yaxşı postuna 20300 interaction ala bilib. Fərq etməz reklamla, ya reklamsız. Ona görə də bu mərhələdə Kapital 4, BOB 3, Unibank 2, Express 1 bal alır."

8. “İnteraction” növlərinə görə sıralama

Bank Like Comment Share
Unibank 55.77% 41% 3.23%
BOB 59.27% 35.59% 5.14%
Kapital 68.93% 23.86% 7.21%
Express 78.9% 11.67% 10.24%

Təhlil:

"Bu bənddə qiymətləndirmə təbii ki, like faizinə görə verilə bilməz. Əsas məsələ fanın biganə olaraq like qoyub getməsi deyil, şərh və paylaşmasıdır. Ona görə də yuxarıdakı cədvəldə şərh faizinə görə ilkdən sona doğru düzdüm. Ona görə də Unibank 4, BOB 3, Kapital 2, Express 1 bal alır. Siz də çalışın ki, fanlarınız daha çox şərh bildirsinlər, müzakirələrdə iştirak etsinlər. Bu halda səhifəniz daha keyfiyyətli hesab edilir."

9. Ortalama 1000 fanın nəticələrinə əsasən ən çox diqqət göstərilən post növləri

Bank Video Foto Link Albom
Kapital 2.26 1.70 1.84 0.78
BOB 4.68 2.17 1.69 0.77
Unibank 0.73 1.90 1.24 0.57
Express 2.37 2.75 0 0

Kapital Bankda ortalama 1000 fan 145.5 interaction, BOB-da 141.2, Unibankda 121.4, Express-də isə 73.41 aktivlik göstərir.

Aylıq ortalama fanlardan gələn suallara görə isə BOB 42.67, Kapital 33.67, Unibank 31, Express 1.67-dir.

Təhlil:

"9-cu bənddə olan bölgüyə görə yuxarıdakı bənddə qiymətləndirmə etmişdik. Burada həmin qiymətləndirmənin sadəcə bölgüsüdür. Amma cədvəlin aşağısında fanlardan gələn suallar bölməsi var. Bu çox vacibdir. Fan sual verirsə, bu artıq maraq göstəricisidir. Bu göstəriciyə görə yuxarıdan da gördüyünüz kimi BOB 4, Kapital 3, Unibank 2, Express isə çox zəif nəticəyə görə 0 alır. "

10. Fan suallarına cavab vermə faizi / indeksi

Yaşıl – BOB, Sarı – Kapital, Tünd göy – Unibank, açıq göy – Express

Response Rate for User Questions - Bank of Baku - Sizə Yaxın Bankçılıq - Kapital Bank - 2016-3-7

Response Rate for User Questions - Unibank - Expressbank - 2016-3-7

 

Təhlil:

"Yuxarıdakı infoqrafikadan da görürük ki, Response Rate (Cavab vermə indeksi/faizinə görə BOB 100%, Unibank 98%, Kapital 91%, Express isə 75%-dir. Müvafiq olaraq BOB 4, Unibank 3, Kapital 2, Express 1 bal alır."

YEKUN:

Sonda balları toplasaq, Bank of Baku 26 bal, Kapital 25, Unibank 22, Express isə 11 bal alır. Son 3 ayın nəticələrinə əsasən cüzi fərqlə BOB-u qalib elan edə bilərik. Hərçənd ki, qiymətləndirmənin yekunundan daha çox bəndlərin hər birinə ayırca diqqətlə yanaşmaq daha vacibdir. Ümidvaram ki, bu araşdırmadan həm adı çəkilən banklar, həm də digər şirkətlər faydalana biləcəklər.

P.S. Yazılarımdan mütəmadi olaraq xəbər tutmaq istəyirsinizsə, mail abunə olaraq bunu edə bilərsiniz.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 448 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

1o parametr üzrə qeyd edilən səhifələrin son 3 aylıq aktivliyini müqayisəyə başlayaq.

Həmçinin oxuya bilərsiniz

Araşdırma 0 Comments

Azərbaycanda online alış-veriş reallıqları (Marketing AİR 5, 50/50 komandasının araşdırması)

Bu günkü yazımda Sizə Marketing AİR 5-in üzvlərindən ibarət 50/50 komandasının hazırladığı maraqlı bir araşdırmanın təqdimatını paylaşacam.  Əvvəla mövzuya gəlməmişdən öncə məlumat verim ki, Marketing AİR olaraq artıq 3 ildə

Marketinq 0 Comments

Satışdan öncəki addımlar – satış haqqında II yazı

Satış haqqında ilk yazını keçən ay yazmışdım. Nəyi, kimə və niyə satırıq adlı yazını bu linkdən oxuya bilərsiniz. Öncəki yazıda satışın özünün mahiyyətinə qısa giriş vermişdik. Bu bloq yazısında isə

Marketinq 0 Comments

Cinema Plus vs Park Cinema – facebook fan səhifə təhlili

Bir müddətlik fasilədən sonra yenidən Sizinlə növbəti təhlili paylaşıram. Bu dəfə mən ölkəmizin 2 böyük kinoteatr şəbəkəsini CinemaPlus və ParkCinema-nın facebook fan səhifələrini müxtəlif parametrlər üzrə dəyərləndirəcəm. Bildiyiniz kimi Socialbakers

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın