Teymur paşanın xatirə dəftəri

Teymur paşanın xatirə dəftəri

Bilirəm ki, Teymur Paşam haqqında yazılarım üçün çox darıxmısız. Elə mən özüm də darıxmışam. Neçə vaxtdır ki, vaxt edib oxuculara çoxdan söz verdiyim “Paşamın xatirə dəftəri” yazısını tamamlaya bilmirəm. Son 2 aydır başımın qarışıq olmasından istifadə edib mənə qarşı gündəlik təzyiqlərini artırıb. Haqqımda hər gün nəsə yazır, paylaşır. Qarşıda böyük layihələrimiz var deyə demək olar ki, hər gün 4-5 saat yatıram və sözügedən şəxs fürsəti fövtə vermir. Bir neçə dəfə yüngül, orta ağır, ağır xəbərdarlıqlarıma baxmayaraq yenə də şər əməllərindən çəkinmir. Ol səbəbdən məcbur olub bu yazını hava limanında da olsa tamamlamaq istəyirəm. Dünən Rəqəmsal Marketinq Konfransından yorğun çıxıb bugün Brandweek İstanbula tələsirəm. İş başımdan aşsa da yazımı bu dəfə ertələməyəcəm. Hər şeyin də bir həddi var deyib düşmənə layiqli cavabını vermək istəyirəm. Rəqibi ümumiyyətlə gərək beşikdəcə cavab atəşi ilə susdurasan.

Hələ keçən dəfə müdirinə (Gülərüz Vüsal – red:R.H) ödətdirdiyi nahar görüşündə bildirdim ki, “paşam, etmə-eləmə. Mən çox dost görmüşəm dost görünüb, amma dostunun bütün imkanlarından xaincəsinə istifadə edib. Yəni dostunun bir çox imkanlarından sui-istifadə edən görmüşəm, amma dostun vaxtının azlığından istifadə edəni heç görməmişəm. Təhlükəli sularda üzmə, boğularsan. Üzə bilmirsən, ağaca niyə dırmaşırsan zad”. Amma dərin təəssüf hiss ilə qeyd edim ki, bu tip preventiv, islah xarakterli addımlarımın heç bir təsiri olmadı. Bu yazını oxuyan hər kəsdən bütün pis xüsusiyyətlərinə baxmayaraq paşamın xatirə dəftərini ictimailəşdirdiyim üçün üzr istəyirəm. Empati qursanız, məni daha yaxşı başa düşərsiniz.

Bilirsiniz ki, Paşka son zamanlar sosial faydasız aktivliyini artırıb. Tez-tez mənim bostanıma daş atması bir yana, mənim sferama, yəni biznes sektoruna dair mülahizələr irəli sürmək cəsarəti nümayiş etdirir. Hətta o qədər gələn rəylərdən ruhlanıb ki, biznesə dair yeni “İşlər yaxşı gedirdi, batdıq” adlı kitabını bu yaxınlarda Yasamaldakı Günəş Petrol ofisinin 2-ci mərtəbəsində oxucularına təqdim etməyə hazırlaşır.

Yəqin bir çoxunuza Paşamın xatirə dəftərinin zorakılıq tətbiq edərək əlimə keçmə tarixçəsi maraqlıdır. Elədirsə, deyim. Bir gün Şərəfə kəndində Teymurun  əsgərlikdən salamat gəlməsinin 12 illiyini qeyd edirdik. O vaxt, yəni 2009-cu ildə Paşam hərbi həyatında keçirdiyi depressiv aylardan sonra əhd edibmiş ki, əsgərlikdən salamat qayıtmasının 12-ci ilini doğma el-obasında dostlarla qeyd edəcək. Düzdü, ümumi götürsək, sol çanaq nahiyəsinin kəsilmiş, deşilmiş yaraları və kürək, sol yanaqda bir-iki tatunu nəzərə almasaq, Paşam bir bütöv olaraq hərbidən qayıtmağı bacarmışdı. Həmin gün ötən ay tamam oldu deyə biz də onun can dostları – Gülərüz Vüsal, Şoşka Kamran, İbişka Zamiq, Vüsal Əlisoy (kriminal aləmdə ona Vüsal Tixiy yəni Sakit Vüsal deyirlər) Şərəfəyə yığışmışdıq. Görüşün sonuna yaxın digər dostumuz Qabırğa Pərviz də mahiyyəti üzrə bizə qoşuldu. Paşam hərbi xatirələrini yada salıb dayanmadan içir və kövrəlirdi. Mən hələ arağı odekalonla zakuska edən görməmişdim, həmin gün gördüm. Gedişatın yaxşıya doğru getmədiyini hiss edirdim deyə, 2-ci badədən sonra arağı gizlincə bonaqua ilə əvəzlədim. Bilirdim ki, bir azdan konsert başlayacaq və mən o konserti mütləq ayıq başla izləməliyəm. Elə də oldu. Az keçmişdi ki, səbəbkarın xəlvəti bostanlığa tərəf addımladığını gördüm. 5 dəqiqə vaxt verdim ki, izlənilməsini hiss etməyib hədəfə doğru rahat irəliləsin. Torpağı hönkürərək qazmağa başladı. Çox keçməmiş həmin o məşhur xatirə dəftərini eşib çıxardı və sürətlə vərəqləməyə başladı. Bu dəm başının üstünü necə kəsdirdimsə, özünü itirib dəftəri qeyri-ixtiyari əlindən yerə atdı. Bircə onu xatırlayıram ki, dəftəri götürüb həyətdən o qaçan qaçmışam. Amma yox, o da yadımdadır ki, qaçan moment Paşama üzr istəyirəm, bir təpik də vurmuşam ki, dalımca gəlməsin. Gözümü açanda artıq Bakıdaydım, çox böyük xəzinə tapdığıma əmin idim. Hələ açıb vərəqləyəndən sonra başa düşdüm ki, daha bundan sonra işləməyimə ehtiyac yoxdu, ayda bir dəfə 2-3 səhifəsini tirajlasam aylıq stabil qazancı təmin edə bilərəm. Hələ bəzi materiallar var idi ki, onu elə uzaqdan Paşama göstərib “yayaram ha” desəm, rahat ədv xaric 500 manatlıq illik müqaviləm hazırdı.

Xatirə dəftərinin ələ keçirilmə tarixçəsi belədir yəni. İndi isə icazənizlə istəyirəm o dəftərdə yazılan bəzi ictimaiyyətə açıq fikirləri diqqətinizə çatdırım. Buradan da Paşama səslənirəm. Əgər şər əməllərdən əl çəkməsən əlimdəki bir-iki videonu, dəftərdə olan bir-iki şəxsin adını yaymamaq üçün sənə debet kartımın şəklini çəkib votsapa atacam.

Sizə xatirə dəftəri deyim, Siz ona fəlsəfi cərəyan deyin, axın deyin, fikirlərdə inqilab deyin, çevriliş deyin. Adam məəttəl qalır ki, 4-cü sinif uşağı 1) bu iztirablara necə dözüb 2) deyək ki, dözüb, bəs bu ağılı hardan alıb ki, hisslərini belə gözəl ifadə edə bilib. Onu yaxından tanıyırlar bilir ki, Paşamın adama verdiyi ilk təəssürat obrazlı desək “Sünbül ağa” prototipidir. Amma eşitmişəm ki, elə adamlarda xüsusi bacarıqlar olurmuş. Nə bilim vallah, mətləbdən uzaqlaşmadan əvvəllər yazımda dediyim bir fikiri təkrar etmək istəyirəm. Teymuru bu günə salan Allah, bizə nağarmaz ki….

Dəftərin ilk səhifəsi belə başlayır – “Getdi, gəlməyəcək. Bitdi, başlamayacaq”. Ümumiyyətlə çoxlu lakonik fikirlər, cümlələr var. Mən onlardan bəzilərini olduğu kimi şərhsiz paylaşacam Sizlə. Sonda da ali riyaziyyatda olan matris fason nəsə düstür gördüm. Nömrələnmiş fikirləri bir yerə toplayanda nəsə alınırmış. Qurban olum ay Allah, necə də ədalətlisən, lazım oldu olmadı hamıya ağıl vermisən. Həqiqətən də günəşə layiq olmayan nə qədər adam var, amma günəş hər gün səhər yenə hər səhər doğur.

Çox uzatmadan dəftərdən seçdiyim bəzi fikirləri aşağıda sıra ilə paylaşıram. Daha özü yazıb, yoxsa müəllif hüququnu vəhşicəsinə pozaraq kimdənsə fırladıb bilmirəm, babalı öz boynuna.

  • Hər kəs hər kəssiz yaşaya bilər. Yerə düş, göylə getmə N..r!!! (səh.4)
  • İnsan heç kimi itirmir əslində, gedir ki, ya ona yaxşı olsun, ya da sənə. Sənsiz də zoram P…n! (səh.5)
  • Özünüzə bir yaxşılıq etmək istəyirsizsə, səni incidən hər kəsi bağışla. Bağışladım, get L…ə. (səh.9)
  • Bəzi şeylərin dəyəri o şeyin yoxluğunun çoxluğu ilə müəyyən edilir. Əlçatan olmaq hələ bunu səndən istəməyən biri üçün əlçatan olmaq sizin dediyiniz və etdiklərinizi ancaq və ancaq dəyərsiz göstərər. Niyə belə etdin Ü…ə. (səh.10)
  • Bukovski deyirdi ki, tək olmaq səhv yerdə və səhv qəlbdə olmaqdan yaxşıdır. Eşidirsən F…ə (səh 11)
  • Yüzsüzdür insanoğlu, kimse bilmez fendini. Kime iyilik yaptıysan ondan koru kendini – M.A. Ersoy. Tanış gəlir K…ə? (səh.12)
  • Mevlana deyir ki, sizi incidən adamlara hələ də salam verə bilirsizsə, bu vicdanınızın sədəqəsidir. İndi bildin mən kiməm A..u? (səh.13)
  • Dünü toprağa gömmüyoruz, amma yarınlar çiçek açsın diye bekliyoruz. Bitdin sən S…a!!! ağlamaq işarəsi (səh.14)
  • Dostoyevski deyirdi ki, sırf qəlb qırmamaq, özümə yaraşanı etmək üçün cavab vermədiyim hər kəs özünü haqlı zənn etdi. Qədrimi bilmədin dostum Yaqo (səh.17)
  • Bob Marley deyir ki, sənin üçün mübarizə aparmayan insan, sadəcə getməyini gözləyir. İndi səni başa düşdüm B…r (səh.20)
  • Sənin dəyərini bilmədiyin günə, kəpənək ömür deyir, ay insafsız X…ə (səh.21)
  • Dostoyevski deyirdi ki, öz yolunda səhv getmək, başqasının yolunda düz getməkdən yaxşıdır. Aç qulağını eşit Ə…t (səh.69)
  • Jim Rohn deyir ki, bulunduğun yer səni məmnun etmirsə, yerini dəyişdir. Ağac deyilsən ki. Kötük dostum S…c (səh.31)

Hələlik bu qədər. Davamını yazmağı istəyirsizsə, bu yazını paylaşın. O da mənə ilham versin. Paşam, iranlılar demiş, demişdim axı “şirin quyruğu ilə oynama”   😛 

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Qurban olum ay Allah, necə də ədalətlisən, lazım oldu olmadı hamıya ağıl vermisən. Həqiqətən də günəşə layiq olmayan nə qədər adam var, amma günəş hər gün səhər yenə hər səhər doğur.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Cəlbedici başlıq fəlsəfəm 2

Ötən yazıda mənim üçün dəyərli olan fikirlərin bəzilərini “cəlbecidi başlıqlarla” təqdim etdim. Yazını 2 hissəyə böldüm ki, uzun-uzadı oxuyub yorulmayasınız, həm də “həzm etmək” asan olsun. Çox uzatmadan keçək növbəti

Sərbəst 0 Comments

İş və şəxsi həyat balansını qorumağın 7 yolu

Bugün hər birimiz yaxşı-pis haradasa çalışırıq. Yaxın dostlardan, tanışlardan həmişə bu tip fikirlər eşitmək olar: “Evdə də məcbur olub gecə 4-ə kimi işləyirəm, bilmirəm necə edim, işdə evdən gələn zənglər

Sərbəst 0 Comments

Karantin düşüncələri

Oxumağa kitab alanda əvvəlki vaxtlarımla müqayisədə daha çox seçici davranıram. Gəncliyimdə o qədər nə gəldi oxumuşam ki, indi onların siyahısına baxanda itirilən vaxta heyfim gəlir. Hərçənd ki, kitab oxumağa sərf

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın