“Tüpürüb getmişlərin” gündəliyi

“Tüpürüb getmişlərin” gündəliyi

#istəyirəm 4-5 il Bakıda birtəhər başımı girələyim, sonra da bir yolunu tapıb gedim xaricə. Ordan da hər gün “Siz orda necə yaşayırsız voobşe? Orda hələ də filan adətlər qalıb? Ahaaha”, “Düzələn deyilik” tipli statuslar paylaşım.

Sonra hər postumda olduğum yeri check-in edim ki, hamı bilsin xaricdəyəm. Dostluğumda hələlik 6-7 xarici olsun, amma mən ruhdan düşməyərək ingilis dilində elan və fikirlərimi paylaşım. Arada bir nəfər də Masazırdan girib şərh yazsın ki, “fully agree” falan. Sonra bir-iki muzeyin içinə girməsəm də qabağında durub şəkil çəkdirim və başlığa da xarici dildə aforizm yazıb paylaşım. Elə bilsinlər ki, günüm görüşlərdə, boş olanda da muzeydə falan keçir.

Birdən-birə necəsə hiss edim ki, artıq siyasi mövqe göstərməliyəm. Gec olsun, güc olsun deyib özüməxas tərzdə bir az üsyankar, bir az da sanki vecimə deyilmiş kimi statuslar yazım. “Özümə görə demirəm, orda qalan sizlərsiz. mənə nə istəyirsiz gedin aztv-ni qucaqlayın yatın” tipli.

Bir də başımı qaldırım ki, xeyli vaxtdır xaricdəyəm. Mən Azərbaycandan çıxmışam, amma Azərbaycan məndən yox. Çevrəm də 2-3 özüm kimi azərbaycanlılardı, onlarla da görüşəndə mövzumuz ancaq Azərbaycandır.

Arada xarici seriallardan, komik kinolardan fraqmentlər paylaşım. Uğunum gedim gülməkdən. Başlıq da təxmini belə olsun “ohh my gosh, you made my day”. Həmən sonra yutubu açım Xumarın axırıncı mahnısını qoyum, bir az kövrəlim. Sonra dinləyə-dinləyə bir də baxım ki, keçmişəm uje smertelniy meyxana deyişmələrinə. Sonra da birini paylaşım və öz aləmimdə guya məzələnim ki, “2pac və eminem yerində fırlanır 100%”.

ardı var-mənası yoxdu

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Bir də başımı qaldırım ki, xeyli vaxtdır xaricdəyəm. Mən Azərbaycandan çıxmışam, amma Azərbaycan məndən yox.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Həqiqəti Enrikinin qucağında axtaranlar

Məktəbdə oxuyurdum. Allahdan bir az dəcəl məktəbimiz var idi. Direktor son sinif uşaqları ilə bacarmırdı deyə tez-tez polis çağırırdı. Biz də onda 8-9-da oxuyardıq. Günlərin bir günü yenə polis məktəbin

Sərbəst 0 Comments

”Oşo”laşdıqca başqalaşan qlamurlar

solda qlamur, sağda səmimi insan obrazı Çoxdandır ki, bu mövzuda yazmaq üçün birinin məni təhrik etməsini gözləyirdim. Öncədən deyim ki, yazının marketinqlə əlaqəsi yoxdur, bu sadəcə Marketer Məhərrəmin dostumuz Namiq

Sərbəst 0 Comments

Teymur paşama aid 44 ˝hikmətli kəlam˝

Əziz dostlar, bu dəfə bloqumda belə bir yenilik etmək istədim. 2008-ci ildən facebooku aktiv istifadə edirəm və ogün-bugün xeyli sayda aktivliklər etmişik. Dünən təhlükəsizlik üçün bütün fb arxivini yükləyəndə bu

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın