“Vaxt var idi” davam edir

“Vaxt var idi” davam edir

Yeni ildə yeni “vaxt var idi” konseptindən sonra 8 mart beynəlxalq qadınlar gününə özəl də bu konseptin davamını etmək qərarına gəldik. Konsept haqqında əvvəlki yazımda geniş qeyd etmişəm. Mart üçün hazırlanan kampaniyada ilk öncə düşündük ki, nəyi ilk dəfə daha sərfəli şəkildə müştərilərə təqdim edə bilərik? Nəhayət qərara gəldik ki, həmişə etdiyimiz 1+1 və endirim kampaniyalarını parallel edək. Konseptimizə də çox uyğun gəldi və belə bir reklam mesajı formalaşdı.
“Vaxt var idi, İdealda ya endirim olurdu, ya da 1+1. Amma indi 8 mart beynəlxalq qadınlar günü münasibətilə martın 1-dən 10-dək İdeal parfum və kosmetika mağazalarında həm 35%-dək endirim, həm də 1+1 aksiyası olacaq. İstədiyinizi özünüz seçin.”
Əvvəl olduğu kimi bu dəfə də New Media şirkətinə sifarişimi verdik və aşağıdakı kimi yeni qrafik reklam çarxı alındı.

Xatırladaq ki, reklam çarxı tv və radioda, eyni zamanda tv verilişlərdə band şəklində yayımlanır. Eyni zamanda rich-media bannerlər 4 ən populyar saytlarda da yayımlanmaqdadır. İndidən marağın böyük olacağını gözləyirik.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Adverdiklərim 0 Comments

#SoruşGör – Facemark.az və Marketinq Azərbaycan qrupundan yeni layihə

Əziz oxucular, yəqin ki, bu layihənin tizer xarakterli anonslarını 2 gündür ki, facebookda görmüsünüz. Elə biz özümüz də sözün açığı 3-4 gündür ki, bunun üzərində işləyirik. İdeya isə bir müddət

Adverdiklərim 0 Comments

“Adverdiklərim” silsiləsindən: İdealda Yenə Bayram Var

Qurban bayramı münasibətilə İdealın ilk dəfə 2011-ci ildə keçirdiyi kampaniyaya “İdealda yenə bayram var” adı seçdim. Çünki bundan öncə Ramazan olmuşdu, Ramazandan sonra yenə bayram əhval-ruhiyyəsinə girmək üçün o bayramın

Adverdiklərim 0 Comments

“Adverdiklərim” silsiləsindən: Həyatı müəllimlərdən, fürsətləri isə İdealdan ÖYRƏNİRİK.

Müəllimlər Günü münasibətilə çox maraqlı mesaj hazırlamaq lazım idi. Mesajımız isə çox maraqlı oldu, məncə.  “Həyatı müəllimlərdən, fürsətləri isə İdealdan ÖYRƏNİRİK”. Facebook Comments

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın