Yaşanmış yarımçıq talelər

Yaşanmış yarımçıq talelər

Yaşanmış hissləri şerə tökəndə də mənalı olur, ona mahnı bəstələyəndə də təsirli olur. Bu musiqinin sehrli xüsusiyyəti var, dəfələrlə qulaq asmaq olur. Hər qulaq asdıqca da sanki kinoya baxırsan, 1-ci Qarabağ müharibəsinə aid hər şey – yaşanmış yarımçıq talelər insanın gözünün önünə gəlir. Təxmin edirəm ki, indiki və ümid edirəm yekun Qarabağ müharibəsi haqqında ən gözəl mahnılar hələ yazılmayıb. Bəlkə də indi xeyli sonra eşidəcəyimiz hansısa mahnının qəhrəmanı qanı ilə dastan yazır. Bəlkə də indi bir müddət sonra dillərə düşəcək bir mahnının sözlərini elə səngərdəcə kimsə yazır, nə bilmək olar. Yaşanmış talelər mənalı olur, onu ifadə edən ən qısa söz belə kəsərli olur. İndi radioda tez-tez müharibə ruhlu musiqilər eşidirəm. O deyil. Həmin hissi vermir. Sanki tələm-tələsik yazılıb. Yaşanılmamış yarımçıq musiqilərdir elə bil.

İlk müharibənin internetdə olan demək olar bütün videolarına baxmışam, o qədər qeyri-müəyyənliyin içində neçə-neçə igidlər vətən üçün sevə-sevə canlarını fəda etdilər. Məsələn, bu qəhrəmanın səs yazısını dinləyəndə sözlə ifadə edilməyən hisslər keçirirsən. Görəsən, indi olanları görürmü? Şəhid olduğu həmin yerdə indi qızğın döyüşlərin getdiyini bilirmi? Tezliklə oranı da tam azad edib qisasını alacaq oğlanların elə o dövrün yarımçıq taleyini yaşamış uşaqlar olduğunu görürmü?

Bu müharibə bizə itkiləri ilə yanaşı çox şeyi qazandırdı. Biz torpaqlarımızı geri qaytaracağıq, amma özümüzə inamı artıq 27 sentyabrdan etibarən qaytarmışıq. Yox, 2016 apreldən bəlkə də. Qalib olmaq üçün ilk öncə gərək insan özünü qalib hiss etsin. O hiss olmadan gələn qalibiyyət mənasını itirər. Bizim xalqda artıq qalibiyyət hissi var. Daha heç kim bundan sonra 18 yaşlı gənclərimizə lağ edə bilməyəcək, buna haqqı çatmayacaq. Onlar İndi öz işlərini, hətta atalarının yarımçıq buraxdığı işi də həll etməyi öhdələrinə götürüblər.

Yaşanmış yarımçıq taleləri təsəlli etməyin bir yolu var – Qalib olmaq, haqqı sahibinə təslim etmək.

O gün uzaq görünmür. “Belki yarın, belki yarından da yakın”.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 421 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Köşə yazıları 0 Comments

Fəlsəfə niyə lazımdır?

Fəlsəfə ilə ilk tanışlığım universitet illərinə təsadüf edir. Qarışıq fikirlər, bir-birini təkzib edən mülahizələr, beyin yandıran ideyaların olduğu sahə kimi yadımda qalıb. Hətta yadımdadır o vaxt, fəlsəfə dərsində indi adını

Köşə yazıları 0 Comments

Qafqaz Universitetindən nələri öyrənməliyik?

Bu yaxınlarda Qafqaz Universitetinin bağlanması haqqında xəbəri yəqin ki, eşitməyən qalmayıb. Mən məsələnin siyasi tərəflərinə qarışmıram. Səhvdir, düzdür, tələsik addımdır, deyil bu mövzulara girmədən öz növbəmdə Qafqaz Universiteti haqqında fikirlərimi

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın