28 aprel Kapital Bazarı Təlim Mərkəzində görüşürük
Əziz dostlar, yadınızdadırsa, öncəki bloqlarımın birində Kapital Bazarı üzrə Təlim Mərkəzi ilə əməkdaşlığa başlamam haqqında Sizə məlumat vermişdim. Ətraflı buradan oxuya bilərsiniz. KBTM məlumat üçün bildirim ki, Qiymətli Kağızlar Komitəsi nəzdində fəaliyyət göstərir və bir çox istiqamətlərdə professional və praktiki təlimlər keçirlər.
Əməkdaşlığımız çərçivəsində ilk görüşüm, yəni ilk təlimimiz 28 aprel tarixində olacaq. Marketinqlə maraqlanan, marketinqin incəlikləri ilə yaxından tanış olmaq istəyən bütün dostlarımızı dəvət edirəm. Aşağıda Sizə təlimlə bağlı rəsmi yayılan informasiyanı da təqdim edirəm. Gəlin, görüşək, paylaşaq.
Karyerasını marketinq sahəsində görən fərdi müştərilər və peşəkar korporativ dinləyicilər, Mərkəzimiz Sizləri “Marketinqin əsasları” təliminə dəvət edir!
Təlimin başlama tarixi: 28 Aprel 2016 – cı il
Dərs günləri: Cümə axşamı və şənbə günləri
Cümə axşamı: 19:00 – 21:00
Şənbə: 15:00 – 17:00
Təlim proqramı marketinq sahəsində biliklərə yiyələnmək istəyən şəxslər üçün nəzərdə tutulub. Proqram müəssisələr tərəfindən həyata keçirilən marketinq fəaliyyətinin elementlərini, o cümlədən müştərilərin davranışı, məhsul və brend menecmenti, xidmət sahələrinin marketinqi, marketinq strategiyaların hazırlanması və bir sıra digər başlanğıc bilikləri əhatə edir.
Təlimin ümumi müddəti(saat): 16 saat
Təlimin xidmət haqqı: 220 AZN
Tədris dili: Azərbaycan dili
* Fiziki şəxslər üçün hissəli ödəniş mümkündür.
Təlimi tədris edəcək peşəkar təlimçimiz Rafiq Vəliyev barədə ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: http://cmtc.gov.az/az/telimciler/21
Təlim haqqında ətraflı məlumat əldə etmək və qeydiyyat üçün:http://cmtc.gov.az/az/marketinqin-esaslari
İştirakçılar yekunda sertifikatla təmin olunacaq!
Alternativ olaraq bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlayın:
Telefon: (+994)12 498 16 77
(+994)70 272 99 79
(+994)55 672 99 79
E-mail: info@cmtc.gov.az
Web: cmtc.gov.az
Qeydiyyatdan keçməyə tələsin! Yerlər məhduddur.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
İctimadi Radioda MMF2019 haqqında danışdıq
Bildiyiniz kimi bu ilin may ayında artıq 7-ci dəfə keçirilən Milli Marketinq Forumunu arxada qoyduq. 2 gün davam edən tədbirdə ölkənin reklam, marketinq sektorunda çalışan 400-dən çox menecer iştirak etdi.
FIF2017 I panel moderator və spikerlərin çıxışlarının video yazısı
Əziz dostlar, FİF2017 06 may tarixində uğurla keçirildi. Tədbirdən 1 aydan çox vaxt keçməsinə baxmayaraq hələ də müzakirə edilir. Hissə-hissə facebook səhifəmizdə tədbirlə bağlı məlumat və videolar yayımlanmaqdadır. Mən ayrıca
Canlı yayımda Aysel Cəbrayılova ilə “ŞƏRİKLİ ÇÖRƏK”dən danışdıq
Facebook Comments

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun