2QAT BAYRAM – RAMAZAN

2010-cu ilin sentyabr ayında daha bir Ramazanı qarşılayarkən düşündüm ki, niyə bizdə Ramazan, məsələn Türkiyədəki kimi qeyd edilmir. Əsasən də bu işin niyə bizdə də ticarəti qızışdırmadığını düşünürdüm. Qərara gəldim ki, rəhbərliyə məhz bu ayda Ramazana özəl endirim kampaniyası təklif edim, ilk başdan etiraz olunsa da, sonradan müzakirə edib razılığıa gələ bildik. Və o ərəfədə Azərbaycanda hər kəsin Ramazanda sadəcə tv-də “filan şirkət Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edir” tipli reklamları gedirdi. Sanki insanlar risk etmirdi nəsə etməyə və ya bunu Ramazanla əlaqələndirməyə. Hətta ilk dizayn təklifində məscid şəkli olduğuna görə də “risklidir” deyə cavablar almışdım, amma israrlıydım, etməliydim. Və həmin an gəldi və biz o günlər müştərilərə 20% endirim etdik. Halbuki adi vaxtlarda müştərilərə əsasən 15% edirdik. Nəticə isə gözlədiyimizdən qat-qat artıq oldu. Az qala mart satışlarına yaxın rəqəmlər aldıq. Çox sevindiricidir ki, radio, vitrinlərdə, internetdə aktiv reklamlarımızdan sonra rəqibimiz və başqa bir çox şirkətlər də gələn ildən eyni şeyi etməyə başladılar. Demək ki, insanların arasında olub, nəyə dəyər verdiklərini, tələb olduğunu öyrənmək lazımdır ki, ona uyğun da təklif hazırlamaq çətin olmasın.
Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 497 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Adverdiklərim 0 Comments

“Adverdiklərim” silsiləsindən: Biz Gözləyərik

Kredit kampaniyası üçün sloqan – Biz Gözləyərik Facebook Comments

Adverdiklərim 0 Comments

#SoruşGör – Facemark.az və Marketinq Azərbaycan qrupundan yeni layihə

Əziz oxucular, yəqin ki, bu layihənin tizer xarakterli anonslarını 2 gündür ki, facebookda görmüsünüz. Elə biz özümüz də sözün açığı 3-4 gündür ki, bunun üzərində işləyirik. İdeya isə bir müddət

Adverdiklərim 0 Comments

“Adverdiklərim” silsiləsindən: İdeal ilə hər yerdə G-Özəl-Sən

Neftçilər prospektində mağazamız açılmışdı və həmin mağazanın tanıtımını ora yaxın bir yerlərdə reklam etmək lazım idi. Çox düşündük ki, bunu necə edək. Sonunda Park Bulvarda avtomobillərin sıx olduğu parking yerini,

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın