Müasir dünyada görünməz olmaq

Müasir dünyada görünməz olmaq

Müasir dünyada görünməz olmaq ölümə bərabərdir
 
Sosial şəbəkələrin dünya əhalisinin davranışlarına təsirinin pik həddində olduğu bir vaxtda görünməz olanın pul qazanması, görünən hörmət qazanması, məşhurlaşması (əgər istəyirsə) və ya kütləviləşməsi müşkül məsələdir. İndi kiminsə və nəyinsə əlçatan olması onun nə qədər bilindiyindən çox nə qədər göründüyünə bağlıdır.
 
Bəs görünən olmaq pis haldırmı?!
 
Marketinq dünyasında hələ sosial medianın bu qədər tüğyan etmədiyi vaxtda məşhur bir söz var idi – “Əgər ağzınla quş da tutsan, onu reklam etməsən, onu bir sən biləcəksən, bir də quş”. Elə bu misal göstərir ki, yaxın tariximizdə də belə olub. Sadəcə o vaxt görünmək alətləri fərqli idi. İndi bu sosial şəbəkələrdir.
 
Mahiyyət və işin fəlsəfəsi baxımından heç nə dəyişməyib. Məsələn, o vaxt qəzetlər baş sağlığından yaxşı pul qazanırdılar. Hamının gözü qabağında “baxın, mən filankəsin atasının rəhmətə getməsinə baş sağlığı verdim” demək üçün qəzetlər var idi, indi də həmin şeyi votsap qruplarında, fb, instagram və votsap statuslarda, storilərdə edirlər. O vaxt qəzetlərdə reklam mətnlərində diqqət çəkmək üçün bold qara hərflərlə yazırdılar, indi də səhifənə nəyisə pin edirsən, reklama özün qoya bilirsən və s. Dəyişən sadəcə alətlərdir. O vaxt televizorda göstərilənə kütlə inanırdı, göstəriləni qəbul edirdi. İndi də sosiallarda məşhurlaşanı “əsl” kimi qəbul edir. Görünəni yadda saxlamaq vərdişi demək həmişə olub.
 
Bu yaxınlarda dəyərli tarixçi İlber Ortaylı vəfat etdi. Görünmə fəlsəfəsinə ən bariz nümunələrdəndir. Türk, eləcə də Azərbaycan mediasında bir neçə gün vəfatı gündəm oldu. Sosial şəbəkələrdə onun yazılarından alıntı ilə hələ də videolar düzəldirlər. Cənazəsində minlərlə adam iştirak etdi. Bəli, İlbər ortaylı həqiqətən də dəyərli tarixçilərdəndir. Bəs Sizcə, Ondan daha güclü tarixçilər olub ölməyibmi indiyə qədər. Əlbəttə ki, olub. Amma onların əksəri öz elmi elitada yaxşı tanınıb, əsərlərinə istinad edilib, edilir də. Və təbii ki, tarixdə də qalacaqlar. Amma onların əksəri İlbər Ortaylı kimi “görünən” olmayıb. Bütün günü tvlərdə, fərqli verilişlərdə, sosial mediada aktiv paylaşımlar, kitablar, kitab təqdimatları, mövzuların sadə dildə izahı ilə gündəmdə idi. Onu tanıyanların bəlkə də 90%-i onun heç bir kitabını oxumayıb, amma 100% intagramda falan dediyi 2-3 cümləlik tövsiyyəsinə qəşəng musiqi fonunda rast gəlib və yadda saxlayıb. O vaxt deyirdilər ki, filan dərsi çox adam deyib, amma onu bizə sevdirən filankəs olub. İlber Ortaylı da tarixi, kitabı, elmi ən sadə xalq kütlələrinə sevdirən adam olub desək, yanılmarıq yəqin ki.
 
Yuxarıdakı nümunədən də gördüyümüz kimi, kütləvi olan, kütləyə təsir edən alətlərdən məcazi mənada desək, yaxşı adam yaxşı istifadə edir, pis adam da pis.
 
Görünən olmaq biznes dünyasına da aiddir. İllər öncə biz forumlar edəndə üzümə 100 dəfə deyirdilər ki, iş görən danışmaz. Bəs bu gün? Emin Ağalarov öz böyük biznesini özü reklam edir. Böyük holdinq sahibləri bugün forumlarda çıxış edir, aktiv şəkildə sosial mediada fikir bildirir, paylaşımlar edirlər. Jeff Bezosmu danışmır, Cek Ma yoxsa, iş görən danışmaz düşünür? Stiv Cobs dayanmadan məhsulu və ideyasını anladırdı hər yerdə. Belə misallar çox çəkmək olar. Şəffaflıq şərtilə böyük şirkətlərin çoxunun rəhbəri, təsisçisi aktiv danışır, hər yerdə görünür.
 
Görünən dünyada, diqqət iqtisadiyyatında mənfi tərəflərdən biri də izləyicilərin loyal olmamasıdır. 1 il görün, 1 ay görünmə az qala təmiz unudur. Ona görə də şəxslər və şirkətlər davamlı görünmək məcburiyyətində qalırlar.
 
Bəs görünməz olmaq səhvdirmi?!
 
Qətiyyən. Görünən və ya görünməyən tip, şəxs, məhsul və ya xidmət olmaq seçimdir. Hər seçimin bir bədəli olduğu kimi burada da görünməz olmağı seçsən, bəzi şeylərdən məhrum qalacaqsan. Məhrum qaldığın şeylər uzun müddətdə və realda ölkə və cəmiyyət üçün ziyanlı olmaya, hətta xeyirli ola da bilər. Necə deyərlər, bilən biləcək onsuz.
 
İndi bəlkə də hansısa kitabxanda elə bir alim elə bir tezis üzərində işləyir ki, onu milyonlara duyurmadan belə, sadə dildə izah etməyə ehtiyac hiss etmədən 2-3 şirkətə satacaq, həm özü milyonçu olacaq, həm də cəmiyyət hansısa ixtira ilə çoxdanın probleminə həll tapacaq. Bu adam kütləvi görünənlikdən imtina edib yəni. Seçimi budur.
 
İnsan seçdiyi yolu dərk etsə, yoluna çıxan hər şeyə məna verə bilər. Yolda yaranan suallara da özündə cavabı olar. Amma seçdiyin yolu və onun mümkün nəticələrini təxmin etməmisənsə, yolda yaranan maneələrdə “niyə”lər onu yeyib bitirəcək və sona qədər də bəlkə cavab tapmayacaq.
 
Deyə bilərsiniz ki, görünən olmaq və olmamağın ortasında bir yol varmı? Bəlkə də var. Amma bu gün mənim gəldiyim qənaət budur ki, ikisindən birini seçməlisən.
 
Orta yol yaxşıdır, amma ortalıqda qalmayacaqsansa!
Facebook Comments

Editor review

Summary

Deyə bilərsiniz ki, görünən olmaq və olmamağın ortasında bir yol varmı? Bəlkə də var. Amma bu gün mənim gəldiyim qənaət budur ki, ikisindən birini seçməlisən.

Həmçinin oxuya bilərsiniz

İntervyular 0 Comments

Hərbi vəziyyət dövründə əsl sahibkarlıq fəaliyyəti necə olmalıdır? – video müsahibə

Kiçik sahibkarlıq böyük iqtisadiyyatın təməlidir. Hərbi vəziyyət dövründə əsl sahibkarlıq fəaliyyəti necə olmalıdır? Mövzuya aid suallar ətrafında İctimai Radionun “İdarəetmənin əsasları” verilişində cavablayacaq. Verilişin səs yazısını diqqətinizə təqdim edirəm: Facebook

Köşə yazıları 0 Comments

Azərbaycanda reklam agentliyində niyə uzun müddət işləmirlər?!

Bu yaxınlarda oxudum ki, 2016-cı ildə dünya üzrə reklam dövriyyəsi 600 milyard dollara çatacaq. Və bu sahədə top 10-luq müvafiq olaraq ABŞ, Çin, Yaponiya, Böyük Britaniya, Almaniya, Braziliya, Fransa, Cənubi

Köşə yazıları 0 Comments

Marketinqdə “çaynikbaş” metodu

Bloqun daimi oxucuları yəqin ki, “Marketinqdə “Rəqsadə metodu” nədir?” adlı yazımı xatırlayar. Bu gün də bir çox məclislərdə, görüşlərdə, tədbirlərdə bu metodun tətbiqini gördükdə, onu tətbiq edənləri gördükdə adam bilmir

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın