Antenn Fm-də “Deməyi Sizdən” verilişinin qonağı olduq
Dostlar, ötən həftə Antenn FM-də Aziza xanımın qonağı idik. “Deməyi Sizdən” verilişində məndən başqa Nikoyl Bankdan Rəşad bəy və Dəmirbankdan dostumuz Anar Bayramov da orda idi. Mövzumuz biznesin idarə edilməsi və marketinq idi. 2 bank sektoru və 1 FMCG sektoru nümayəndəsi olaraq bacardığımız qədər obyektiv və səmimi olmağa çalışdıq. Veriliş gözləmədiyim halda 2 saat çəkdi. Daha doğrusu verilişin normal vaxtı 2 saatdır, sadəcə mən bilmirdim 🙂 Düşünmüşdüm ki, bu tip veriliş yarım saatdan çox olmaz. Bizdə çox sevmirlər axı ağır mövzulara girməyi. Amma sən demə uzun müddətdir ki, veriliş elə 2 saat davam edir. Elə bizim variantda da 2 saatın necə keçdiyini hiss etmədik. Ən son ana qədər votsap, facebook və zənglər vasitəsilə bizə qoşulanlar, sual verənlər oldu. Təbii ki, istər sualları, istərsə də mövzunu peşəkarcasına idarə edən Əzizə xanımı unutmaq olmaz. Hətta bir marketoloq olaraq bəzi məsələlərdə unudub demədiyim bir neçə faktı yadıma salarkən yaxşı hazırlaşdığını bildim özüm üçün 🙂 Rəşad bəyi ilk dəfə görürdüm, elə ordaca fb-də dost olduq. Bayramov da ki heç. İsmayıllıya getdiyi günlər xaric Bakıda demək olar tez-tez görürəm. Çox uzatmağa lüzum yoxdur. Veriliş özü elə uzundur. Aşağıda 2 hissədə Sizə verilişi təqdim edirəm. İşdən çıxanda, yolda, evdə və s. taxın qulaqcıqları və rahat-rahat dinləyin. Təbii ki, şərhlər, iradlarınızı da bildirsəniz sevinərəm.
Yazar haqqında
Editor review
Summary
Radio Anten Fm-də Deməyi Sizdən verilişinin qonağı olduq
Həmçinin oxuya bilərsiniz
Radio Antenn “Biznesmen” verilişindəki çıxışım
Yəqin bir çoxlarınız Antenn Fm-də “Biznesmen” verilişini dinləmisiniz. Bir çox mütəxəssislərin gündəlik olaraq faydalı məlumatlar bölüşdüyü maraqlı layihədir. Ötən həftə mən də qonaq oldum. Mövzumuz isə “Pərakəndə sektorunda strateji qərarlar”
Hərbi vəziyyət dövründə əsl sahibkarlıq fəaliyyəti necə olmalıdır? – video müsahibə
Kiçik sahibkarlıq böyük iqtisadiyyatın təməlidir. Hərbi vəziyyət dövründə əsl sahibkarlıq fəaliyyəti necə olmalıdır? Mövzuya aid suallar ətrafında İctimai Radionun “İdarəetmənin əsasları” verilişində cavablayacaq. Verilişin səs yazısını diqqətinizə təqdim edirəm: Facebook
Azərbaycanda reklam agentliyində niyə uzun müddət işləmirlər?!
Bu yaxınlarda oxudum ki, 2016-cı ildə dünya üzrə reklam dövriyyəsi 600 milyard dollara çatacaq. Və bu sahədə top 10-luq müvafiq olaraq ABŞ, Çin, Yaponiya, Böyük Britaniya, Almaniya, Braziliya, Fransa, Cənubi

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun