Şəkilsiz yazılar seriyası #8 – Bizə özümüzü göstərin

Şəkilsiz yazılar seriyası #8 – Bizə özümüzü göstərin

Şirkətlərimizin “8 mart” münasibətilə çəkilən reklamlarda qadın problemləri, qadına şiddət, ayrıseçkilik kimi mövzulara müraciət etməsini doğru hesab etmirəm. Hətta bir az da irəli gedəsi olsam, bunu ucuz populizm hesab edirəm. Səbəblərini deyim;
1. Əvvəla ona görə ki, bu gün hər bir xanım həm özünə qarşı xoş söz eşitmək, dəyərləndirilmək istəyir, həm də ətrafında heç olmasa bir neçə gün neqativdən uzaq olmaq istəyir. Neqativi xatırlatmaq üçün ideal gün seçimi deyil.
2. Reklamın ana prinsiplərindən biri onun neqativ üzərində qurulmamasıdır. Hətta süjet neqativ olsa belə onu göstərərkən sözlər xüsusi seçilməlidir. Məsələn, sığorta reklamında filankəsin evi yandı, sən də sığortala ki, yananda pul ala biləsən ssenarisi əvəzinə insanın xəyallarında anilik o səhnəni canlandırırlar və daha sonra ana mesajı verirlər. Şüuraltı da deyirlər ki, narahat olma, yoxdu elə şey, amma olmaması üçün bunu et. Biz gələcəyi görə bilmərik, amma ona hazırlaşa bilərik misalı.
3. Agentliklər bəzən bu mövzulara sırf danışılsın, sabah hardasa mükafat falan alaq prizmasından yanaşa bilər, normaldır. Amma şirkət gərək müştərisini düşünsün. Avropa, qərbdə çəkilən reklamlarla müqayisə etməyin. Ümumiyyəylə müqayisə etmək ciddi bacarıq tələb edir ki, hər şeyi eyni ölçüyə gətirib tərəziyə qoya biləsən. Bunu hamı bacarmır. Avropada qadının onsuz da yuxarıda sadalanan problemlərlə üzləşməsi davamlı deyil, hər ay, hər gün olmur. Arada olur onda da belə xüsusi günlərdə o mövzunu qabardırlar. Bizdə isə periodik olaraq belə xəbərlər alan topluma bir də ən xoş günlərdən birində yarasına duz basmaq kimi çıxır.
Dostlar, nəinki reklamda, bütün addımlarımızda bir şeyi yaxşı bilməliyik – müştərimizi, vətəndaşımızı yaxşı tanımalıyıq. Onu tanımadan nə çəkilən reklam, nə hansısa verilişdə müzakirə, keçirilən tədbir içdən olmayacaq, səmimi qəbul edilməyəcək.
Necə ki, o boyda Rusiyanı bir Moskva, Sankt Peterburqa baxıb müqayisə etmək düz deyil, hətta kökündən yanlışdır, eləcə də müştərimizi ətrafımızda olan bir neçə qrupa baxaraq dəyərləndirmək səhvdir.
Bir az xalqın içinə enin, cənablar. Buna xalqın içinə enmək yox, həqiqətə daha yaxın olmaq deyərdim.
Baxırsan, elə mahnı trend olur ki, təəccüblənirsən burda nə var axı. Amma dərinə gedəndə musiqinin sözündə hər gün qarşılaşdığın hadisə, şəxs, münasibətlər var. Amma o rəsmi mühitdə bayağı damğası yeyir. Hətta ola bilər bayağıdır, amma biz buyuqsa, özümüzü niyə yalandan olduğumuzdan yüksək göstərək ki.
Bir sözlə, bizə özümüzü göstərin, o daha maraqlıdır.
Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 488 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Biznes 0 Comments

Bizim milli müdirlərimiz

Marketinq bir az da yaradıcılıq deməkdir, empati deməkdir, bəzən müştərinin, bəzən də rəhbərin gözü ilə baxmalı olursan. Lazım gələndə hər hansı bir işi sifariş verdiyin agentliyin də adından çıxış etməli,

Biznes 0 Comments

Avqust biznes gündəliyi

Apple əməkdaşlarını ofisə çağırmaq məsələsini 2022-ci ilin yanvar ayına ertələyib. Təxminim il sonuna qədər bizdə də məhdudiyyətlər davam edəcək. Amazon da hər gün bir hoqqa verir. İndi də pilot hələ

Biznes 0 Comments

Bizim milli iclaslarımız

Bu gün yəqin ki, elə bir şirkət yoxdur ki, işçiləri ilə iclaslar keçirməsin. Praktikamda bir xeyli iclas gördüm. Daha doğrusu xeyli maraqlı iclas növləri gördüm. 5-6 saat çəkən iclaslardan tutmuş,

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın