FIF2017 III panel moderator və spikerlərin çıxışlarının video yazısı
Gəldik 3-cü panelə. Bilirsiniz ki, bizim tədbirlərimiz bütöv gün davam edir. Bu çox çətindir. Həm təşkilatçılar üçün, həm də iştirakçılar üçün. Çünki səhər 9-dan axşam 6-ya kimi informasiya ilə yüklənmək ağır olur. FIF2017-də 3-cü panel də günün son paneli kimi 4-5 aralığında olur. Adətən bir çox insanlar bu vaxta getmiş olur. Amma düşünün ki, bu panel o qədər maraqlı oldu ki, təkcə sual-cavab hissəsi 1 saat çəkdi. Təbii ki, burada şirkət çalışanları Vergilər Nazirliyi nümayəndəsini “tutmuşkən” çoxlu suallar yağdırmağa başladılar. Adamın üstündə Allah var, Vergilər Nazirliyi nümayəndəsi Nicat İmanov da çox ustalıqla rahat şəkildə izahlar verirdi. Ümumiyyətlə bu forumda 2-3 nəfəri özüm üçün maraqlı tanışlıq hesab edirəm ki, onun biri də Nicat bəydir. Ölkəmizdə belə savadlı dostları görmək sevindirir.
Panelin moderatoru qısa zamanda tanış olduğum Azersun Holdinqdən Emin İsmayılovdur. Emin həm də FIF2017 həmtəsisçilərindən biridir. Bu müddət ərzində çox əziyyət çəkdi. Paşa İnşaatdan Azad bəy, Azərbaycan Sənaye Sığortadan Rəşad Məmmədov, PWC-dən Arif bəy çox maraqlı mövzularda çıxış etdilər. Unutdum qeyd edəm ki, 3-cü panelin mövzusu Vergi Siyasəti və Şəffaf Hesabatlılıq panelidir. Elə bir mövzudur ki, bütün şirkətləri, menecerləri maraqlandırır. Gəlin, panelin spiker və moderatorlarının çıxışlarını tək-tək izləyək. Xüsusilə sonda sual-cavab hissəsini izləməyi unutmayın.
Yazar haqqında
Editor review
Summary
FIF2017-də 3-cü panel də günün son paneli kimi 4-5 aralığında olur. Adətən bir çox insanlar bu vaxta getmiş olur. Amma düşünün ki, bu panel o qədər maraqlı oldu ki, təkcə sual-cavab hissəsi 1 saat çəkdi.
Həmçinin oxuya bilərsiniz
Milli Marketinq Forumu 2016-dan xəbər var
Əziz dostlarımız, bildiyiniz kimi artıq fevral ayından başlayaraq komandamız MMF2016 üçün qollarını çırmalayıb gecə-gündüz çalışır. Çox sevinirik ki, inşallah artıq 4-cü il, 4-cü dəfə olacaq ki, biz milli marketinq forumu
İctimadi Radioda MMF2019 haqqında danışdıq
Bildiyiniz kimi bu ilin may ayında artıq 7-ci dəfə keçirilən Milli Marketinq Forumunu arxada qoyduq. 2 gün davam edən tədbirdə ölkənin reklam, marketinq sektorunda çalışan 400-dən çox menecer iştirak etdi.
Yığışın, gəlin bizə
07 yanvar 2017 – marketerlərin ənənəvi yeni il görüşü olacaq Marketinq Azərbaycan qrupu yaranandan ilboyu fərqli aktivliklər, görüşlər edirik. Xatırladım ki, qrup 2012-ci ilin avqustunda yaranıb və bugünə 11300-dən çox

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun