FİF2017 təşkilatçılarının ilk görüşü (video)
Biletlər artıq satışdadır!
Dostlar, bildiyiniz kimi may ayında biz həm də Maliyyə və İnvestisiya Forumuna hazırlaşırıq. Daha konkret desək, 6 may Badamdar oteldə FİF2017 baş tutacaq. Fevralın sonu ilk hazırlıqlarına başladığımız forumun artıq bir çox işləri geridə qalıb. Bu yazıda tamamlanmış bəzi işlərdən, o cümlədən forumun gedişatından yazmaq istəyirəm. Forum haqqında ilk yazımı isə buradan oxuya bilərsiniz.
Beləliklə,
#1 Artıq saytımız tam hazırdır – www.fif.az
Ötən həftə saytımızı tam olaraq istifadəyə verdik. 90% işlər demək olar ki, yekunlaşıb. Hazırda saytımızın ingilis və rus-dili versiyaları hazırlanmaqdadır. Saytın hazırlanmasında operativ köməyə görə Webpage.az kollektivinə təşəkkür edirik. Çox qısa müddətdə texniki cəhətdən saytı hazır etdilər. Kreativ konseptin hazırlanmasında isə bizə Fİl Agentliyi dəstək olub.
#2 Bileti necə sifariş edək?
Saytımızda BİLET SİFARİŞ ET bölməsi artıq aktivdir. Siz bu bölmədən istifadə edərək bilet sifariş edə bilərsiniz. Bizim əməkdaşlar biletləri istədiyiniz ünvana pulsuz olaraq çatdıracaqlar. Başqa vasitələrlə də sifariş edə bilərsiniz. Ümumən saytımızda bütün məlumatlar demək olar ki, əks edilib.
#3 FİF2017 təşkilati komandasının görüşü
4 mart tarixində təşkilati komanda olaraq görüşdük. Həftəsonu bütöv gün qızğın müzakirələrdən sonra vaxt edib qısa veriliş də çəkdik. Həmin görüşdən fotolara baxmaq üçün facebook səhifəmizdən istifadə edə bilərsiniz. FİF2017 haqqında təşkilatçıların hazırladığı qısa video sujetə isə aşağıda baxa bilərsiniz. 13 dəqiqədə FİF haqqında demək olar ki, çox şeyi vurğulamışıq.
FİF haqqında ilk yazımı yazanda foruma 68 gün qalmışdı. Bu gün isə 54 gün qalır. Vaxt uçur 🙂
Həmçinin oxuya bilərsiniz
Milli İnsan Resursları Forumu 2022 üçün çağırış videosu
Əziz dostlar, bildiyiniz kimi artıq 5-ci dəfə keçirilən Milli İnsan Resursları Forumu bu ilin aprel ayının 16-da baş tutacaq. Foruma sayılı günlər qalıb. Möhtəşəm yeniliklərlə daha da faydalı olmağa çalışacağıq.
Builki DMC2016 nələri öyrətdi?
DMC2016-dan qalan şirin yorğunluq üzərimizdən getməmiş builki Digital Marketing Conference bizə nələri göstərdi təhlil etməyə çalışacam. Konfrans haqqında dünən Aysel xanım da ətraflı yazıb. İstəsəniz oxuya bilərsiniz. Bir sözlə nə
“Marketoloq biznesin həkimidir” logo yarışması
Marketing AİR olaraq bizə həmişə dəstək verən Azərbaycan Marketinq Cəmiyyəti yeni yarışma başladıb. Yarışma kifayət qədər maraqlı və kreativ bir yanaşma üzərində qurulub. Bu fikri biz AMC-nin ofisində Rəhim müəllimdən


Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun