Marketerlərin Novruz görüşü baş tutdu
Bununla artıq 3-cü ildir ki, daha doğrusu Marketinq Azərbaycan qrupu yaranandan bu tərəfə hər il Novruz bayramında marketerlərin əyləncəli görüşünü edirik. İlk dəfə Dalida restoranında, sonra Şəki restoranı, son dəfə isə Gate25 restoranında etdik. Hər il bir sloqan ətrafında toplaşırdıq. Bu il də sloqanımız – “Mart çıxdı, dərd çıxmadı” idi. Bu ilin martı həqiqətən də devalvasiya kimi sürprizlə biz marketerləri üz-üzə qoydu. Ona görə də sloqanımızı məhz bu cür seçdik. Son görüşümüzdə 130-a qədər müxtəlif şirkətlərdən menecerlər iştirak etdi. Bizim bu tip görüşlərimiz əslində “community” xarakteri daşıyır. Bu tip görüşlərlə, əslində buna bəhanələr də demək olar, biz istəyirik ki, marketinq icması olaraq tez-tez görüşək, tez-tez bir-birimizə faydalı olaq və eyni zamanda sektorda baş verənləri fərqli formatlarda müzakirə edək. İşimiz çox streslidir, heç olmasa bu tip tədbirlərlə stresli iş mühitindən bir neçə saatlığına da olsa, uzaqlaşaraq və bir az da əylənərək istirahət etmək lazımdır. Bu görüşlərdə biz hər dəfə yeni-yeni insanlarla tanış oluruq, yeni əlaqələr və yeni iş fürsətləri qazanma şansı əldə edirik. Çox danışmadan həmin görüşdən olan qısa video çarxı aşağıda Sizə təqdim edirəm. Bu arada video üçün ÖzFilm-ə təşəkkürlər. Çox sevinirik ki, marketinqə aid tədbirlərimizdə şirkətlərimiz dəstək olmaq üçün əllərindən gələni əsirgəmirlər.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
MMF2014-ün ilk gününə olan maraqlı şərhlər, tvitlər
Əziz dostlar, bu gün MMF2014-ün ilk gününü geridə qoyduq. Bu haqda hələ çox yazılacaq. Qısaca onu deyim ki, bugün həştəqimiz aztwi-də top trend oldu. Bu gün həm də ANS TV
BOMBA qalibləri və nominantlarının təhlili
İlk dəfə keçirilən “Bomba” sosial media mükafatı barəsində daha öncə yazmışdım. Bir daha qeyd edim ki, Azərbaycanda biznes, marketinq, sosial media üzrə çox faydalı, lazımlı layihələrdən biridir. Ümidvaram ki, belə mükafatlandırma
II Maliyyə və İnvestisiya Forumu nəticələri
Dostlar, 05 may tarixində II Maliyyə və İnvestisiya Forumunu keçirdik. Bu mənim təşkilatçılıq təcrübəmdə 12-ci forum idi. Elə həmin ayın sonu, yəni may ayının 25-26-sı həm də 6-cı Milli Marketinq

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun