Marketinqin Azərbaycanda 7 illik üzü – Facemark.az

Marketinqin Azərbaycanda 7 illik üzü – Facemark.az

Bu il facemark.az marketinq portalının yaranmasının 7 ili tamam olur. 2011-ci ildə hələ o zaman çox az təcrübəmə baxmayaraq minbir əziyyətlə yaratmışdım. Elə indi iyun ayında bu bloqun da yaranmasından 7 il keçir. Facemark.az-ın yaranma tarixçəsi haqqında oxumaq istəsəz bu yazını oxumağınızı tövsiyyə edərdim. Saytı yaradarkən etdiyimiz cızma-qaralara isə buradan baxa bilərsiniz. – link

Deyirəm yaxşı ki, yazırıq qalır. İndi belə facemarkın 1 yaşı münasibətilə yazdığım bloqu oxuyanda qəribə oluram. Siz də oxusaz bilərsiz ki, Qaraqutu necə facemark oldu, hansı ilklə bazara girdi, ilk ilində necə oldu ki, 12 xarici reklam festivalının media partnyoru, 4 yerli böyük tədbirin təşkilatçısı oldu və s. Yazın dostlar, bacardıqca daha çox yazın. Yazılan qalır həqiqətən. Hələ 1 yaş yazısının sonunda dediyim kimi Facemark Azərbaycan marketinqində yeni güc deyil, gücə güc qatmaq məqsədilə yaradılmışdı və bugün də həmin missiyanı uğurla davam etdirir.

Bəs bu 7 il ərzində nələr oldu, facemark.az-ın diqqətə alınmalı xüsusiyyətləri nələrdir? Aşağıda Sizin üçün onları sadalayıram.

  • Facemark.az demək olar ki, hər gün yenilənir. Bugünədək saytda 8000-dən çox yazı mövcuddur. Bu ən azı o deməkdir ki, 8000 doğma dilimizdə kontent var.
  • İndiyədək 20-dən çox beynəlxalq reklam və marketinq festivalının media partnyoru, Socialbakers, Kapital Medya kimi nəhəng şirkətlərin fərqli formada partnyoru olub və bir çoxu ilə hazırda da əməkdaşlığı davam etdirir. Eyni zamanda indiyədək ölkəmizdə keçirilən 13 böyük forumun təşkilatçılığında facemark.az komanda olaraq yaxından rol alıb.
  • Facemark.az-da indiyədək 100-dək fərqli yazarın yazıları yayımlanıb və həmin yazılardan ibarət praktik marketinqə dair 2 kitab nəşr edilib – “Bugünün Marketinqi 1” və “Bugünün Marketinqi 2”. Bu kitablar 2 dəfə çap edilməsinə baxmayaraq hər dəfəsində qısa müddətdə satılıb bitib. Bu ilin sonuna isə artıq 3-cü nəşrimiz “Bugünün Marketinqi 3” hazırlanıb çapa göndəriləcək. Mən şəxsən çox sevinirəm ki, ən az 2000 nəfərdə bu kitab var və onlar öz dillərində praktikada öz sözünü demiş, nəzəri bilgilərlə möhkəmlənmiş şəxslərin yazılarını oxuya bilirlər.
  • Facemark.az-ın Youtube kanalının 1621 izləyicisi var. O da 2011-ci ildə açılıb. Bu ana 318 mindən çox izlənmə var. Kanalda demək olar ki, indiyədək keçirdiyimiz bütün tədbirlərin videoları var. Marketinq sahəsində çalışan adamlar üçün deyərdim ki, əvəzsiz mənbədir. Açırsan kanalı, bütün videolara baxmaq istəsən 1 ay lazımdır. Kanalda 600-ə yaxın yüklənmiş video, 1400 isə tövsiyyə edilmiş video var. Toplamda 1.5 milyon dəqiqə izlənmə var. Tematik bir saytın kanalı üçün düşünürəm ki, pis rəqəmlər deyil. Amma daha yaxşı olması üçün də mütəmadi araşdırmalar edirik.
  • Son 1 ildə saytı 56 min unikal insan ziyarət edib. Saytın ziyarətçilərinin 60%-i mobildən ziyarət edir.
  • Son 2 ayda video postlar seriyasına başlamışıq. Gözlədiyimiz kimi reaksiyalar çox yaxşıdır. Tematik sahəni əhatə etdiyimizdən bilirik ki, populyar kontentlər qədər baxış sayı almayacağıq, amma bizim əsas hədəfimiz auditoriyamıza uyğun insalara xitab etməkdir. Bu haqda ayrıca bloqda yazacam.

Bu il saytı tam yenilədik həm də. İndi daha çox user-friendly-dir. Daha görünümü yaxşıdır, yüklənmə əvvəlki ilə müqayisədə azdır. Eyni zamanda facemark.az-ın korporativ stilini də dəyişdik. Aşağıda örnəklərini paylaşıram.

facemark.az

facemark.az

facemark.az

facemark.az

Facemark logo

Tshirt

 

Belə. İnşallah bundan sonra da gücümüz çatdığı qədər bu işi eyni həvəslə davam etdirib daha çox faydalı olmağa çalışacağıq. Sonda 7 il ərzində facemark.az üzərində əziyyəti olan hər kəsə təşəkkür edirəm. Xarici əlaqələrimizi quran Babək, Nicat, hazırkı kontent menecerimiz Ülviyyə, daha öncə bu işi görən Gülüstan, Nərmin, IT işlərimizi görən Şirazi, yeni korporativ stilimizə görə Kamran Sadıxova, Marketing AIR komandası, Marketinq Azərbaycan qrupu adminlərinə təşəkkür edirəm. Biz birlikdə daha böyük işlər görəcəyik. Buna inamım sonsuzdur.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Biz birlikdə daha böyük işlər görəcəyik. Buna inamım sonsuzdur.

Həmçinin oxuya bilərsiniz

Marketinq 0 Comments

Gənclər Həftəsi – canlı yayımlar seriyasında qonaq idik

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi “Gənclər Həftəsi” Canlı Yayımlar seriyasında növbəti qonaq mən oldum 🙂 Facebook Comments

Marketinq 0 Comments

Expert TV-də 7 suala video cavab

Bir müddət öncə Qafqaz Universiteti nəzdində fəaliyyət göstərən Experttv.az kollektivi tərəfindən qonaq kimi dəvət edilmişdim. Maarifləndirici və çox faydalı bir video portal olan Expert tv-də Siz özünüz üçün maraqlı olan xeyli

Marketinq Azərbaycan şineli

31 avqust 2012-ci il. 4 il öncə. O 4 il ki, hələ forumlar tam ölməmişdi, dəbdən düşməmişdi. O 4 il ki, hələ də əsas xəbərləri saytlardan oxuyurduq. Söhbət təbii ki,

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın