Şəkilsiz yazılar seriyası #18 – Gələcək uzadılmış “indi”dir
21-ci əsri bundan gözəl ifadə edən söz yəqin ki, ola bilməz. Byung-Chul Han “Yorğunluq toplumu” kitabında yazır ki, əvvəllər cəmiyyət YOX-ların hökmü altında idi. Bu cəmiyyətə nizam-intizam, disiplin cəmiyyəti demək olardı. 21-ci əsr cəmiyyəti isə YOX-un deyil, BƏLİ-lərin hökmü altındadır. Yəni indi insan övladına “sənə hər şey olar, nə istəsən edə bilərsən, sən hər şeyi bacararsan, istədiyin hər şeyə BƏLİ, BƏLİ, BƏLİ!
Bu “bəli”lər insanın içinə zor gücü ilə nəyisə etdirməyə deyil, yeridilmiş motivasiya, performans dalınca qaçma həvəsi nəticəsində öz xoşu ilə sanki öz istədiyini edirmiş hissi yaradır. Əvvəllər qamçı ilə döyürdülər, həbsxanaya atırdılar, indi isə “parıltılı məqsədlər” dalınca öz xoşu ilə qaçmağa çalışan adamlar yetişdirirlər. Hər ikisi də şiddətdir. Biricisi neqativ şiddətdirsə, ikincisi pozitiv şiddətdir.
Pozitiv şiddətin olduğu indiki zamanda ovlayan da ovlanan da eyni insandır. İstismar edən həm də istismar ediləndir.
Editor review
Summary
Pozitiv şiddətin olduğu indiki zamanda ovlayan da ovlanan da eyni insandır. İstismar edən həm də istismar ediləndir.
Həmçinin oxuya bilərsiniz
Həyat Keyfiyyəti
Son zamanlar müşahidələrim belə deməyə əsas verir ki, karyerasının bəlli bir səviyyəsinə gəlib çatmış bir çox top menecerlər ümumən həyat keyfiyyətlərindən razı deyil. Gəlin görək hələ ilk olaraq həyat keyfiyyəti
Orta statistik bir az oxumuş azərbaycanlı neynəsin?
Deməli, bugün oxuyuram ki, aprel ayında New-York birjasında Teslanın bazar dəyəri 50 milyard dollar olub. Bu rəqəmlə Tesla ilk dəfədir ki, iki böyük avtomobil nəhəngi Ford və GM-i geridə qoyub.
Milli Klaviatura Qüvvələri
Yazının adı şəxsi təxəyyülüm deyil, bəri başdan deyim 🙂 Facebookda aidiyyatı şəkil ilə birgə görmüşdüm haçansa. Yadımda da elə qalıb, kim deyibsə, gözəl deyib. Çoxdan idi facebookdakı insan tipləri haqqında

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun