Şəkilsiz yazılar seriyası #9 – Hibrid Model
QIZIL ORTA – HİBRİD MODEL
Pandemiya dövründə dünyada 3,6 milyard adam “evdə qaldı”. Sonra həyat elə gətirdi ki, evdən çıxıb gördük ki, dünya həmin dünya deyil. Deyirlər ki, bəs “yeni normal” var artıq: Uzaqdan işləmək, onlayn iclaslar, təmassız ödənişlər, rəqəmsal münasibətlər və s.
ABŞ-da pandemiyadan əvvəl uzaqdan işləyənlər 5% idisə, bu gün 40% olub. Ölkəmizdə də artıq bir çox görüşləri oflayn keçirməyin, əlavə yol ölçməyin heç bir mənası qalmayıb. Dünya bu il hibrid model üzərində düşünür. Nə çox online, nə çox oflayn. Tam offlayn səmərəsizdir, tam online da effektsiz. Ortada bir yol tapıb oradan irəliləmək lazımdır. Hibrid modelə keçidi artıq bütün ciddi mənbələr tövsiyyə edir. “The Economics” jurnalının yanvar sayında bu mövzuya çox geniş yer veriblər. Müasir görüşlərə “zoomokratiya” kimi maraqlı ad da veriblər.
“Zoomokratiya” dövrü adlanan online iclaslar, işlər ən çox köməyə ehtiyacı olan yeni işə başlayanlara zərər verir. Araşdırmaya görə zoom iclaslarda insanlar sözlərinin daha çox kəsilməsindən şikayət edirlər. Üstəlik iş karyerasına yeni başlayanlar üçün bütün görüşlərin onlayn keçirilməsi sərf etmir yumşaq desək. Çünki işə yeni başlayan adam daha çox köməyə ehtiyac hiss edir, daha çox sosiallaşmaq, daha çox öyrənmək və özünü göstərmək istəyir. Onlayn görüşlərdə bunu etmək çox çətindir, hamı məsələn, görüntünü bağlayır, sən də bağlayırsan, ancaq danışan görünür və s.
Diqqət çəkmək çətin olur yəni.
Bir vaxtlar “open space” ofislər dəb idi, indi də bizdə bu modeli modern üslub kimi qəbul etməkdə davam edən şirkətlərimiz var. Amma qərbdə artıq ancaq open space modelindən imtina edirlər, yenə də hibrid yol tapıblar – bir qismi open space, bir qismi ayrı. Mən özüm də 3 il open space-də oturmuşam, yan və ətraf masada oturanın bütün nəsil-nəcabətində baş verənlərdən istəyərək və istəməyərək halı olmuşam. Hətta bir çox məsələlərdə irəli gedib məsləhət də verə bilmişəm
Open Space qısası effektiv deyil, insanın fokusu çox dağılır. Bir də öncə də yazmışdım, indi də deyim ki, müqayisə edəndə avropa ilə müqayisə etməyək ki, niyə onlar otura bilir, biz yox. Otura bilmirik, bunu izah etmək yox, sadəcə bir gün gəlib görmək lazımdır. Növbəyə dura bilmirik, yol vermirik. Həmin növbəyə dura bilməyən, maşın sürəndə yol verməyən adam işdə də axı özünü elə aparır. Ona görə də müqayisə etmək düz deyil.
Dünya sürətlə keçmişə qayıdır. Amma bu dəfə fərqli adda.
Qızıl orta deyəndə köhnə görünür, HİBRİD MODEL deyəndə isə COOL səslənir.
Facebook Comments
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Böhranda gəliri artırmağın 3 sadə yolu
Son zamanlar kimlə söhbət edirəmsə, bir mövzu müzakirə edilir – “Necə edək ki, bu durumdan çıxaq?” Nə sual, nə sualın mahiyyəti elə qısa deyil ki, qısa cavablar verəsən. Əslində verdiyim
Starex və Özsüt şirkətinin həmtəsisçisi Sabir Niftəliyevlə canlı
Starex və Özsüt şirkətinin həmtəsisçisi Sabir Niftəliyevlə canlı yayımda növbəti müzakirə Facebook Comments
Biznes icmal – iyun
Tiktok video baxan adamları göstərəcək İnstagram valideynlərə uşaqları üçün app-də vaxt keçirmələrini limitləmək imkanı verəcək. Votsap android-dən iphone-a və tərsinə məlumatların köçürülməsini icazə verəcək. Youtube yüklənən videolara düzəliş etmək imkanı

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun