“Sonuncu müştəriyədək xidmətinizdəyik”
Bu yaxınlarda çalışdığım İdeal parfum və kosmetika mağazaları şəbəkəsində belə bir addım atmaq qərarına gəldim. Mağazaların giriş qapılarında olan standart açılış-bağlanış saatı olan lövhələrdən fərqli formada istifadə etmək lazım idi. Qapılardan təbii ki, ən çox müştərilər girib-çıxdığından onlara xoş gələn, müştəri məmnuniyyətinə işləyən bir “mesaj” lazım idi. Bu səbəbdən mağazaların qapılarında “sonuncu müştəriyədək xidmətinizdəyik” sözü yazılmış fərqli lövhəciklər asdıq. Artıq bütün mağazalarımızda bu tətbiq olunmaqdadır. Dünənə qədər və elə yarandığımız gündən də mağazadan son müştəri çıxanadək işləmə və bütün müştərilərə maksimum servis prinsipi üzərində işlədiyimizdən daxili işçilər üçün bu yenilik olmasa da, müştərilərin xoşuna gələcəyini düşünürəm. Onlar şablon ifadələrdən daha çox bu cür emosional mesajlara ehtiyac duyurlar. Açıq desəm “İdeal ilə hər yerdə gÖzəlSən” sloqanından sonra ən çox bəyəndiyim iş də elə bu “sonuncu müştəriyədək xidmətinizdəyik” lövhəsi olub. Ümumiyyətlə həmişə çalışmaq lazımdır ki, mağaza daxili və xaricində istənilən dizayn, konfiqurasiya və ya hansısa element işlənəcəksə, o müştərilərin məmnuniyyətinə, fayda əldə etməsinə və funksional rahatlığına xidmət etsin.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
“Adverdiklərim” silsiləsindən: Bu bir də olmayacaq!
1+1 kampaniyaları ilə hamının ən sevimli mağazası idik. Yayın cırhacırında yay ayının ən son 1+1 kampaniyasını etməyə qərar verdik. Ən son olmasını elə bir formada çatdırmaq lazım idi ki, insanlar
“Adverdiklərim” silsiləsindən: İdeal ilə Daha Gözəl Yay
Nəhayət bir qədərlik aradan sonra bloqda işlədiyim şirkətdə keçirilən kampaniyalara verdiyim adlar, kreativ konsepsiyası və yeni ideyalarla bağlı fikirlərimi bölüşməyə vaxt tapdım. Ən son 2011-ci ilin may ayına qədərki edilən
ADverdiklərim silsiləsindən: gÖZƏL Endirim
Özəl və Gözəl sözü ilə maraqlı söz oyunu edib endirim kampaniyalarından birinə bu adı verdik: GÖZƏL ENDİRİM Facebook Comments

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun