Təbiət kimi ol!

Təbiət kimi ol!

Təbiətin yeni ili novruzdur, yazdır. İnsanlar onu fərqli tarixlərdə qeyd edir. Amma bu faktı dəyişdirmir. Təbiət qanunları onunla razılaşmayan insanlara dönə-dönə, göstərə-göstərə öz mövcudiyyətini minillərdir sübut edir.

Təbiət qanunlarına hərə bir ad qoyur. Bəzimiz üçün bu elə həyatın özü, bəzimiz üçün din, kiməsə görə dəyərlər, kim üçünsə tarixin ironiyası, bumeranq effekti, bir az bədiiləşdirsək, “kasıbın Allahı”, “5 günlük dünya” deməkdir. Nə ad qoymağımızdan asılı olmayaraq yuxarıda yazdığım kimi forma mahiyyəti dəyişdirmir. Fakt faktlığında qalır – təbiət qanunları.

O qanunlarla razılaşmasa belə, hesablaşmalı olan insan başa düşməlidir ki;

– Həyat elə təbiət qanunlarının özüdür, güzgüsüdür. Verdiyin qədər alırsan, aldığın qədər verməlisən. Hansı tərəfə doğru balansı pozursansa, ya bunu bilərək, təmənna güdmədən könüllü et, ya da nəticəsinə qatlan.

– Təbiət ədalətlidir. Sadəcə onun nə zaman təcəlli edəcəyini proqnozlaşdırmaq olmur. Bəlkə də olur, amma insana elə gəlir ki, bu mümkün deyil, bugünə bax, nəticə bu gündür, sabah isə Allah kərimdir. O sabah gəlib çatanda və Allah da “kərim” (səxavətli) olmayanda həmin insan çox təəccüblənir. Səbəbi özündən başqa hər yerdə axtarır deyə, tapa bilmir. Enerji itmir, yaxşılıq və pislik kimi. Enerji kimi bir formadan başqa formaya çevrilir, amma itmir.

Başımıza gələnlərə səbəb başına və başımıza gətirdiklərimizdir.

– Eger deyir ki, mübahisə üçün 2 adam lazımdır, amma onun qarşısını almaq üçün 1 adam kifayət edə bilir. Ona görə də təbiətin bizə bəxş etdiyi “birlərin” qədrini bilməliyik. Bizi birinci edən şeylər, birinci gördüklərimiz, birinci uğurumuz, birinci səhvimiz, bizə ilkləri yaşadanlar, həyatımızın ilkləri və s. Onları unutmamalıyıq. Qazandığımız hər şey o “birlərin” üzərinə yığılıb əslində. Altdan “biri” çəkən kimi üstdəkilər mənasızlaşa, dağıla bilər.

– Təbiət özü çox səbrlidir. Balaca toxum yüzillərlə böyüyüb, çoxalıb meşə ola bilir. Bununla da biz insanlara deyir ki, səbrli olun, istədiyinizə daha təbii yollarla çatın. Səbr özü əzm deməkdir, böyük iradə deməkdir. Onu zamanından tez xərcləmək, tələsmək olmaz. Biz isə həyatın bizə verdikləri ilə razılaşmayaraq tələsib addımlar atırıq, özümüzü ya vaxtından əvvəl yandırır, ya da böyük olmaq imkanını əldən verən kiçiyə çevrilirik.

– Təbiət özü çox təvazökardır. İnsan üçün bəxş etdiyi bu qədər gözəlliyə rəğmən ilk günkü kimi çalışır. Şair demiş “günəşə layiq olmayan nə qədər adam var, amma o yenə də hər gün çıxır”. Bəzən əlimizdə böyütdüklərimizi gözümüzdə böyüdürük. Bəzən də gözümüzə böyük görünənlərin kiçikliyini görməyəcək qədər kor oluruq.

Novruz təbiətdir. Təbiət kimi olaq – özümüz olaq. Bayramınız mübarək.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 497 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Təbiət qanunlarına hərə bir ad qoyur. Bəzimiz üçün bu elə həyatın özü, bəzimiz üçün din, kiməsə görə dəyərlər, kim üçünsə tarixin ironiyası, bumeranq effekti, bir az bədiiləşdirsək, “kasıbın Allahı”, “5 günlük dünya” deməkdir. Nə ad qoymağımızdan asılı olmayaraq yuxarıda yazdığım kimi forma mahiyyəti dəyişdirmir. Fakt faktlığında qalır – təbiət qanunları.

Həmçinin oxuya bilərsiniz

Münasibət 0 Comments

Millətçilik üstünlük demək deyil!

Son zamanlar sosial şəbəkələrdə millətçilik, millət və s. üzərinə müzakirələr gedirdi. Demək olar hər il minimum bir dəfə belə söhbətlər olur. Qısası bir qrup hesab edir ki, millətçilik ziyanlıdır, inkişafına

Münasibət 0 Comments

Şəkilsiz yazılar seriyası #18 – Gələcək uzadılmış “indi”dir

21-ci əsri bundan gözəl ifadə edən söz yəqin ki, ola bilməz. Byung-Chul Han “Yorğunluq toplumu” kitabında yazır ki, əvvəllər cəmiyyət YOX-ların hökmü altında idi. Bu cəmiyyətə nizam-intizam, disiplin cəmiyyəti demək

Münasibət 0 Comments

İtirmək qorxusu (I hissə)

Ötən həftə qarşıma bir yazı çıxdı. Bu yazını yazarkən nə qədər çalışdımsa, xatırlaya bilmədim müəllifi də, yazını da. Bəlkə də yazıdakı iynə kimi bir söz mənə hər şeyi unutdurmuşdu, bilmirəm.

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın