Yaşanmış yarımçıq talelər
Yaşanmış hissləri şerə tökəndə də mənalı olur, ona mahnı bəstələyəndə də təsirli olur. Bu musiqinin sehrli xüsusiyyəti var, dəfələrlə qulaq asmaq olur. Hər qulaq asdıqca da sanki kinoya baxırsan, 1-ci Qarabağ müharibəsinə aid hər şey – yaşanmış yarımçıq talelər insanın gözünün önünə gəlir. Təxmin edirəm ki, indiki və ümid edirəm yekun Qarabağ müharibəsi haqqında ən gözəl mahnılar hələ yazılmayıb. Bəlkə də indi xeyli sonra eşidəcəyimiz hansısa mahnının qəhrəmanı qanı ilə dastan yazır. Bəlkə də indi bir müddət sonra dillərə düşəcək bir mahnının sözlərini elə səngərdəcə kimsə yazır, nə bilmək olar. Yaşanmış talelər mənalı olur, onu ifadə edən ən qısa söz belə kəsərli olur. İndi radioda tez-tez müharibə ruhlu musiqilər eşidirəm. O deyil. Həmin hissi vermir. Sanki tələm-tələsik yazılıb. Yaşanılmamış yarımçıq musiqilərdir elə bil.
İlk müharibənin internetdə olan demək olar bütün videolarına baxmışam, o qədər qeyri-müəyyənliyin içində neçə-neçə igidlər vətən üçün sevə-sevə canlarını fəda etdilər. Məsələn, bu qəhrəmanın səs yazısını dinləyəndə sözlə ifadə edilməyən hisslər keçirirsən. Görəsən, indi olanları görürmü? Şəhid olduğu həmin yerdə indi qızğın döyüşlərin getdiyini bilirmi? Tezliklə oranı da tam azad edib qisasını alacaq oğlanların elə o dövrün yarımçıq taleyini yaşamış uşaqlar olduğunu görürmü?
Bu müharibə bizə itkiləri ilə yanaşı çox şeyi qazandırdı. Biz torpaqlarımızı geri qaytaracağıq, amma özümüzə inamı artıq 27 sentyabrdan etibarən qaytarmışıq. Yox, 2016 apreldən bəlkə də. Qalib olmaq üçün ilk öncə gərək insan özünü qalib hiss etsin. O hiss olmadan gələn qalibiyyət mənasını itirər. Bizim xalqda artıq qalibiyyət hissi var. Daha heç kim bundan sonra 18 yaşlı gənclərimizə lağ edə bilməyəcək, buna haqqı çatmayacaq. Onlar İndi öz işlərini, hətta atalarının yarımçıq buraxdığı işi də həll etməyi öhdələrinə götürüblər.
Yaşanmış yarımçıq taleləri təsəlli etməyin bir yolu var – Qalib olmaq, haqqı sahibinə təslim etmək.
O gün uzaq görünmür. “Belki yarın, belki yarından da yakın”.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Təbiət kimi ol!
Təbiətin yeni ili novruzdur, yazdır. İnsanlar onu fərqli tarixlərdə qeyd edir. Amma bu faktı dəyişdirmir. Təbiət qanunları onunla razılaşmayan insanlara dönə-dönə, göstərə-göstərə öz mövcudiyyətini minillərdir sübut edir. Təbiət qanunlarına hərə
Hərbi vəziyyət dövründə əsl sahibkarlıq fəaliyyəti necə olmalıdır? – video müsahibə
Kiçik sahibkarlıq böyük iqtisadiyyatın təməlidir. Hərbi vəziyyət dövründə əsl sahibkarlıq fəaliyyəti necə olmalıdır? Mövzuya aid suallar ətrafında İctimai Radionun “İdarəetmənin əsasları” verilişində cavablayacaq. Verilişin səs yazısını diqqətinizə təqdim edirəm: Facebook
Erməni baş nazirinin etirafları
“Bizim problemlərimizin rusları maraqlandırmadığı və lazım olanda heç tərəddüd etmədən cəsədlərimizin üstündən keçə biləcəklərini biz bir siyasi partiya olaraq unutmuşduq. Rusların bizə qarşı alçaqca davrandıqlarına dair inancımızda sanki xüsusi bir

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun