2020 görmüş 2021 haqqında

2020 görmüş 2021 haqqında

2020 fərqli oldu. Fərqli olmaq ifadəsini gözlənilən kimi olmamaq, əvvəlki illərə bənzəməmək sözü ilə də əvəz edə bilərik. İnsana hər ötən il nələrisə öyrətməlidir. Yaşanan hər şey təcrübədir. Təcrübənin isə pisi belə faydalıdır, ən azından nəyi etmək olmaz onu bilirsən. 2020 mənim üçün də hər tərəfli fərqli il kimi yadda qalıb. 2020-ci ilin qeyri-müəyyənlikləri, olmaz dediyimiz şeyləri bizə etdirən xüsusiyyətləri mənə öyrətdi ki;
  • Biz həqiqətən də böyük xalqıq. Bizi zaman-zaman küçümsəyənlərə Qarabağ müharibəsi əsl örnək oldu. Bu uşaq böyüyüb nə olacaq dediyimiz oğullar, qızlar ömrü boyu görmədiyi torpaqları azad etdi. Başa düşdük ki, insan, millət ruhən məğlub olmamalıdır, qalan şeylər boşdur, zamana ehtiyacı var. Xalq olaraq həmrəy olmaq mümkündür, bunu da sübut etdik. Günah heç vaxt cəmiyyətdə olmur, sistemdə olur. Sistem eyni cəmiyyəti mersinə də aparar, tərsinə də.
  • Keçmiş keçmişdir. İnsan hər şeyə alışır və unudur. Önəmli olan keçmişdə qalanların içinizdə qalmasına yol verməməkdir.
  • Yolu gözəl olanın yolu gözəl olanla yolu mütləq ki, bir gün kəsişəcək. Ən gözəl yol hələ gedilməmiş yoldur. Ruhdan düşməməliyik. 2 dünya müharibəsindən sonra dünya dağılmayıbsa, əksinə güclənibsə, bundan sonra da bu və digər şəkildə bu baş verəcək.
  • Ətrafımızda çalışmalıyıq ancaq pozitiv auralı insanlar olsun. Həyat qısa və gözlənilməzdir. Sizə ancaq dərdini danışan deyil, paylaşanlar və dinləməyi bacaranlarla dost olmaq lazımdır.
  • Ancaq Sizdən nələrisə gözləyən adam ya fürsətcildir, ya da qeyri-səmimi. Ən pis halda isə Siz onu maraq dairənizə almısız, amma o Sizi yox. Çalışıb sevildiyimiz yerlərdə, sevildiyimiz insanların əhatəsində olmalıyıq. Tanımadığımız o qədər gözəl insanlar var ki. Qısası sevildiyiniz yerin qiymətini bilin, əksi olan yerlərdən uzaq durun. Təkrarı olmayacaq şeylərin qədrini bilmək lazımdır.
  • Güvənin olduğu yerdə qürur olmaz, qürur olan yerdə isə xoşbəxtlik. Bu netdir. Qızıl orta var, amma onu tutdurmaq çox çətindir.
  • Qurub yaratdığınız şeyləri dağıdanda çalışın, heç olmasa, özünüz içində olmayasınız.
  • Vəziyyət yaxşı olanda hamıya yaxşı olacaq. Onda rəqabət daha da qızışacaq. Vəziyyət pis olanda isə önə çıxmaq nisbətən daha asandır. Pozitiv olub, ancaq irəli baxmaq lazımdır. Döyüşdə belə əsgərə deyirlər ki, çalışın arxaya baxmayın, heç nə sizi ruhdan salmasın. Ancaq irəli.
  • Hər şey pul deyil, mənəvi dəyərlər daha vacibdir – ifadəsini illərdir eşidirdik, bu il şəhid və qazilərimiz bunu sübut etdi. Döyüşə atılan minlərlə əsgər, zabit göstərdi ki, candan keçmək ifadəsi boğazdan yuxarı deyilən söz olmayıb. İstər biznesdə, istər şəxsi həyatda məqsədi yalnız pul olan adamlar, xoşbəxtliyi pulda görən adamlar pula hər şeyini satmaq potensialı olan adamlardır. Uzaq olun onlardan, icazə verin səhvlərini yaşasınlar.
Bayramınız mübarək, dostlar. Həmrəylik günümüz mübarək. Yaşasın BÜTÖV AZƏRBAYCAN.
Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

“Düz yoldan azıb nabələd ünvanlara düşənlərin” gündəliyi

İnsan ölməmişdən qabaq onun xatirələri ölür. Uşaq olursan, yavaş-yavaş böyüyürsən. Uşaqlıqda məhlədəki, qonum-qonşuda tanıdığın qoca adamların çoxu sənin böyümə ərəfəndə ölür. Hələ tam olaraq ölümü dərk etmirsən. Elə bilirsən, hamı

Sərbəst 0 Comments

Həyat müəllimlərim

Hər bir insanın həyatında kəskin dönüş nöqtələri olur. Həmin anda mütləq şəkildə vasitə və ya vasitəçi qismində nələrsə, kimlərsə çıxır və insana bir ömür boyu durduqca dəyəri artan xidmət göstərmiş

Sərbəst 0 Comments

7 il üçün təşəkkürlər, İdeal!

Əziz dostlar, oktyabr ayının ilk bloq yazısını fərqli xəbərlə başlayıram. Belə ki, 02 oktyabrdan artıq uzun müddət – 7 ildir ki, sevə-sevə çalışdığım şirkətdən ayrıldım. Bu yazıda Sizə aldığım qərar

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın