30 yaşın verdiyi “həzz”lər və öyrətdiyi dərslər (I hissə)

30 yaşın verdiyi “həzz”lər və öyrətdiyi dərslər (I hissə)

1 həftə öncə bəndənizin bu dünyada var-gəl etməsinin 30 ili tamam oldu. Ümumiyyətlə doğum günü tədbirlərini çox sevmirəm, hələ özümə aid olanda heç xoşlamıram, sıxılıram. 30 yaşın isə mənim üçün yumşaq depressiv keçəcəyini isə gözləməzdim. Ona görə də bu haqda yazını həmin ərəfələr deyil, o tarixdən bir həftə sonra yazmaq qərarına gəldim.

İndiyədək bir çox hədiyyələr almışam, amma 30 yaşıma qədər aldığım hədiyyələrin ən dəyərlisini marketinq azərbaycan qrupu, marketing air komandası, həmkarlarım etdi. Təxminən 35-ə yaxın insan haqqımda bir az şişirdilmiş fikirlərini bir kitabda paylaşdılar. Tam səmimi deyim ki, çox xoşuma gəldi. O kitab yəqin ki, illərlə nəsib olsa, mənim üçün daima əziz olaraq qalacaq. Aşağıda kitabın bütün səhifələrini slaydlar şəklində görə bilərsiniz. Onu izləməmişdən öncə kitabda öz fikrini yazan, yazmaq istəyib çatdıra bilməyən və bütün dostlarıma təşəkkür edirəm. Kitabda aşağıda adları sadalanan dostlarımın fikirləri yer alır:

Anar Bayramov, İlkin Manafov, Xuraman Həsənova, İnara İbrahimova, Namiq Bayramov, Azər Nəcəfov, Teymur Məmmədov, İlham Ali Yusif, Cəbrayıl Vəliyev, Fidan İlham, Yeganə Qəhrəman, Anar Mustafayev, Fatma Kazımova, Aytən Əliyeva, Mətanət Hacızadə, Günel Şıxıyeva, Murad Xəlilov, Sadiq Nəbiyev, Babək Musazadə, Firdövsi Xəlilov, Rasim Davudov, Teymur İslamlı, Nadir İnsan, Murad Seyidov, Ayan Tağızadə, Rəşad Hüseynov, Nümrəddin Hüseynov, Rəşad Məmmədov, Azər Rza, Nigar Məmmədova, Afət Yaqubova, Tərlan Ələkbərov, İlhamə Səlimova, Aysel Cəbrayılova.

Bir daha əziyyət çəkib öz dəyərli fikirlərini yazan bütün dostlarıma təşəkkür edirəm. Kitab özlüyündə 110 səhifədir. Ona görə də qərara gəldim ki, yazımı 2 hissəyə bölüm. İlk hissəni elə burada bitirim. İkinci yazımda isə bunun davamı olaraq artıq 30-un mənə verdiyi dərslər barədə yazım. Məncə 2-ci hissə də maraqlı olacaq.
Sonda isə sözlə sehrbaz kimi oynayan Salam Sarvandan “31 yaşın şeri”ni paylaşıram. Çox xoşuma gəlir 🙂
31 YAŞIN ŞERİ
Təkəm lap otuzbir rəqəmi kimi.
Yel  əsir əsəbdən titrəyir qapım.
Bir stol açmışam, süfrəmin üstə
bircə qab çatışmır – mürəkkəb qabı…
Vaxt axır, otuzbir yaş damcıları
aram-aram düşür hələ üstümə.
Elə üşüyürəm, O da yoxdu ki,
gəlib ƏLLƏRİNİ sərə üstümə.
Bu köhnə kirayə  evin yiyəsi
yenə «qulağını» burur saatın:
– Fikirdən neçədə ayılacaqsan,
ay oğul, neçəyə qurum saatı?
P.S. Bir sual məni xeyli müddətdir düşündürür. Bəlkə fərqində deyilik, amma qocalırıq? 🙂
Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 486 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

İndiyədək bir çox hədiyyələr almışam, amma 30 yaşıma qədər aldığım hədiyyələrin ən dəyərlisini marketinq azərbaycan qrupu, marketing air komandası, həmkarlarım etdi. Təxminən 35-ə yaxın insan haqqımda bir az şişirdilmiş fikirlərini bir kitabda paylaşdılar.

Həmçinin oxuya bilərsiniz

Sərbəst 0 Comments

Həyatınızı bayram etməyə qoymayan 5 dost tipi

Əziz dostlar, bu gün iş günü deyil. Təbii ki, bunu yazanda bugün işə çıxacaq “qara”lar və bayram günü işləmək məcburiyyətində olan dostlarımdan üzr istəyirəm. Rəsmi bayram olub işə gələndə yumşaq

Sərbəst 0 Comments

Sonanın uşaqları

Belə bənzətmələr haqqında çox eşitmisiniz. Hətta buna bənzər hadisələrlə uşaqlığınızdan tutmuş evlənənədək qarşılaşmısınız. Bir çoxları elə indi də qarşılaşır. Yəni, onları həmişə ˝Sonanın uşaqları˝ilə müqayisə ediblər, qorxudublar. Biri var yaxşı bilib

Sərbəst 0 Comments

İşə “gedib-gələnlərin” gündəliyi

#istəyirəm 9-6 bir işim olsun. 7-yə keçəndə xətrimə dəysin. Orta sinif menecer olum. Birində 1 il, birində 5 il, toplam 6 il stajım olsun. CV-mə 3 ay işlədiyim yeri isə yazmayım.

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın