Adverdiklərim silsiləsindən: “ƏN deyil, NƏ gözəldir”
Bildiyiniz kimi reklam haqqında qanunvericiliyə görə “ən”, “lap” və s. bu kimi sözlərin istifadəsi qadağandır. Amma onu da bilirik ki, bir çox şirkətlər bu sözdən rahatlıqla istifadə edə bilir. Demək olar ki, qanun sanki outdoorlar üçün işləyir. Metroda, internetdə istifadə edənləri görmürlər. Uzun müddətdir düşünürdüm ki, bu qaydaya necə yüngülvari “ilişmək” olar. Və bir müddət öncə sloqanı artıq tapdım. – ən deyil, nə gözəldir Qalmışdı onu hansısa kampaniyada istifadə etmək ki, onu da bu yaxında həqiqətən də “ən” olan bir mağazamız üçün istifadə etdim. Bütün dünyada niş etirlərin hamısının bir mağazada satıldığı yeganə yer Azərbaycanda Nizami 66 ünvanındakı İdeal Niş Butikdir. Məhz bu üstünlük üçün internetdə rich-media və standart bannerlər hazırlandı. Mesaj kimi isə “biz ən gözəldir demirik, nə gözəldir deyirik” istifadə etdik.
Bannerə baxmaq üçün link: http://46.4.100.5/baner/Ideal_en_richmedia/
Facebook Comments
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
SM Consulting üçün sloqan
SM Consulting üçün sloqan – UĞURUNUZ ÜÇÜN VARIQ Facebook Comments
˝Bugünün Marketinqi˝ kitabı artıq bütün kitab mağazalarında
Əziz dostlar, artıq bir çoxunuz xəbərdarsınız ki, 31 oktyabr tarixindən etibarən ˝Bugünün Marketinqi˝kitabı rəsmi olaraq satışa çıxarılıb. İlk dəfə Digital Marketing Conference zamanı satışa çıxardığımız bu kitabı hazırda bütün kitab
2QAT BAYRAM – RAMAZAN
2010-cu ilin sentyabr ayında daha bir Ramazanı qarşılayarkən düşündüm ki, niyə bizdə Ramazan, məsələn Türkiyədəki kimi qeyd edilmir. Əsasən də bu işin niyə bizdə də ticarəti qızışdırmadığını düşünürdüm. Qərara gəldim


Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun