˝Bugünün Marketinqi˝ kitabı artıq bütün kitab mağazalarında

˝Bugünün Marketinqi˝ kitabı artıq bütün kitab mağazalarında

Əziz dostlar, artıq bir çoxunuz xəbərdarsınız ki, 31 oktyabr tarixindən etibarən ˝Bugünün Marketinqi˝kitabı rəsmi olaraq satışa çıxarılıb. İlk dəfə Digital Marketing Conference zamanı satışa çıxardığımız bu kitabı hazırda bütün kitab satış evlərindən əldə etmək mümkündür. Bu yazıda mən Sizə kitabın marketinq cəmiyyəti üçün faydası haqqında yazmaq istəyirəm.

˝Bugünün Marketinqi˝ kitabında nələr var?

Kitab yenilik kimi marketinq sahəsində çalışan 33 müəllifin yazılarını özündə birləşdirir. Kitabın dili olduqca rahat və sadədir. Yazıların hamısı marketinq nəzəriyyəsi əsaslıdır, amma nəzəriyyə ağırlıqlı deyil. Siz praktik nümunələrlə birlikdə yazılanları oxuyarkən həm prosesləri gözünüzün önündə canlandıracaq, həm də özünüz üçün qeydlər aparacaqsınız. Qeyd edim ki, kitabdakı yazılar facemark.az saytında yazıları dərc edilən müəlliflərə məxsusdur. 

Marketinq istər elm kimi, istər sənət kimi Azərbaycanda yenidir. Lokal xüsusiyyətlər nəzərə alınmaqla “Bugünün Marketinqi” kitabı 33 müəllifin bir arada yazılarını cəmləşdirən ilk kitabdır. Kitabdan Azərbaycan şirkətlərində çalışan menecerlər, o cümlədən sahibkarlar, rəhbər şəxslər faydalana bilər. Tələbələr və marketinqə marağı olan hər kəs üçün isə bu sahəni daha yaxşı başa düşmək üçün əvəzedilməz resurs olacağına əminik.

Kitabda yazıları dərc edilən müəlliflər Anar Bayramov, Anar Quliyev, Aynur Atabəyli, Babək Musazadə, Ceyhun Qubadov, Cəbrayıl Vəliyev, Elmibəy Alıyev, Elşən Əmirov, Əşrəf Hacıyev, Fəxri Ağayev, Fərid Seyidov, Firdovsi Xəlilov, Heydər İsmayılov, Həmid Ağayev, İlham Ali Yusif, İlkin Manafov, İslam Rzayev, İsmayıl Vəliyev, Murad Malik, Müşfiq Zərbəli, Namiq Bayramov, Nigar Məmmədova, Nümrəddin Hüseynov, Orxan Rzayev, Paşa Əliyev, Rafiq Hunaltay, Ramil Cabbarov, Rəhman Əhmədov, Ruslan Süleymanlı, Sabir Məşədizadə, Samir Kərimov, Səfər Aslanov və Tərlan Ələkbərova faydalı paylaşımları üçün facemark.az kollektivi olaraq dərin minnətdarlığımızı bildiririk.

Bugünün yazarlarından ˝Bugünün marketinqi kitabında 30-dan çox müəllifin 130-dan çox yazısı 9 fəsil üzrə qruplaşdırılıb. Fəsillərdə Siz marketinq, satış, reklam, pr, kommunikasiya, crm, müştəri davranışları, müştəri məmnuniyyəti, digital, sosial media, motivasiya, komanda ruhu, networking, biznes, böhran, ksm, brendinq, turizm, banklar, sığorta kimi müxətlif sahələrə aid faydalı məlumatlar əldə edəcəksiniz.

Oxucu adının kökü məhz bu kitabın məqsədidir – OXU. Gəlin daha gözəl gələcək üçün birlikdə oxuyaq. Oxuyaq ki, fərd, millət və dövlət olaraq daha güclü olaq.

Kitabı necə əldə etmək olar?

  1. İlk öncə qeyd edim ki, kitabı Siz pulsuz çatdırılma xidmətindən istifadə edərək də əldə edə bilərsiniz. Pulsuz çatdırılma üçün 1) Fərid bəy 0552137342 2) Günel xanım 0503927997 Bunun üçün sadəcə həmin şəxslərə zəng edərək ad, soyad və çatdırılma ünvanını deməniz kifayətdir. 1 gün içərisində kitablar sizə çatdırılacaqdır. Kitabın satış qiyməti hər yerdə 10 manatdır.
  2. Ali-Nino kitab mağazaları şəbəkəsi – Şəhərimizin ən böyük kitab satış mərkəzlərindən biri olan Ali-Nino kitab evinin bütün filiallarından kitabı əldə etmək mümkündür.
  3. WH Smith Azerbaijan – Üzeyir Hacıbəyov 151, Port Baku.
  4. ˝Akademiya˝ kitab mərkəzi – Əziz Əliyev küçəsi 13. Tel: 0124978773
  5. Azərbaycan Respublikası Prezident İşlər İdarəsinin Kitab Evi – Nizami küçəsi 58
  6. Kitab Klubu  – N.Aşurbəyova (Mustafa Sübhi 13)
  7. Fiksbook.com – online kitab mağazası (çatdırılma pulsuzdur)

P.S. Yuxarıda sadalanan kitab satış mərkəzlərinin facebook səhifəsinə yazmaqla da kitabı sifariş edə bilərsiniz.

Növbəti dəfə kitaba necə düşmək olar?

Qeyd edim ki, Bugünün Marketinqi kitabını hər il davamlı olaraq nəşr etmək niyyətindəyik. Marketinq gün-gündən dəyişir, yenilənir. Ona görə də növbəti kitab 2016-cı ilin oktyabr ayında nəşr ediləcək. O kitabda isə 2015 01 noyabrdan 2016 31 oktyabradək köşə yazıları ilə çıxış edən müəlliflərin yazıları yer alacaq. Əgər Siz də həmin kitabda yazılarınızın olmasını istəyirsinizsə, facemark.az saytına, info@facemark.az mailinə öz yazılarınızı göndərə bilərsiniz.

Mən inanıram ki, kitab marketinq və onun müxtəlif istiqamətlərində çalışanlar üçün stolüstü kitaba çevriləcək. Əvvəla ona görə ki, kitab son dərəcə praktika ağırlıqlıdır. Burada hər kəs praktik olaraq tətbiq edə biləcəyi qaydalar, yollar görə bilər. ˝Bugünün Marketinqi˝kitabı 2015-ci ildə marketinqə aid çap olunan 3-cü belə kitabdır. Buna qədər isə Ilkin Manafovun ˝360 dərəcə brendinq˝, Anar Bayramovun ˝Biznes nə istəyir?˝kitabı işıq üzü görüb və hazırda da oxucular tərəfindən maraqla qarşılanır. İnanıram ki, bu cür aktivliklər nəticəsində Azərbaycanda marketinqin inkişafında ciddi rol oynamaq mümkün olacaq.

Əgər Siz də marketinqin Azərbaycanda inkişafına dəstək olmaq istəyirsinizsə, bu dəstəyi çox rahatlıqla kitabı əldə etməklə edə bilərsiniz. Nə deyə bilərəm, çalışın oxuyun, oxutdurun…

Növbəti dəfə daha faydalı olmaq diləyilə…

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Adverdiklərim 0 Comments

Adverdiklərim silsiləsindən: “İdealda nə baş verir?”

10-13 aprel 2012-ci il üçün Türkiyəyə istirahət şansı qazanmaq üçün keçirilən aksiyaya verdiyim ad. Facebook Comments

Adverdiklərim 0 Comments

“Adverdiklərim” silsiləsindən: Sedatin – Rahat həyata zəmanət

Ötən il kənardan sifariş aldığım maraqlı işlərdən biri. Stressdən qorunma üçün vasitə olan Sedatin haqqında banner və video çarx ideyası lazım idi. Bir az düşündükdən sonra aşağıdakı formada video çarx

Adverdiklərim 0 Comments

“Adverdiklərim” silsiləsindən: Biz Gözləyərik

Kredit kampaniyası üçün sloqan – Biz Gözləyərik Facebook Comments

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın