DMCBAKU2015 – Gün sayırıq

DMCBAKU2015 – Gün sayırıq

Əziz dostlar, Azərbaycanda keçiriləcək ilk dijital konfrans DMCBaku2015-in başlamasına 36 gün qalır. Təxminən avqustun sonlarından hazırlıqlara başlanılıb və 2 ay müddətində dostlarımız çalışır ki, bu faydalı missiyanın öhdəsindən layiqincə gəlsinlər. DMC haqqında Aysel Cəbrayılova öz bloqunda ətraflı yazıb, hələ də oxumamısınızsa, buradan oxuya bilərsiniz.

"Qısa olaraq, DMCBAKU2015 – Azərbaycanda Digital Marketing sahəsində 31 oktyabrda ADA-da keçiriləcək ilk sistemli tədbirdir. DMC-də 100-dən çox şirkətdən menecerlərin iştirakı gözlənilir, eyni zamanda digital sahədə uğurlu işləri ilə hamımızın yaxşı tanıdığınız 15-ə qədər professional spiker bir bütov gün ərzində öz bilik və təcrübələrini bizlərlə bölüşəcəkdir. Konfrans 3 paneldən – mobil marketinq, sosial media marketinqi və rəqəmsal startegiya panellərindən ibarətdir. "

DMCBAKU2015 haqqında

Mən isə bu yazıda Sizinlə istədiyimistəmədiyim bir çox şeyləri paylaşacaqm. Beləliklə,

Təşəkkür etmək istəyirəm;

  • İlk öncə Azərbaycan marketinq mühitinə və bu sferada çalışan dostlara ki, onlar bizləri bu sektor üçün hər gün daha çox işləməyə həvəsləndirir. Sizin müsbət və dəstəkləyici rəyləriniz olmasaydı, təbii ki, biz bu qədər həvəsli olmazdıq. BİZ – Azərbaycanda marketinq adına çalışan hər kəsin ortaq adıdır. Bundan sonra BİZ-i bu cür oxumanızı xahiş edirəm.  
  • O ˝BİZ˝lərin içində xüsusi təşəkkür bu işin ideya müəllifi Aysel Cəbrayılovayadır. Aysel xanımı hamımız MMF-dən yaxşı tanıyırıq. O, MMF2013-də iştirakçı, MMF2014-də aparıcı, MMF2015-də isə aparıcı olmaqla yanaşı təşkilati komandanın rəhbəri olub. Bu il isə böhran dövründə ən aktual sferalardan biri, bəlkə də birincisi olan dijital sahə üzrə böyük bir tədbirin təşkilatçılığı üçün çalışır. Ona bu işdə kömək olan Fidan Ağalarovanın timsalında Marketing AİR məzunlarına, Günel Muradzadəyə, Facemark.az marketinq portalına, tədbirin ən məsuliyyətli işini öz üzərinə şərəflə götürən kreativ tərəfdaş BrandUP-a xüsusi təşəkkür etmək istəyirəm. Böyük işlər görürsünüz, dostlar. Əlavə olaraq marketinq.az, sosialmedia.az, Manads, Marketinq Azərbaycan qrupuna, Digital Marketing Azerbaijan qrupuna, gsr.fm-ə, Admedia-ya, New-Mediaya, Azərbaycan Diplomatik Akademiyasına təşəkkür edirəm. Adını unutduqlarım varsa, onlara daha atəşli təşəkkür edirəm.  🙂
  • 3 panelin hər birində çıxış edəcək spikerlərimizə təşəkkür edirəm. Belə çətin vaxtda zaman ayırıb hazırlaşdıqları, faydalı olmaq istədikləri üçün çox sağ ol deyirəm. 31 oktyabrda iştirak edəcək 250 nəfər Sizlərdən çox şey gözləyir, çox şey öyrənmək istəyir, daha sonra tətbiq etmək istəyir. Spikerlərlə yanaşı konfransı ərsəyə gətirən iştirakçıları qeyd etməmək ədalətsizlik olardı, dünya birliyi də bu ədalətsizliyə dözməzdi  🙂

Xahiş etmək istəyirəm ki,

  • Dostlarımıza dəstək olasınız. Sizin ən minimum dəstəyiniz belə yetərlidir ki, daha keyfiyyətli iş ortaya çıxsın.
  • Paxıllıq etməyəsiniz. Seymur Baycan demiş bir insanın evinə, maşınına, maddi olan hər şeyinə, uzağa getsək xarici görünüşünə paxıllıq etmək olar, amma zəhmətə paxıllıq etmək olmaz. Çünki zəhmət şərti refleks deyil, insanla bir yerdə doğulmur, sonrada əziyyətlər hesabına başa gəlir, arxasıyca da uğuru gətirir. Əgər motivə edə bilmirsinizsə, ən gözəl dəstəyiniz demotivə etməməkdir. Deyə bilərsiniz ki, niyə motivə etməliyəm ki? Onda yazını axıra qədər oxuyun, izah etməyə çalışacam ki, niyə məhz motivə etməlisiniz. Əminəm ki, razılaşacaqsınız.
  • Spikerlərdən xahiş etmək istəyirəm ki, daha çox məsuliyyətli olsunlar. Hər bir spiker üçün belə tədbirlər hər şeydən öncə onun özünün PR-na xidmət edir. Bu gün bu tip forumlar, konfranslar hesabına daha çox tanınan dostlarımız az deyil. Hətta kifayət qədər çoxdur da deyə bilərik. Təqdimatlarında göstərməyə yox, öyrətməyə meylli olsunlar. Hamı onsuz da bilir ki, əgər o tribunaya çıxmısınızsa, o yerə layiq görülmüsünüz. Əlavə gövdə göstərisinə ehtiyac yoxdur. Eyni zamanda xahiş edirəm ki, təşkilatçıların iradlarından inciməyəsiniz. Başına gələn başmaqçı olar deyirlər. Təşkilatçılar son 3-4 ildə o qədər bu tip işlərdə belə hallarla rastlaşıblar ki, əmin olun nəyisə deyirlərsə, əsası var mütləq var. Çox incə xahişim daha var. Əziz spikerlər, sadəlik gözəllikdir. Ardını daha demirəm, hamıya da aid etmirəm.  🙂

Müqayisə etmək istəmirəm ki,

  • Xaricdə bu tip tədbirlərin iştirak haqqı 500 yevrodan başlayıb 5000 yevroya qədər arta bilir. Bizim qiymətimiz 25 manatdır. Ona görə də 25 manat verib 5000 yevroluq tədbirdən aldığımız (hələ alıb-almama da sual altındadır) effekti buradan gözləməyək. Ən azı tədbirə o aurada getməyək. Ümumiyyətlə, məsləhət görərdim ki, qiymətə görə tədbirə qiymət verməyin. Müqayisə iqtisadi nəzəriyyədə belə tərif edilir ki, ancaq oxşar predmetlər arasında olmalıdır.
  • Bizim saytımız template alınaraq hazırlanıb. CannesLions-un saytı ilə müqayisə etmək lazım deyil. Məyus olarsınız, məyus olarıq. Təxminən 100 dollar civarı pul verib template alınıb, daha sonra BrandUP tam təmənnasız olaraq saytı təkmilləşdirib indiki vəziyyətinə gətirib. Bu arada BrandUP bütün gördüyünüz vizual və kreativ işləri təmənnasız olaraq edir, çox sağ olsun. Xaricdəki tədbirlərdə bu iş pulsuz olmur, dostlar. Kreativ tərəfdaşlar bu işlərdən ciddi pullar qazanırlar. İnanın ki, 25 manata satılan bütün biletlərlə ən yaxşı halda Sizin istədiyiniz formada ancaq bircə saytı yığmaq olar. Bəs o biri xərclər?!
  • İştirakçılara səslənərək xahiş etmək istəyirəm ki, bizim spikerləri də xariclə müqayisə etməsinlər. Bizim spikerlər onlardan daha fədakardırlar. Xaricdəki o tip tədbirlərə spikerlər böyük pullar hesabına dəvət edilir. İndiyədək 30-dan çox xarici festivalda iştirak etmiş biri kimi deyim ki, bizim spikerlər daha öyrədici danışırlar. 25 manat verib gəliriksə, spikerləri də o konteksdən müqayisə etməyək. Spikerlərimiz də təmənnasız olaraq vaxtlarını bizim üçün ayırır, faydalı olmağa çalışırlar. Bir də yaxşı bilirsiniz ki, marketinq lokal elmdir. Bizim bazarı bizdən yaxşı heç kim bilə-bilməz. Kotler gəlmir, Druker gəlsin, fərq etməz. Onlar danışacaq, danışacaq, hətta gözəl danışacaq. Tədbirdən çıxandan sonra ˝necə tətbiq edək bəs?˝ sualını mütləq özünüzə verəcəksiniz, bəlkə də vermisniz artıq. Mən şəxsən özümə çox belə suallar vermişəm.
  • Xaricdə Sizi təşkilati komandada böyük mühafizə şirkətlərinin zirehli işçiləri və model qızlar olur. Biz təbii ki, saatına 200 manat verib model qızları Sizi qarşılamaları üçün kirayələyə bilmərik. Amma əvəzində bu işə könül verən, iştirak etməklə özünə təcrübə qazanan, təmənnasız xidmət göstərməklə ˝aşda mənim də duzum olsun˝ deyən dostlarımız olacaq. Gördükləri işə iş kimi deyil, zövq olaraq baxacaq onlar. Spikerlərin görüşündə hətta niyə bunu pulsuz etmirsiniz ki, hamı gəlsin deyənlər oldu. 25 manatı belə orta gəlirli menecerlərimiz çox görürsə, hesab edirsə ki, təşkilatçıları varlandırır, o halda nə ˝çilek yeyim muz gibi gəlsin˝ deyək, nə model qızları gözləyək, nə bahalı hədiyyələr  və daha da nələr, nələr…. İnanın ki, bunu etməyi çox istərdik, hətta çoxunu edirik belə, amma təəssüf ki, hər dəfə bəlli miqdar xərcə düşmək alınmır.
  • Xaricdə Sizi tədbirdən sonra bahalı italyan restoranına aparırlar bəlkə də. Tədbir özü məsələn, Kann kinofestivalının keçirildiyi yerdə və ya bahalı bir oteldə keçirilir. Biz tədbirimizi ADA-nın çox müasir zalında edəcəyik, çox müasir. Yemək italyan restoranından olmasa da, çox böyük dövlət və özəl şirkətlərə xidmət göstərən bir şirkətdən olacaq ADA daxilində. Təkcə müqayisə üçün deyim ki, 25 manatlıq biletə həm də nahar daxildir və təkcə naharın qiyməti bir nəfər üçün 13 manatdır. Bizim üçün çox bahadır, amma nahar da mütləq olmalıdır dedik. Bir bötüv gün insanlar iştirak edirsə, nahar üçün narahatlıq olmamalıdır.

Əziz dostlar, bu yazını qətiyyən tənqid kimi qəbul etməyin. Sadəcə parallel müqayisələr aparıram ki, mənzərə daha aydın olsun. Örtülü heç nə qalmasın. Biz artıq 3-cü ildir ki, marketinq forumu edirik və özümüz edirik. Hansısa xarici təşkilat deyil. Amma bu ilin noyabrında İran ilk marketinq konfransını keçirməyə hazırlaşır. O da yenə özü yox, Pworld təşkilatçılıq edir. Biz zamanla daha böyüyəcəyimizə, daha keyfiyyətli işlər görəcəyimizə inanırıq və bunun üçün də çalışırıq. Və bu yolda Sizin tənqidləriniz çox kömək edir, edəcək. Məlumat üçün deyim ki, digər tədbirlərimiz kimi bu da biznes layihə deyil. Necə deyərlər, bu tip tədbirlərin ˝gətirdiyi su, tökdüyü zibili yumur heç˝. Biz başa düşürük ki, zamanla belə layihələr güclü biznesə çevrilməlidir ki, iş daha da keyfiyyətli olsun. Hələ ki, o bazarı görmürük. Və ya başqa cür desək hələ ki, onu bacarmırıq. Spikerlərin görüşündə də belə fikir səslənmişdi ki, xarici qonaqları cəlb edib maraq oyadaq və əvəzində də bileti məsələn 200 manat qoyaq. O zaman İlkin müəllim yaxşı söz dedi ki, biz bilirik ki, sonda o cür olmalıdır, amma digər səbəblər bir tərəfə, hələ ki, onu bacarmırıq. İnşallah bacaranda onu da edəcəyik. Birdən-birə fil düzəldə bilmiriksə, bir az balacadan başlamaq həm faydalıdır, həm məntiqli. Sonda bütün dostlarımıza bir daha təşəkkür edirəm. Qurban bayramı ərəfəsindəyik. Hamınızın bayramını təbrik edirəm. 31 oktyabr ADA-da görüşənədək…

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 481 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Əziz dostlar, Azərbaycanda keçiriləcək ilk dijital konfrans DMCBaku2015-in başlamasına 36 gün qalır. Təxminən avqustun sonlarından hazırlıqlara başlanılıb və 2 ay müddətində dostlarımız çalışır ki, bu faydalı missiyanın öhdəsindən layiqincə gəlsinlər.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

DMC2016 spikerləri ilə “gələcəyə gəl”i müzakirə etdik

Bugün digital aləm hər an dəyişir, hər an yeni nəsə əlavə olunur. Biznes dünyası bəzən bu yenilikləri tətbiq edəcək elastikliyə, operativliyə sahib olmur. Və ya trendlər çox sonra gəlib bizə

Tədbirlər 0 Comments

“Marketinq Parti-Marti”yə saatlar qalır. Bizi nələr gözləyir?!

Əziz dostlarımız və marketinq azərbaycan qrupunun üzvləri. Bildiyiniz kimi bizim bu gün “Marketinq Parti-Marti” adını verdiyimiz görüşümüz var. Görüşə saatlar qalır, bu bloqu yazaraq qısa da olsa, Sizə bəzi vacib

Tədbirlər 0 Comments

Forumun kitabı da var – Böhrandan Yeni Dövrana

Nəhayət bugün gəldi. 1 ildir ki, fasilələrlə də olsa, üzərində işlədiyim böhran marketinqinə aid kitabım artıq çapa verilib. Bu il milli marketinq forumunun tarixində ilk dəfə forumun konseptinə uyğun öz

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın