Azərbaycanda 2015-ci ilin ilk 8 ayının marketinq hesabatı və bizi daha nələr gözləyir?
Əziz dostlar, Siz də görürsünüz ki, son dönəmlər marketinqin rolu Azərbaycanda əhəmiyyətli dərəcədə hiss edilməyə başlayır. Xüsusən hazırkı situasiyada sektorun real marketerləri şirkətlərində əsl qəhrəmana çevrilə bilərlər. Atalar sözümüz var – “Bu meydan, bu şeytan” Şeytan – artıq var, o, gəlib, adı böhrandır. Ona görə də marketerlər üçün indi şeytan axtarma yox, meydanda vuruşma vaxtıdır. Bu haqda bu qədər. Mən isə Sizə xatırladığım qədər ölkəmizdə baş verən bir sıra marketinq aktivliklərini 2015-ci ilin ilk 8 ayı üzrə sadalamağa çalışacam. Bu oxucularımıza həm də kiçik hesabat kimi də sayıla bilər. Unutduğum nələrsə olarsa, zəhmət olmasa, şərhlərinizdə yadıma salın. Beləliklə, aylar üzrə başlayaq.
Yanvar 2015
1. Marketinq Azərbaycan qrupunun yaranmasının 3 illiyinin “Marketinq Parti-Marti” adı ilə Ramada oteldə keçirilməsi. (İştirakçı sayı 150 nəfər)
2. Marketinq Azərbaycan Qrupu ilə Bakcell şirkətinin ortaq əməkdaşlığının elan edilməsi. Əməkdaşlıq çərçivəsində bugünədək də davam edən “Marketoloqların Qızıl Tarifi” yaradılıb ki, bu tarifə qoşulan bütün qrup üzvləri öz aralarında pulsuz danışa bilər, digər xidmətlərdən də ən sərfəli şəkildə istifadə edə bilər.
Fevral 2015
3. E-Ticarət Zirvəsi 20 fevral tarixində Qafqaz Universitetində keçirildi. Təşkilatçı E-ticarət icması adından Rəşad Camal idi.
4. Yenə Qafqaz Universitetində Texnoparkın təşkilatçılığı ilə “Uğurlu Biznes” seminarı
5. Orxan Əmrullayevin tərcüməsində Devid Oqilvinin “Reklamçının etirafları” kitabının çapı
6. Mak.az tərəfindən DMİ (Digital Marketing İnstitute) yaradılması
Mart 2015
7. Marketing AİR 6 – praktik marketinq təlimləri 2 ay müddətinə olmaqla start götürdü. İştirakçı 40 nəfər.
8. 10-11 mart Davos şəhərində keçirilən “World Communcation Forum”da facemark.az kollektivinin media dəstəkçi kimi iştirakı
9. 19-20 mart tarixlərində Kiyevdə keçirilən WOW DONE AWARDS Reklam Festivalında facemark.az media partnyor oldu.
10. 19-21 mart tarixində Pattaya, Tailanda keçirilən “Adfest” Reklam Festivalının media partnyoru facemark.az marketinq portalı oldu.
11. 30 mart Marketerlərin Novruz Görüşü – Mart Çıxdı, Dərd Çıxmadı sloqanı altında baş tutdu. Görüş Dəmirçi Plaza Gate 25 restoranında keçirildi. 100-dən çox aktiv marketinq icması nümayəndələri tədbirdə iştirak etdi.
12. 05 mart Lyublyanada “The Cup” 8-ci qitələrarası Reklam Kubokunun artıq 4-cü ildir ki, davamlı media partnyorularından biri facemark.az oldu.
Aprel 2015
13. 23-25 aprel tarixində Belorusiyada keçirilən White Square VII Beynəlxalq Marketinq və Reklam festivalında facemark.az media partnyor oldu.
14. 24-25 Aprel tarixində Bakıda iş adamları üçün professor Mixael Kolontayın Antiböhran idarəetmə: 7 zəruri addım adlı yeni seminar təşkil edildi. Facemark.az bu tədbirin də media partnyoru kimi həm dəstək oldu, həm nümayəndə ilə iştirak etdi.
May 2015
15. Kəpənək Effekti “İlk Maaş” layihəsi İB Club və ADİU tərəfindən keçirildi. Tədbirin media dəstəkçilərindən biri də facemark.az marketinq portalı idi.
16. May ayında ABŞ-ın Nyu-York ştatında keçirilən NYF Reklam Festivalının media partnyorlarından biri facemark.az oldu.
17. 19-21 may tarixində Berlin Şəhərində “İnteract İAB” Reklam Festivalının media partnyorlarından biri Azərbaycandan Facemark.az marketinq portalı oldu.
18. 26-27 May III Milli Marketinq Forumu (MMF2015) keçirildi. 30-dan çox Azərbaycan şirkətindən spikerin çıxış etdiyi tədbirdə 2 gün ərzində 360 nəfərdən çox şirkət çalışanı iştirak etdi.
19. May ayında həmçinin məşhur bloger İlkin Manafovun “360 dərəcə brendinq” kitabı işıq üzü gördü. Brendinqə aid ana dilimizdə ilk kitab oxucular tərəfindən maraqla qarşılandı.
İyun 2015
20. 9-11 iyun Yurmalada keçirilən “Golden Hammer” festivalının Azərbaycandan media partnyoru facemark.az saytı oldu.
21. Facemark.az marketinq portalı ilə İTECA arasında əməkdaşlıq müqaviləsi imzalandı. Belə ki, İTECA-nın bütün sərgilərində facemark.az media partnyor olaraq bütün yazılı və elektron daşıyıcılarda qeyd edilir. Əvəzində isə sayda iteca-nın məlumatları mütəmadi paylaşılır.
İyul 2015
22. 8 iyul “Sürmə” restoranında marketerlərin ənənəvi Ramazan görüşü – “Gəlin, girİftar olaq” sloqanı ilə keçirildi.
Avqust 2015
23. Marketinq yayın ən qızmar istisində də sakit durmur. Belə ki, bu dəfə də Anar Bayramov “Biznes nə istəyir?” adlı 2-ci kitabı ilə biznes ictimaiyyətinin ciddi marağına səbəb olur.
24. 31 avqust bütün marketerlərin 4 ildir ki, doğma məkanına çevrilən Azərbaycanın faydalı paylaşım platformalarından biri olan Marketinq Azərbaycan fb qrupunun yaranmasının 4 ili tamam olur. 10 000 nəfərdən çox üzvü olan qrupun 4 illiyi ilə bağlı Murad Malik tərəfindən sürpriz aktivlik hazırlanır.
Bu avqusta qədər olan 24 aktivlik. Məncə, əlavə sözə ehtiyac yoxdur. Nəyimiz varsa, ortadayıq, buyuq. Pis getmirik, amma təbii ki, daha yaxşı ola bilər, olacaq, olmalıdır. Keçək indi qarşımızdakı 4 ayda hələlik dəqiq olan və bizi gözləyən aktivliklərə.
Sentyabr 2015
25. 24-27 sentybarda Gürcüstanın Batumi şəhərində Ad Black Sea Reklam festivalının media partnyorlarından biri kimi facemark.az komandası ilə iştirak edəcək. Arzu edənlər pulsuz olaraq qoşula bilərlər.
26. Bəndənizin sentyabr sonuna kimi “Böhran Marketinqi” adlı kitabının çıxması planlaşdırılır. İnşallah bir problem çıxmazsa, bu mövzuda yazılmış oxunan kitablardan biri olmağa iddialı bir iş olacaq.
Oktyabr 2015
27. Azərbaycanın ilk praktik marketinq təlimi olan Marketing AİR artıq 7-ci dəfə “Davam edir daha ciddi” sloqanı ilə 01 oktyabr – 30 noyabr tarixləri arasında keçirəcək. Arzu edənlər qoşula bilər.
28. 13-16 oktyabr Sloveniyada keçiriləcək “Golden Drum” reklam festivalının media partnyorlarından biri də facemark.az saytıdır. 2 pulsuz iştirak imkanımız var. Arzu edənlər qoşula bilər.
29. 01-02 oktyabr tarixlərində Bakıda keçiriləcək Global CSR Summit-in media partnyorlarından biri də facemark.az olacaq.
30. 23 Oktyabrda Bakıda keçiriləcək Baku İnternational Marketing Summit 2015-in də media dəstəkçilərindən biri facemark.az marketinq portalı oldu. Tədbirdə bir çox xarici spikerlər iştirak edəcək.
31. Oktyabr ayında həmçinin digital sahə ilə bağlı 1 günlük forumun keçirilməsi planlaşdırılır. Bu məsələ sürpriz olaraq saxlanılırdı, amma artıq hesabat verdiyimiz üçün elan edə bilərik. Digitalla bağlı maraqlı yenilik olacaq.
Noyabr 2015
32. 11-14 noyabr tarixlərində keçiriləcək “Российский Форум Маркетинга 2015” (rmf2015) tədbirinin media dəstəkçilərindən biri də 2 nəfərlik pulsuz iştirak imkanı ilə facemark.az saytı olacaq.
Dekabr 2015
33. 1-3 dekabr Belçikanın Antverpen şəhərində “Eurobest” Festival of Creativity keçiriləcək. Tədbirin media partnyorlarından biri də Azərbaycandan 3 ildir yeganə olaraq facemark.az portalıdır. 2 nəfərlik pulsuz iştirak imkanından bütün marketerlər faydalana bilər.
Son söz əvəzi
Hələlik bu qədər. Avqusta qədər 24 aktivliklə başa vururuq. Sonrakı 4 ayda isə daha 9 aktivlik gözlənilir. Yenilərinin də olacağı şübhəsizdir. Siz marketerlər ancaq danışırsız deyənlər üçün bu yazı maraqlı olmalıdır. Məncə, heç də az iş sayılmazlar.
Onu da qeyd edim ki, bütün bunlar Azərbaycanda fərdlər tərəfindən müstəqil şəkildə həyata keçirilir, heç bir ciddi maliyyə dəstəyi, dövlətin dəstəyini gözləmədən inkişaf üçün atılan addımlardır. Maraqlısı da odur ki, dünya birliyi hələ də bu ədalətsizliyə dözür. Biri çıxıb bunları susdurmur 🙂
P.S. Yazıdakı fikirlər bir çox adama məxsusdur. Müəllif hüquqları avropadakı heyvan hüquqları səviyyəsində qorunmasa da öz aramızda yüngülvari qorunur. Allah amanında…
Yazar haqqında
Editor review
Summary
Mən isə Sizə xatırladığım qədər ölkəmizdə baş verən bir sıra marketinq aktivliklərini 2015-ci ilin ilk 8 ayı üzrə sadalamağa çalışacam. Bu oxucularımıza həm də kiçik hesabat kimi də sayıla bilər. Unutduğum nələrsə olarsa, zəhmət olmasa, şərhlərinizdə yadıma salın. Beləliklə, aylar üzrə başlayaq.
Həmçinin oxuya bilərsiniz
Əsl oxucu kimdir?
Bir dəfə ala itdən məşhur dostum Teymur paşa, mən, Nurlan və xətrini çox istədiyim dostumuz yazıçı Seymur Baycan ilə maşınla Qaxa istirahətə getmişdik. Yol uzun, həmsöhbətlər maraqlı, mövzular da nə
Dolların 78 olan vaxtı…
1 il bundan əvvələ qədər ölkədə nəyisə müqayisə edəndə sözün əvvəlində mütləq “sovetin vaxtında” sözü olardı. Bir az bizdən böyüklər, “Sizin yadınıza gəlməz, sovetin vaxtında ….” deyib maraqlı müqayisələr edərdilər.
90-cı illərin koronasız uşaqlıq illəri
90-cı illərə düşüb uşaqlığımız. Uşaq yaşda olmuşuq, amma uşaqlıq yaşamışıq sayılmaz o qədər də. Hər şeydən 1 ədəd olub 1 il boyu. Azı 1 il. Bir “razmer” böyük alınırdı paltarlar
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun