Cannes Lions & MMF2013 və ya 20 milyon < 20 min
Cannes Lions haqqında qısaca
Kan Festivalı 1954-cü ildən keçirilir. Bu il 60 illiyidir. Saytlarında da yazıldığı kimi bu ilki tədbir əvvəlkilərin heç birinə bənzəməyəcək. Düşünün ki, biz 2013-cü ildə Azərbaycanın ilk marketinq forumunu etmişik, maraqlıdır 60 il sonra 2073-cü ildə biz də bu səviyyədə bir festival edə biləcəyikmi? Əslində düşünürəm ki, biz avropanın 60 illik nəticəsini daha tez təkrarlaya biləcəyik. Buna inanıram.
Beləliklə, bu il nə az nə çox festivala 35 765 iş daxil olub. Bu indiyədək rekord göstərici sayılır. Təsəvvür edin iş göndərmə haqqı 430 – 1225 yevro arasıdır. Biz hələ minimum qiymətlə, yəni 430 dollardan götürsək, təkcə işlərdən festivalın 15 milyon yevrodan çox gəlirinin olduğunu görərik. Onu da deyim ki, bu 35 765 iş dünyanın 92 ölkəsindən daxil olub. 3960 şirkətdən nümayəndələr iştirak edəcək. Məhz buna görə də Cannes Lions dünyanın ən böyük reklam və kreativ festivalı sayılır. Hər il festivalda 11000-ə yaxın insan iştirak edir. İştirak haqqı isə 1000-8000 yevro arasıdır, təxmini. 11000 adamın da minimum 5000-i pullu gəlsə, bu da hardasa 5 milyon yevro edir. Təkcə işlər və iştirakdan 20 milyon avro. Pis deyil)) Bu arada biz də foruma 20 min azn-ə yaxın xərcləmişdik. Fərq çox deyil ))). Mən hələ şirkətlərin sponsorluq haqqlarını, yerli restoranların festivala ödədikləri məbləğlər, dünya şirkətlərinin hamını bir araya yığmışkən keçirdikləri pullu master-klassları demirəm. Dediyim kimi saytlarında gəzişmək kifayətdir ki, proyekt üzərində nə qədər adamın işlədiyini hiss edəsən. Təkcə mənə media partnyor olduğumuzdan 8 adam fərqli səpkidə hər gün nəsə göndərir. Bu il 16 ana kateqoriya üzrə qaliblər məlum olacaq. Çalışacam ki, maraqlı hesab etdiyim işləri Sizinlə də paylaşım.
Onu deyim ki, bütün bu tip festivallar bizim üçün təcrübədir və mən də görüb-götürməyə, öyrənməyə gedirəm. Yaxşı şeyləri öyrənib tətbiq etmək bizə bu ərəfələr hava-su kimi lazımdır. 7 gün ərzində orada daha kimlər olmayacaq ki. Reklam və media nəhənglərindən kimi tanıyırsınızsa, orada tapa bilərsiniz. Mənim üçün çox maraqlı olan bir neçə çıxışçı var. Onları səbrsizliklə gözləyirəm.
7 günlük proqramda nələr var deyirsinizsə, bu linkdən baxa bilərsiniz – http://www.canneslions.com/the_festival/programme/festival_programme.cfm#47-173-1481 . Onu da deyim ki, gün ərzində 8 seminar olacaqdır. Toplam isə 54 fərqli mövzuda çox faydalı təlim olacaq. Təlimi işin professionallarından dinləmək bir ayrı zövq olsa, gərək.
Spikerlər kimlər olacaq deyirsinizsə, bu linkə baxa bilərsiniz – http://www.canneslions.com/the_festival/speakers/speakers.cfm
Bir sözlə hələ ki, hər şey çox gözəl planlanmış görünür. Marketinq fədailərini dəstəkçilər arasında görmək isə bir ayrı gözəllikdir – http://www.canneslions.com/press/media_supporters.cfm
davamı var
Facebook Comments
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Global Marketing Summit Tehran xatirələri
Əziz dostlar, 21-22 noyabrda facemark.az kollektivi olaraq bu il ilk dəfə İranın paytaxtı Tehran şəhərində keçirilən Global Marketing Summit-də iştirak etdik. Parallel olaraq da facemark.az İstanbulda keçirilən ˝Brandweek Istanbul˝un media
Kann təəssüratları və ya Kannda qan-qan deyən reklamlar
Bildiyiniz kimi bu il Cannes Lions Reklam Festivalının 60-cı ili tamam olur. Facemark.az və FMR TV olaraq 2012-ci ildən bu festivalın Azərbaycandan yeganə media partnyoruyuq, amma festivalın özündə iştirak imkanı bu ilə təsadüf
Digital Marketing Conference 2016-ya hazırsınız?
Dostlar, hər il olduğu kimi bu il də DMC hazırlıqları yüksək səviyyədə davam edir. Bugün istədim Sizinlə hazırlıqlardan danışım, gedişat barədə hələlik dəqiq olan məlumatları bölüşüm. Məkan haradır? Bu ilin
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun