Red Apple 2012 xatirələri (I yazı)
Məlum olduğu kimi Facemarknövbəti reklam festivallarından biri olan 22-ci Moskva Beynəlxalq Marketinq və Reklam Festivalı Red Apple 2012-nin Azərbaycan üzrə yeganə media partnyoru oldu. 19-20 sentyabr Facemark adından mən və Embawood şirkətindən Ramil Mahmudov rəsmi akkreditasiya ilə iştirak etdik. Rusiyada ömrümün ilk 5 ilini yaşamışam və 90-cı ildən bu tərəfə də Rusiyada olmamışdım. Bir tərəfdən də soyuq ölkənin soyuq təbiəti və insanları, şəhərini görmək həvəsim vardı.
Moskva 2010+2
Festivala keçməmişdən öncə bəzi müşahidə etdiklərim nüansları paylaşmaq istəyirəm. Ümumiyyətlə olduğum hər yerdə araşdırma-müqayisə üsulundan çox istifadə edirəm. Aeroportda Türk Hava Yolları ilə gedəndə türklər demiş bəzi “ayrıcalıklar” olur THY-dən uçanlar üçün. Məsələn, THY ilə uçanlar bütün türk qəzetlərini pulsuz olaraq ala bilərlər. Biz isə Azal ilə uçurduq, özü də Azalın əsasən İstanbula uçan ən böyük, son model Boinqi ilə. Salonda isə bizə Azərbaycan qəzetini verdilər. Bundan öncə də bir neçə dəfə Azal ilə uçmuşdum, amma qəzet vermirdilər. Demək ki, bu da özlüyündə irəliləyişdir.
Nəhayət Moskvanın Domodedovo hava limanına endik, pasport qeydiyyatına yaxınlaşanda rus nəzarətçilərdən bir xanım bizim reyslə uçanlara qışqırırdı ki, bir cərgədə, tək-tək keçin və s. Sözün açığı rusu vecinə alan da yox idi, hiss olunurdu ki, böyük əksəriyyəti burada yaşayanlardır və artıq alışıblar belə şeylərə. Adətən “bu şəhərdə” buraxılışlarında rusiyada yaşayan azərbaycanlı obrazını görmüşdüm. Elə təyyarədə ən azı 4-5 nəfər bu tip insan var idi J. Yolda rast gələn təksilərin də çoxu həmyerlilərimiz idi.
Diqqətimiz çəkən maraqlı bir məsələ oldu. Məsələn, Türkiyədə bir azərbaycanlı ilə rastlaşsan hər iki tərəf bir-birini sevinclə, hörmətlə salamlayır, qarşılayır. Eynisini burada da gözləyirdim, daha doğrusu təsəvvür edirdim. Burada hətta sənin azərbaycan dilində danışdığını görüb yenə də sənlə rusca danışan, hətta kobud desək səndən uzaqlaşmaq istəyən həmyerlilərimiz var idi. Çox üzücüdür bu, amma demək ki, reallıqdır. Birlik ola bilməməyimizin daha bir bariz nümunəsi. Kimi də dindirsən, deyir ki, burda qazandığımın yarısını Azərbaycanda qazana bilsəm, bir gün də burada qalmaram. Bu sözdə də böyük həqiqət gizlənir, məncə. Sovet dağılandan sonra orada qalanlar yenə də qara-qura işlərlə məşğul olsa da, sevindiricidir ki, onların övladları rusiyanın ictimai-siyasi həyatına girə biliblər. Orda yaşayanlardan da öyrəndiyimizə görə çox cüzi azerbaycanlı balası olar ki, ali təhsil almasın. Biz mindiyimiz azerbaycanlı taksiçinin övladı məsələn, Putin təqüdü ilə AMİ-də oxuyurdu. Taksilərdən danışmışkən Moskvada yolda taksilər demək olar ki, yox idi. Sən demə hamısı sifarişli işləyirlər və də çox baha işləyirlər. Yolda isə taksi nişanı olmayan taksilər çox imiş ki, bunu da biz çox sonra öyrənə bildik. Taksi ilə qaldığımız otelə gələrkən yoldakı demək olar hər şeyə diqqət etdim, festival boyu da mərkəzdə olan hər yeri də gəzdik demək olar ki. Moskvanın müasirliyini, baxımlılığını Bakı ilə müqayisə etsəm, Bakının Moskvadan qat-qat müasir olduğunu deyə bilərəm. Hətta reklam lövhələri belə çox zəifdir. Bizdə hər şey dəbdəbəli, şık və bahalıdır. Yeganə olaraq yolları çox genişdir. Amma dediyim kimi adicə yol lövhələri, işıqforlar belə Bakıda 2010-cu ildə istifadə olunanlardandır. Ona görə də bu abzasın başlığını Moskva 2010+2 qoydum J. Bakının 2010-cu il versiyasının üzərinə 2 il gəlsək, Moskva edər J.
Metrolarında da demək olar hər gün 15-dən çox stansiyasında olurduq. Metroları 13 xətli, çox böyük olsa da, stansiyalarının dizaynı, metroların vəziyyəti, metro içindəki reklamlar Bakıdan çox-çox geri qalır. Özlüyümdə çox təəccüblənirdim bu hala. Bir tərəfdən də düşünürdüm ki, Moskva axı çox bahalı və varlı şəhərdir, niyə infrastruktura ciddi fikir verilmir. Festivala 1 gün qalmış getmişdik deyə vaxtımız var idi və rahat gəzə bilirdik. Gəzdikcə də hər şeyi demək olar ki, müqayisə edirdim Bakı ilə. Daha bir maraqlı məsələ servislə bağlıdır. Mənə bir cümlə ilə Moskvadakı servisi ifadə et desələr, birmənalı şəkildə “orada elə şey yoxdur” deyərdim. İstər otel olsun, istər restoran, istər festival təşkilatçılarının davranışları bu dediklərimi sübut edir. İnsanları sanki çox kobuddur və cavab vermə istəkləri yoxdur. Ən bahalı restoranlarında belə hesabı yarım saat gözləyə, sonunda gəldikdə isə nəyinsə düz hesablanmadığını, üzr istəməli olduğu halda əsəbi halda sifət edib gedən rus ofisiantlar görə bilərsiniz. Yeganə razı qaldığım yer yenə öz həmyerlilərimizin restoranlarının birində tv-də də Aztv-ni izləyə-izləyə oturduğumuz yer oldu. Bir sözlə şəhərdə gəzişərkən özümü əsla xaricdə bir yerdəki kimi hiss etmədim. Hər şey Bakıdakı kimi eyni və çox məsələdə ondan da zəif.
Yeganə küçə və metrolarda gənclərin kitaba olan böyük marağını qeyd etməmək olmaz. Təsəvvür edin ki, bu adamlar imkan tapdıqları hər yerdə oxuyurlar. Metroda cavandan tutmuş qocaya qədər hamı ya telefondan, ya elektorn book readerlərdən, ya da elə kitabın özünü çıxarıb oxuyurlar. Qoca-qoca insanların book readerlərdən ayaq üstündə necə həvəslə nəyisə oxuduqlarını görmək olar. Həqiqətən də buna heyran qalmamaq olmur. Bir də bu şəhərdə hamı deyəsən İphone xəstəsidir. Az qala gənclərin çoxunda iphone idi. Hətta telefon mağazasının önündə bir gənc Galaxy S3-ə yaxınlaşıb “mən başa düşə bilmirəm, insanlar necə buna bu qədər pul verə bilərlər” dedi. Samsunqu anlaşılan çox sevmir rus gənclər. Və bir də kitab oxuyan gənclərlə yanaşı küçədə, metroda sərbəstcə “sevgi elmi” ilə də məşğul olanları da deməsək, xətirlərinə dəyərik J. Fürsət tapıb kitabxanalarına da girdik. Zənginliyindən söhbət etməyə dəyməz belə. Çox eşələnib 4 dənə kopiraytinqə aid kitab alıb çıxdım. Kitabxanın yanında bilbordlarda isə “Muhteşem Yüzyıl”ın reklam posterləri dolu idi, bir az aralanmışdıq ki, Timatinin “Davay do svidaniya” konsertinin anonsu var idi. Rusların türk serial sevgisini posterin qabağında durub o haqda danışanlardan da rahat eşitmək olardı.
Beləcə festivaldan öncəki bir günü başa vurduq. Qarşıda isə bizi 19 sentyabr festivalın ilk günü gözləyirdi. O haqda da növbəti yazıda.
Facebook Comments
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
MMF2014 biletləri artıq satışda!
Əziz dostlar, bildiyiniz kimi MMF2014-ə ciddi şəkildə hazırlıqlar gedir. Bu haqda daha ətraflı buradan oxuya bilərsiniz. Öncədən də dediyimiz kimi biletləri 01 maydan satışa çıxarmağı planlaşdırmışdıq. Dostlarımızdan olan devetname.az-ın da
Cannes Lions & MMF2013 və ya 20 milyon < 20 min
Bildiyiniz kimi biz Facemark.az və Facemark.tv (FMR TV) olaraq bu il Cannes Lions festivalında media partnyor olduq. Daha doğrusu bu mötəbər festivalın 2012-ci ildən partnyoruyuq, lakin bu il hər iki
Azərbaycanda biznes forumların bugünü və gələcəyi
Heç kimə sirr deyil ki, Azərbaycanda biznes mühiti, iqtisadi münasibətlərə yanaşma əvvəlki kimi deyil. Daha doğrusu devalvasiyadan əvvəlki vəziyyətlə müqayisədə indi daha real və praktik mövqeyin olduğunu görürük. Bu təbii
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun