Dataizm – yeni dövrün ideologiyası
Bön Çul Xanın “Psixopolitika” neoliberalizm və yeni iqtidar taktikaları – kitabını yenicə bitirdim. Son dövrlər Çul Xanın kitabları demək olar bütün suallarıma cavab verir deyə, orada yazılan fikirləri paylaşaraq oxuyanlara faydalı ola biləcəyinə inanıram.
“Əvvəllər kiminsə qulu olurdun, yeni dövrdə insan öz nəfsinin quludur”
Azadlığa müəllifin baxışı tam fərqlidir. Ona görə yeni dövrün azadlığı özünəxas məhdudiyyətlər gətirir. “Nəyisə edə bilmə azadlığı”, əslində “nəyisə etməlisən” ilə müqayisədə daha çox çətinlik, məcburiyyət yaradır. “Etməlisən”in sərhəddi, sonu var, amma “edə bilərsən” sərhədsizdir, sonu yoxdur. İndi insan kənardan özünü azad görsə də, əslində istəklərinin, arzularının quluna çevrilib. Bu istək və arzular da reallıqla səsləşmir, onu istəyənin heç öz seçimi də deyil. Yəqin oxuduqca bu hisslər bir çoxunuza tanış gəldi.
“Məni istədiyim şeydən qoru”
“Like” iqtisadiyyatının və ya performans cəmiyyəti dediyimiz bir quruluşun aktual duası belədir – “Məni istədiyim şeydən qoru”. Yazar qeyd edir ki, neoliberal cəmiyyətlərdə məcburiyyət fiziki deyil ruha təzyiq kimi formalaşdığından insanın ən böyük düşməni elə insanın özüdür. Ona görə də insanın özünə ən böyük duasının “məni öz istədiyim şeylərdən qoru” olduğunu yazır. Psixopolitikanın indiki hədəfi ruhdur.
Ruha kənar müdaxilə ilə ruhun idarə edilməsi dövrü
Həqiqətən də oxuduqca anlayırsan ki, ruhu ələ keçirmək insanın sinirlərini idarə etmək kimi bir şeydir. İstəyəndə aktivləşdir ağrını hiss etsin, istəyəndə söndür heç nə hiss etməsin. Müasir dünyada nə istədiyini bilməyən adamların çoxunda diaqnoz birdir -“ruha kənar müdaxilə”
Bu gün rəqəmsal psixopolitika (psixoloji siyasət) dövrünə getdiyimizdən bu siyasət passiv müşahidədən daha çox aktiv yönləndirməyə çalışır. Müəllifə görə hətta “big data” düşüncələrimizin də önünə keçərək ona təsir etməyi bacarır. Neoliberalizm tükənmişlik dövrünü də bərabərində gətirib. Ona görədir ki, müasir dövrün ən böyük xəstəliklərinə tükənmişlik sindromunu əlavə edə bilərik. Çünki neoliberalizm maddi olanı rahat alıb-sata bilir deyə indi əsas işi ruhladır. Ruhun damarını tutsa, toxu ac, acı da tox hiss etdirə bilir.
Daha öncəki yazılarından da Çul-Xanın ağrıya münasibəti – alqofobiya haqqında yazmışdım. Burada da ağrını psixoloji alət kimi gözəl izah edir. Ruhun tərbiyəsində ağrı ən həlledici amildir. Ağrı təcrübənin varlığı üçün də vacibdir.
Yaza-yaza düşündüm ki, həqiqətən də hər şeyin gözəl, axarında olduğu həyat insan həyatı deyil. Heç dərinə gedəndə insan özü də bunu istəmir. İnsanın yazdığı kitabların və çəkdiyi kinoların hansında tam problemsiz bir həyat təsəvvür edilir?! Götürək ki, real həyatda hər şey insanın əlində deyil və o məcburdur ki, çətinliklərin öhdəsindən gəlsin. Kino və kitab isə insanın öz əlindədir. Bəs onda niyə heç olmasa, orada ideal bir həyatı xəyali olaraq belə yazmamışıq? Demək ki, ruh əziyyəti sevir. Əziyyətdən qaçmaq olmaz, əksinə onunla yaşadıqlarını daha da mənalandıraraq xoşbəxt olmaq olar.
“Bu gün bir çox sahibkar əslində öz şirkətində özünü istismar edən işçidir”
Mənə ən maraqlı olan hissələrdən biri də bu oldu. Müəllifin fikirlərini diqqətlə oxuyaq; Kapitalizmin mutasiyası sayılan neoliberalizm sıravi işçini də sahibkar kimi, öz işini qura bilən, hətta qurmalı olan biri kimi görür. Kommunizm işçilərə hamınız bərabərsiniz deyirdisə, neoliberalizm “sən hamıdan öndə ola bilərsən” deyib qazı verir. Və bu yolda bəlkə də 2-3 nəfəri arzusuna çatdırırsa, min nəfəri də bədbəxt edir. Bu gün bir çox sahibkar əslində öz şirkətində özünü istismar edən işçidir.
Yeni dövrün fəlsəfəsi – dataizm
Filosofa görə indiki dövrün fəlsəfəsi “dataizm”dir. Buna data totalitarizmi də demək olar. Big Brothers öz yerini indi Big Data-ya verib. Dünya amma dataizmə birdən-birə gəlməyib. O aydınlanma ilk olaraq statistikanın gücü ilə ortaya çıxıb, filosoflar rəqəmləri danışdıraraq bir çox suallara cavab tapıblar. Aydınlanmanın ikinci mərhələsi isə şəffaflıq olub. Bu iki mərhələ datanın bünövrəsidir, yəni data o iki mərhələnin davamıdır. Buradan bizə əyan olan odur ki, data dövrünə keçid etmək istəyənlər keçmişdə statistika və şəffaflıqla arası “yaxşı olmayıbsa” əziyyət çəkəcək. Öncə ən pis halda keçmişə dair statistika doğruluğu təmin edilməlidir.
Mikro-targetting
Əvvəlki idarəetmə səmərəliliyi artırmaq üçün mikro menecmentə enməyi məqbul hesab etmirdisə, dataizm “mikro-targetting”i ən səmərəli hesab edir və istifadə edir. Müasir psixopolitikanın istifadə etdiyi ən güclü alətlərdən biri məhz budur – mikro-targetting – ən sonuncu adama kimi enib onun profilini formalaşdırmaq və idarə etmək. Filosofa yazır ki, statistikanın aktual dönəmində “niyə?” sualı əsas idisə, bu gün niyədən daha çox “belədir” aktualdır. Statistikaya əsaslanan siyasət biopolitika adlandırdısa, dataya əsaslanan siyasət psixopolitikadır. Biopolitika statistikaya əsaslandırdı deyə mövcudu təhlil edirdi, psixopolitika isə gələcək davranışları da proqnozlaşdırır deyə big data-ya əsaslanır.
Kitabdan özüm üçün çıxardığım əsas dərs ruh tərbiyəsi oldu. Hərçənd ki, bu mövzuya dini ideologiyalarda çox toxunulub. Məncə, bir az da araşdırıb maraqlı parallelər aparmaq olar.
Yazar haqqında
Editor review
Summary
Yeni dövrün fəlsəfəsi - dataizm Kapitalizmin mutasiyası sayılan neoliberalizm sıravi işçini də sahibkar kimi, öz işini qura bilən, hətta qurmalı olan biri kimi görür. Kommunizm işçilərə hamınız bərabərsiniz deyirdisə, neoliberalizm “sən hamıdan öndə ola bilərsən” deyib qazı verir. Və bu yolda bəlkə də 2-3 nəfəri arzusuna çatdırırsa, min nəfəri də bədbəxt edir. Bu gün bir çox sahibkar əslində öz şirkətində özünü istismar edən işçidir.
Həmçinin oxuya bilərsiniz
Dolların 78 olan vaxtı…
1 il bundan əvvələ qədər ölkədə nəyisə müqayisə edəndə sözün əvvəlində mütləq “sovetin vaxtında” sözü olardı. Bir az bizdən böyüklər, “Sizin yadınıza gəlməz, sovetin vaxtında ….” deyib maraqlı müqayisələr edərdilər.
Şəkilsiz yazılar seriyası #18 – Gələcək uzadılmış “indi”dir
21-ci əsri bundan gözəl ifadə edən söz yəqin ki, ola bilməz. Byung-Chul Han “Yorğunluq toplumu” kitabında yazır ki, əvvəllər cəmiyyət YOX-ların hökmü altında idi. Bu cəmiyyətə nizam-intizam, disiplin cəmiyyəti demək
Azərbaycanda müştəri və reklam agentliyi reallıqları
Çoxdandır Azərbaycanda fəaliyyət göstərən reklam agentlikləri və onlarla çalışan müştərilər barədə yazı yazmaq istəyirdim. Təcrübədən də rast gəldiyim bir neçə maraqlı məqamları özümdə qeyd etmişdim. Bu gün artıq onların bir

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun