FIF2017 I panel moderator və spikerlərin çıxışlarının video yazısı
Əziz dostlar, FİF2017 06 may tarixində uğurla keçirildi. Tədbirdən 1 aydan çox vaxt keçməsinə baxmayaraq hələ də müzakirə edilir. Hissə-hissə facebook səhifəmizdə tədbirlə bağlı məlumat və videolar yayımlanmaqdadır. Mən ayrıca 3 yazı şəklində FIF2017-nin hər 3 panelinin videolarını bir yerə toplayıb təqdim edəcəm. Düşünürəm ki, vaxt ayırıb izləməyə dəyən xeyli faydalı informasiyalar var. Özüm marketoloq olsam da, strateji marketinq bizdən maliyyə bilikləri də tələb edir. Ona görə mənim özüm üçün də çox maraqlı idi.
Forumun 1-ci paneli Maliyyə Bazarları və İnkişaf Perspektivləri idi. Bu panelin moderatoru Gilan FMCG Maliyyə Direktoru Niyazi Abbasov qısa girişlə mövzunun praktik aktuallığına toxundu.
Daha sonra Türkiyənin top 10 özəl sərmaye fondları siyahısında yer alan Mediterra şirkətinin partnyoru Orhan Ayanlar hər kəsin maraqlı izlədiyi təqdimat etdi. Çox sadə və faydalı çıxışı hər birinizin izləməsini tövsiyyə edirəm.
Panelin digər spikerləri AzFinans İnvest şirkətindən İntiqam Səfərəliyev Maliyyə Bazarlarında İnvestisiya şirkətlərinin rolu, MBNP-dən Orxan İsmayılov Maliyyə xidmətlərinin inkişafı üzrə Strateji Yol Xəritəsi , Bakı Fond Birjasından Abdulla İsayev isə Yeni Ticarət Platformasına Keçid başlığı ilə çıxış etdilər. Sonda isə mövzuya uyğun yarım saatlıq faydalı müzakirə, sual-cavab keçirildi. Aşağıda hər birinin video yazısını təqdim edirəm.
Yazar haqqında
Editor review
Summary
FIF2017 I panel moderator və spikerlərin çıxışlarının video yazısı
Həmçinin oxuya bilərsiniz
MMF2014-ün ilk gününə olan maraqlı şərhlər, tvitlər
Əziz dostlar, bu gün MMF2014-ün ilk gününü geridə qoyduq. Bu haqda hələ çox yazılacaq. Qısaca onu deyim ki, bugün həştəqimiz aztwi-də top trend oldu. Bu gün həm də ANS TV
Rəqəmsal Marketinq Konfransı 2022 – qısa icmal videosu
Hər il ənənəvi olaraq keçirilən Digital Marketing Conference 2022-ci ildə növbəti dəfə keçirildi. Həmin tədbirdən qısa icmal videosunu aşağıda təqdim edirəm: Facebook Comments
Bugünün Marketinqi 2-dən xəbər var!
Dostlar, bilirsiniz ki, biz son sürət DMC2016 hazırlıqlarına başlamışıq. Keçən il açılışa özəl 33 yazarın 130 məqaləsindən ibarət “Bugünün Marketinqi” kitabını çap edib satışa çıxardıq. Sevinirəm ki, keçən ilin oktyabrından
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun