MMF2016 – Böhrandan Yeni Dövrana

MMF2016 – Böhrandan Yeni Dövrana

Hər il olduğu kimi bu il də Milli Marketinq Forumu olacaq. Böhran, iqtisadi çətinlik və s. bu kimi iqtisadi təlatümlər bizi dayandıra bilməz. İnanırıq ki, indiki dövrdə şirkətlərimizin düzgün strateji addımlara daha çox ehtiyacı var. Eyni zamanda marketinq böhrandan çıxış və optimal həllər üçün çox vacibdir.

Artıq yanvar ayından, daha dəqiq desək, yanvarın 11-dən MMF2016-nın rəsmi hazırlıqlarına start verdik. Bizim üçün bir çox proyektlərimizin ideya məkanı olan Park Fore (hər nə qədər xidməti yaxşı olmasa da) bu il də forumun müzakirəsinin başlanğıc nöqtəsi oldu. Zarafat deyil, bu il 8-cisi olan Marketing AİR, FMR TV, MMF özü 3 il öncə həmin məkanda düşünülüb. İlkin müəllim rayonda olduğundan, Anar müəllim, Aysel və mən ilkin müzakirələrə başladıq. Bu arada fürsətdən istifadə edib, MMF2013, 2014 və 2015-ci illərdə bizimlə birlikdə olan, forumun ərsəyə gəlməsində xüsusi səy göstərən dostlarımızın hər birinə xüsusi təşəkkür edirik. Yello Ad reklam agentliyinə isə xüsusi təşəkkür edirəm. Beləliklə,

Bu il MMF-dən nə xəbər var?

Əziz dostlar, forumda hər il fərqli istiqamətlər prioritet seçilir. Təşkilatçılığa cəlb olunan tərəfdaş şirkətlər hər il daha rəngarəng və faydalı forum olması üçün əllərindən gələni əsirgəmirlər. Bu il isə ölkəmizin aparıcı reklam agentliklərindən biri olan McCANN Baku MMF2016-nın kreativ tərəfdaşı oldu. İnanırıq ki, McCANN Baku öz zəngin təcrübəsi ilə bu il forumun daha da gözəl alınması üçün səylərini əsirgəməyəcək. Bu ilk xəbərimiz.

İkinci xəbər odur ki, bu il bir az dəyişiklik edərək artıq hər il ayrı logo konsepti ilə deyil, daha eyni loqo konsepti ilə hərəkət etmək qərarına gəldik. 13, 14 və 15-ci ildə ayrı-ayırılıqda gözəl loqotiplərimiz olsa da, uzun müddətə düşünəndə, qərara gəldik ki, izləyicilərin beynində eyni vizual təəssüratın yaranması üçün vahid və sadə loqo olması vacibdir. Dostlarımız, McCANN də sağ olsunlar, artıq loqonu bir neçə variantda təqdim etdilər, seçdiyimiz loqonu isə Sizə aşağıda təqdimatda görə bilərsiniz.

Üçüncü xəbərimiz bu ilki sloqanımız ilə bağlıdır. 2013-də 3P, 2014-də Trend Ovunda, 2015-ci ildə isə Olimpə Doğru devizi ilə yola çıxmışdıq. Bu il isə günün gedişatına uyğun olaraq “Böhrandan Yeni Dövrana” sloqanını seçdik. Loqo və sloqan ideyası təbii olaraq, McCANN Baku agentliyinə məxsusdur. Hesab etdik ki, bu il panellərimizdə əsas istiqamət də böhran dövrü mövzu və istiqamətlərə uyğun həll yolları axtarışı olacaq. O həll yolları ki, bizi bu böhrandan yeni dövrana üzüağ çıxmağa kömək edə bilər.

Dördüncü məsələ bu ilki panellərlə bağlıdır. Bu il yenə forum 2 gün olacaq və yenə 6 paneldə təxmini 30-a yaxın spiker iştirak edəcək. Hazırda spikerlərin seçimi demək olar ki, bitib və spikerlər bu barədə artıq məlumatlandırılıb. Bir neçə nəfər üçün qeyri-dəqiqlik var ki, düşünürəm o da ay sonuna kimi maksimum həllini tapacaq. Bu il Milli Keyslər, Marketinq Kommunikasiyaları, Rəqəmsal Marketinq, Bloqçuluq və rəy liderliyi, Böhran dövründə marketinq strategiyası, Şəxsi brendinq kimi panellərimiz olacaq. Gördüyünüz kimi əvvəlki illərdən fərqli olaraq yeni panellərimiz var. Bu il spikerlərimiz də inanırıq və əminik ki, Sizlərə çox faydalı olacaqlar.

5-ci məsələ forumun keçiriləcəyi məkanla bağlıdır. Açığı bir müddətdir ki, variantlar üzərində baş sındırırıq. İstər öz istədiyimiz, istər bizə gələn təkliflər arasında uyğun olanı haqqında düşünürük. Bu həftə sonuna kimi düşünürük ki, bu prosesi də bitirəcəyik. Hələlik 100% qərar verdiyimiz yer yoxdur. Zaman olaraq isə ənənəvi olaraq may ayı seçilib.

6-cı məsələ sponsorluqla bağlıdır. Sponsorluq, foruma bu və ya digər formada öz köməyini əsirgəmək istəməyən dostlarımız üçün təqdimat hazırlanıb və marketinq azərbaycan qrupunda paylaşılıb. Əgər Sizin şirkətiniz də hansısa formada dəstək olmaq istəyirsə, bizə müraciət edə bilərsiniz – jabrayilova.aysel@facemark.az

Sonda isə Sizə aşağıdakı təqdimatda ilkin kreativ konseptimizin elementlərini təqdim edirəm. Təqdimatda hər şey aydındır deyə xüsusi izaha ehtiyac görmədim. Əgər hər hansı suallarınız olarsa, zəhmət olmasa, yazın.

İnşallah, forumda görüşərik. Hələ çox yeniliyimiz olacaq. Bu, ilkin hazır olanlar idi ki, o haqda da Sizə məlumat verdik.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 472 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

MMF2016-da ilk dəfə “Bloqçuluq və rəy liderliyi paneli”

“Bax gör neynirsən” keçməyəcək Foruma düz 1 həftə vaxt qalır. Demək olar ki, MMF2016 hazırlıqları bitmək üzərədir. Yeganə vaxtımızı alan şey bu aralar biletlə bağlı istəklərdir. Fürsətdən istifadə edib dostlara

Tədbirlər 0 Comments

Marketerlərin iftar görüşü – “Marketinq Ramazannaməsi” niyə vacibdir?

Yaxın dostlar bilir ki, biz bununla artıq 4-cü ildir ki, davamlı olaraq marketoloqlar, reklamçılar və bu sahə ilə əlaqəli olanlar yığışırıq. Facemark.az-ın fb səhifəsində əvvəlki görüşlərin şəkillərini görə bilərsiniz.  Bu

Tədbirlər 0 Comments

Vergi və Mühasibatlıq Zirvəsi 2023 haqqında ATV kanalına müsahibəm

11 mart 2023 tarixində 600-dək mütəxəssisin iştirakı ilə keçirilən Vergi və Mühasibatlıq Zirvəsi haqqında ATV kanalına müsahibə verdim. ATV ilə yanaşı, Arb24 və Baku.tv komandasına da dərin təşəkkürlər. Facebook Comments

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın