FİF2017-yə 3 gün qalır

FİF2017-yə 3 gün qalır

Aprel ayı bizim üçün çox sıx, çox gərgin keçdi. Bugün də mayın 2-dir və bizim Maliyyə və İnvestisiya Forumuna cəmi 3 günümüz qalır. Forumun işləri o qədər çoxdur ki, task management proqramları olmasaydı, çətin ki, hər şeyi yadda saxlayıb zamanında çatdıra bilərdik. Marketoloq olaraq biz istənilən məhsulu bazara çıxara bilib maraq oyada biləriksə, demək ki, Maliyyə Forumunu da rahat edə bilərik deyib yola çıxmışıq əslində 🙂 Şükürlər olsun ki, təşkilatçılıq və gedişat bizi çox qane edir. Yekun qərarı isə iştirakçılar tədbirdən sonra verəcəklər.

Ümumiyyətlə deyim ki, şəxsən bütün işlərimi, ən kiçik işlərimi belə planlı etməyə çalışıram. İl ərzində o qədər aktivliklər olur. Məsələn, Martın 1-i başlayıb aprelin sonu bitirdiyimiz Marketing AİR var. 10-u dəfə idi ki, keçirilirdi. 10-cu AİR məzunları da fərqli idi. Fevralda Digital AİR-i başlayıb bitirdik. Fevralda ölkənin ilk Satış Forumunu etdik. Yenə zal dolu, yenə anşlaq. Həmin forumda elə 2 şirkəti təqdim etdik. SatGroup Satış Təlimləri və Fil rəqəmsal marketinq agentliyi. Fiziki cəhətdən bu işləri çatdırmaq olmaz. Amma gördüyün işi sevsən, olar. Bal kimi də olar 🙂 Yəni fiziki cəhətdən çatdıra bilmədiyiniz işləri sevin. Sevsəniz, hamıya çatacaq qədər enerjiniz, işləri çatdıracaq qədər gücünüz olacaq.

Məsələn, son 1 ildir, Bitrix24 istifadə edirəm, çox rahatdır. Hər şeyi qeyd edirəm, izləyirəm, heç nə də yaddan çıxmır. Sizə də məsləhət görürəm. Bu belə.

Bugün hazırlıq prosesindən vaxt edib FİF2017 hazırlığının hazırkı durumu barədə yazmaq istəyirəm. Həmişə forumun son 1 həftəsini məzuniyyət götürürəm. İndi də məzuniyyətdəyəm ki, hər şeyi axsatmadan yerinə yetirə bilək. Aşağıda mən Sizə son yeniliklər barədə məlumat verəcəm.

Maliyyə və İnvestisiya Forumu 06 may, şənbə günü saat 09:00 – 18:00 olmaqla bütöv bir gün ərzində keçiriləcək. Məkan Pullman otel (Əvvəlki Kempinski oteli). Bilet əldə etmək üçün www.fif.az saytından sifariş edə və ya 0553387772 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Çatdırılma pulsuzdur.

Spiker siyahısı tamamlanıb

Bəli, artıq tam olaraq bu işi bitirdik. Forumun ən çətin işi, həm də forumu forum edən ən vacib iş spikerlər və onların danışdığı mövzulardır. Maliyyəçi olmasam da sağ olsunlar Niyazi müəllim və Emin müəllim, onların sayəsində bütün spikerlərlə çox gözəl münasibət qura bildik. Dünən də spikerlərlə son olaraq görüşdük. Aşağıda Sizə bütün spikerlərimizin fotolarını təqdim edəcəm. Gördüyünüz kimi yerli və xarici spikerlərin də iştirakı ilə çox gözəl, faydalı tədbir olacaq. Orhan Ayanların təqdimatını isə xüsusi bəyəndim. Siz də gəlin, baxın. Bir maliyyəçidən gözləmədiyimiz qədər gözəl təqdimatdır. Kontenti isə demirəm, özünüz baxıb qiymət verəcəksiniz.

FİF2017 spikerləri

Təşkilati komanda – ASAN Könüllüləri var gücü ilə çalışacaq

Bilirsiniz ki, bu dəfə təşkilati komandamıza ASAN Könüllüləri də qoşulub. 35 nəfərlik Asan Könüllüləri komandası və özümüzün 20 nəfərlik komandamız həmin gün əlindən gələn hər şeyi edəcək ki, məmnun olasınız. Artıq təşkilati komanda ilə də ayrılıqda 2 dəfə görüş keçirilib. Sonuncu görüşümüz də elə Pullman oteldə (Əvvəlki Kempinski) oldu. Siz otelin girişindən tutmuş düz yerinizdə əyləşənədək sistemli, təşkilatlanmış komanda müşayiət edəcək. Qeydiyyat elektron şəkildə 6 qeydiyyat masasında aparılacaq. Əziz dostlar, giriş yalnız və yalnız bilet və ya dəvətnamə ilədir. Xahiş edirik, mütləq şəkildə özünüzlə biletinizi götürəsiniz. Hətta bu dəfə musiqili təqdimatımız da olacaq. Çalışacağıq ki, maksimum gərginlikdən uzaq bir gün keçirə biləsiniz. Günboyu elmi-nəzəri məlumatlarla yüklənməmək üçün arada musiqi fasilələrimiz olacaq.

Dəstək olan hər kəsə təşəkkür edirik.

Dostlar, bu dəfə foyemiz şirkətlərimizin stendləri, təqdimatlarla dolu olacaq. Bu arada fürsətdən istifadə edib FİF2017-yə dəstək olan bütün şirkətlərə təşəkkür etmək istəyirəm. Həmin şirkətlər öz dəstəkləri ölkəmizdə maliyyə savadlılığın artırılmasına öz töhvələrini vermiş olurlar.

Maliyyə və İnvestisiya Forumu Gilan Holdinqin Baş Sponsorluğu, Azər Türk Bank, AzFinans və ADDA Project sponsorluğu, həmçinin New Media, LEDAZ, Webpage.az, Asan Radio, Asan Könüllüləri, RMM Group, AzerÇay, Bazarstore, Synergy Partnership, Köşem, AHK – Alman Azərbaycan Xarici Ticarət Palatasının dəstəyi ilə keçirilir. Forumun media partnyorları Banker.az, Fins.az, banco.az, unvan.az, Marja.az xəbər portallarıdır. Səhnə tərtibatımızın gözəl olması üçün hələ də Pullman oteldə fasiləsiz çalışan LEDAZ komandasına da xüsusi təşəkkür etmək istəyirəm.

FİF2017 Facemark.az marketinq portalı, ADMEDİA media agentliyi və Fİl Rəqəmsal Marketinq Agentliyi tərəfindən təşkil edilib.

Hələlik forum haqqında bu qədər. Hamınızı 06 may tarixində günün ən böyük maliyyə hadisəsinin şahidi olmağa dəvət edirəm.

Xatırladım ki, açılış nitqini İqtisadi İslahatların Təhlili və Kommunikasiya mərkəzinin İcraçı Direktoru Vüsal Qasımlı edəcək. Vüsal bəylə onların ofisində çox səmimi söhbətimiz oldu. Məlumat üçün deyim ki, forumumuzun ana qayəsini təşkil edən Strateji Yol Xəritəsinin hazırlanmasında mərkəz ciddi rol oynayıb. Ona görə də prosesləri bir də sahibindən dinləməkdə fayda var. Dəvətimizi qəbul edib iştirak etdiyi üçün də Vüsal bəyə təşəkkür edirik.

Son təşəkkürümü isə acizanə şəkildə öz ana komandamıza bildirmək istəyirəm. Həqiqətən bu qədər işin içində gecə-gündüz demədən çalışıblar. Biz bu işi sevirik. Faydalı olmaq çox gözəl duyğudur. Bu da bizim təşkilati komandamız 🙂

FIF2017 təşkilatçıları

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Fiziki cəhətdən bu işləri çatdırmaq olmaz. Amma gördüyün işi sevsən, olar. Bal kimi də olar :)

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

Milli İnsan Resursları Forumu 2016 – fəxr edirik

Sevindirici haldır ki, artıq ölkəmizdə il ərzində biznes sektoruna aid tədbirlər əvvəlki illərlə müqayisədə xeyli artıb. İldə bir dəfə MMF, bir dəfə DMC, bir dəfə MİRF, 2 dəfə Marketing AİR

Tədbirlər 0 Comments

“Bugünün Marketinqi 2″də SƏN də YAZ

Dostlar, bilirsiniz ki, keçən il DMC2015 günü, 31 oktyabrda biz maraqlı bir yeniliyə imza atdıq. Hər kəsin bol-bol tənqid etdiyi yazarlarımızın yazılarını bir araya gətirib 440 səhifəlik kitab halına saldıq.

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın