FMR TV-də iki aktual mövzu – MMF2015 və “Vitamin”

FMR TV-də iki aktual mövzu – MMF2015 və “Vitamin”

Əziz dostlar, bir müddətlik fasilədən sonra nəhayət ki, FMR TV-də yeni verilişlər çəkdik. Bir-birindən maraqlı 6 verilişimizdən artıq 2-ni yayımlamışıq. Digər 4-nü isə zamanla müzakirənizə təqdim edəcəyik. Mətləbə keçməmişdən öncə tanımayanlar üçün bildirim ki, FMR TV Marketing AİR məhsulu olub artıq 2 ildən çoxdur fəaliyyət göstərir. Azərbaycanın ilk internet marketinq televiziyasıdır. Sevindirici haldır ki, heç bir əlavə dəstək və yardım olmadan Marketing AİR komandasının öz gücü hesabına sektora öz dəstəyimizi verməyə çalışırıq. İnşallah ki, bu müddət ərzində faydalı ola bilmişik. İndi keçək mətləbə.

Bu dəfəki verilişlərimizdən biri MMF2015-ə, yəni hər il ənənəvi olaraq keçirdiyimiz Milli Marketinq Forumu-na həsr edildi. Məlumat üçün deyim ki, artıq növbəti həftədən biletlər 28 Cinema-nın kassalarında satışda olacaq, eyni zamanda sayt vasitəsi ilə də online olaraq əldə edə biləcəksiniz. Bu il forumda bizi bir çox yeniliklər gözləyir. Bu haqda çox danışmadan Sizi aşağıdakı videoya baxmağa dəvət edirəm.

Videodan gördüyünüz kimi bu il daha maraqlı olacaq. “Olimpə doğru” şüarı ilə 30-dan çox şirkət və spikerin iştirakı ilə hazırkı iqtisadi durum şəraitində uğur, inkişaf perspektiv və reallıqlarını müzakirə edəcəyik.

FMR TV-də ikinci verilişimiz isə “Vita1000” brendinin son zamanlar geniş müzakirə olunan rebrendinqi ilə bağlı idi. Bildiyiniz kimi marketoloqlar arasında bu rebrendinq birmənalı olaraq qarşılanmırdı. Marketinq Azərbaycan qrupunda da mövzu ətrafında xeyli müzakirə getmişdi. Biz də elə buna əsaslanaraq verilişi Marketinq Azərbaycan qrupunda gedən müzakirə zamanı yazılan şərhlər əsasında qurduq. Düşünürəm ki, maraqlı alınıb. Aşağıda Sizə həmin verilişi təqdim edirəm. Mühakimə etmək və faydalanmaq, səhvlərdən sığırtalanmaq isə Sizin məsuliyyətinizdədir artıq. Şəxsi fikrim olaraq onu deyə bilərəm ki, ideya baxımından bir çox çeşidlərdə məşhur ədiblərin yazdıqlarının fərqli təqdimatı uğurludur. İstənilən marketinq aktivliyinin məqsədi müştərilərin diqqətini cəlb etməkdir ilk növbədə. Məhz bunu “Vitamin”in bacardığını rahat-rahat söyləyə bilərik. Vizuallıq baxımından isə daha çox dizaynerlər qiymət verə bilər deyə çox şey deməyəcəyəm. Yeganə narahat olduğum məqam odur ki, biz bu və bunun bənzəri digər aktivliklərdə adətən nədənsə marektoloq olmaqdan daha çox kopirayter və ya dizayner olmağa üstünlük veririk, “vətən, millət təəssübkeş”liyi etməyə başlayırıq. Düşünürəm ki, bunlar ümumi aspektdə onu edən şəxsə o qədər də fayda verməz. Çox danışmadan mövzunu aşağıdakı video ilə davam etdirək.

 

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

İntervyular 0 Comments

Azərbaycandakı AVM-lər və AVM marketinqi haqqında FMR TV-də danışdıq

Bu dəfə FMR TV-də nələri danışdıq. – Yeni trend olan AVM-lərin Azərbaycanda yeri, vəziyyəti necədir? – Alış-veriş mərkəzlərinin müştərilərlə və şirkətlərə faydaları nələrdir? – Hansı AVM daha effektiv işləməkdədir? 28mall,

İntervyular 0 Comments

Pandemiya sonrası menecerlərdə yaranan “Tükənmişlik Sindromu” (video canlı yayım)

ICF akkreditasiyalı Peşəkar Kouç, Tranzaksional Analiz Mütəxəssisi – Könül Əliyeva ilə top menecerləri və şirkət çalışanlarını ən çox narahat edən problem – “Tükənmişlik Sindromu”nu müzakirə etdik. Facebook Comments

İntervyular 0 Comments

Antenn Fm-də “Deməyi Sizdən” verilişinin qonağı olduq

Dostlar, ötən həftə Antenn FM-də Aziza xanımın qonağı idik. “Deməyi Sizdən” verilişində məndən başqa Nikoyl Bankdan Rəşad bəy və Dəmirbankdan dostumuz Anar Bayramov da orda idi. Mövzumuz biznesin idarə edilməsi

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın