Marketing AİR 11-ci dəfə
Bu gün Marketing AİR təlimlərinin 11-cisi fəaliyyətə başlayır. Bu dəfə də 40-dək müxtəlif şirkətlərdən olan menecerlərlə. 5 ildir ki, eyni templə gedirik. Ona görə də bugün AİR məzunlarından 500 nəfərə yaxın adam var ki, müxtəlif yerli və xarici şirkətlərdə çalışırlar.
İlki 2012-ci ilin oktyabrında başlamışdı. O zaman üçün ilk praktik marketinq təlimləri idi. İndi şükürlər olsun ki, marketinq sahəsi ölkəmizdə kifayət qədər məşhurlaşıb. Bugünün özündə çox sayda savadlı, bacarıqlı marketoloqlarımız var. Onları görmək, işlərini izləmək zövq verir. Marketing AİR bu 5 il ərzində insanların gözündə dəyərə çevrilə bilib desəm, yəqin ki, yanılmaram. Sevindirici haldır ki, son 2 ildə ünsiyyətdə olduğum elə bir HR olmadı ki, Marketing AİR deyəndə ən azı “xəbərim var, eşitmişəm” deməsin. Əgər oxumamısınızsa, AİR-in tarixi ilə bağlı bu yazını oxumanızı tövsiyyə edirəm – 3 qaranın sirri Bu belə.
Ağıllı fikirləşincə…
Kiçik sahibkarlıq həmişə çevik olduğuna görə digərlərini qabaqlayır. Bir dəfə universitetdə bir vəzifəli şəxsə sual verdim ki, digital marketinq çox yüksələn xəttlə gedir, onu niyə dərs kimi tədris etmirsiniz ayrıca? Dedi ki, onu dərs kimi tədris etmək üçün minimum 1 il lazımdır. Bir çox prosedurları var imiş. Amma bazarda rəqabət amansızdır. Bazar gözləmir ki, sən 1 ilə onu dərs siyahına sal, 4 il o sahə üzrə adam yetişdir, 1 il də O, bazarda özünə təcrübə toplasın və sənin işinə yarasın. Ona görə kiçik sahibkarlar daha tələbi daha düzgün görüb daha çevik cavab verirlər bu tələbə. Marketing AİR də eyni zərurətdən yaranmışdı. Hamı kitab oxumağı bacarır, amma praktik bu işi real bazarda necə etmək olar hamı bilmirdi. Marketing AİR 2012-ci ildə o boşluğu düzgün görə bilmişdi.
Davamlılıq şərtdir
Təbii ki, AİR proqramının uğurunda onun davamlı olması əvəzedilməz rol oynayıb. Biz ən çətin vaxtlarımızda belə AİR-ə diqqət edək, o mütləq olmalıdır demişik. Açığını deyim ki, vaxt baxımından çox əziyyət çəkirik, çəkirdik. Amma yenə də nəyin bahasına olur-olsun davamlı olmağa çalışdıq, daim öz üzərimizdə işlədik, yeniliklər etdik. Gah yeni formatlar düşündük, cinemaya keçdik, gördük alınmır, qayıtdıq əvvələ. Sonra qiyməti bir az da qaldırıb kontingenti dəyişdik. Təqdimat mövzularını dəyişdik, AİR-çilərin möhkəm dostluqlarının formalaşması üçün il ərzində bir neçə dəfə sırf onlara özəl əyləncəli yığıncaqlar təşkil etdik.
Həmişə dəyişmək və ona hazır olmaq
AİR-in kənardan çox sadə, amma bir o qədər də faydalı 3 modulu – istiqaməti var. 1. Marketinq kommunikasiyaları, 2. Brendinq 3. Biznes strategiyaları, marketinq strategiyaları. 5 ildir ki, bu istiqaməti dəyişmirik və uğurlu olduğunu düşünürük. Keçən dəfədən isə işi bir az da təkmilləşdirmək və təlimlərin keyfiyyətini artırmaq üçün satış hüquqlarımızı tamamilə Sat Group şirkətinə verdik. Artıq təlimlərdə ancaq işin kontentinə fokuslanırıq. Administrativ işlərdən AİR-in təsisçiləri olaraq uzağıq. Bu çox yaxşıdır, effektivdir.
Məktəbi də var artıq
AİR-in builki konsepti də maraqlıdır. Yuxarıda yazdığım kimi 11-ci dəfə keçirdiyimiz üçün bu dəfə konsepti “XI AİR – Marketinqi məktəbindən öyrən” olsun dedik. 11 dəfə həqiqətən özü böyük məktəb sayıla bilər. 550-dək məzunu olan məktəb. Əgər az da olsa, marketinq sferamıza faydalı ola bilmişiksə, nə mutlu bizə 🙂 Bir neçə saat sonra marketing air ilk təlimi başlayacaq. Yerimiz də bir neçə dəfədir ki, dəyişməz qalır – Dəmirçi Plaza. Nə zaman istəsəniz, gəlin qatılın, dinləyin, sual verin, öyrənin, öyrənək. Bizim həm də yaxşı sloqanımız var idi axı – We Share / Biz Paylaşırıq.
Dostlarımız Sat Group sonuncu, 10-cu AİR məzunlarının bir neçəsi ilə maraqlı təəssürat videoları hazırlamışdılar. Yazımın sonunda onları Sizə təqdim edirəm və bugünkü AİR-də həm müəllimlərə, həm də iştirakçılara bol-bol uğurlayıram. Birlikdə 2 möhtəşəm ay keçirəcəyik.
Yazar haqqında
Editor review
Summary
5 il və 11-ci dəfədir ki, bu istiqaməti dəyişmirik və uğurlu olduğunu düşünürük.
Həmçinin oxuya bilərsiniz
Yeni trendlər və Rosskomnadzor
Rusiyanın yeni texnologiya ilə “ayaqlaşmasını” izləmək məcazi mənada zövq verir. Baxırsan ki, adamlar siyasətdə və hərbdə tətbiq etdikləri strategiyaları biznesə də ötürürlər. Yansıdırlar desək, daha düzgün olar. Yeni yaranan texnologiyaya
Bu ildən İqtisad Universiteti MBA proqramında tədrisə başladıq
Əziz dostlar, ötən bloqlarımın birində 1 il yarımdır dərs dediyim bakalavr marketinq qrupları haqqında yazmışdım. Bu müddət ərzində təxminən 500 nəfərlik tələbə heyəti ilə görüşmək imkanımız oldu. Çalışdıq ki, dərslər,
Səni deyirlər – böhran kommunikasiyasına dair keyslər
Bugün Çernobıl haqqında məşhur serialın sonuncu 5-ci seriyasına da baxdım. Məşhur lətifədə deyildiyi kimi baxmayan varsa, baxanlar baxmayanlara danışsa pis olmaz. Serial bütün dünyada, eləcə də Azərbaycanda ilk seriyadan xeyli
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun