Marketing AİR 12 başladı
Bəli, 12. Artınq neçənci dəfədir Marketing AİR haqqında yazdığımı unutmuşam. İlk dəfəsi yəqin ki, 6 il öncə, 2012 oktyabr ayında olub. Ən romantiki isə budur – 3 qaranın sirri 🙂 Ən xoşuma gələn video da budur:
Hərənin bir air-i var, bizim airimiz də ˝paylaşmaqdır˝.
Builki sloqanımız “Marketinq Vaxtı”dır. Yəni 12-ci AİR-in başlayacağı gün – 13 mart Azərbaycanda marketinq vaxtıdır. Bu iddialı sözü bizə 6 illik təcrübəmiz deməyə əsas verir. 6 ildir ki, davamlı olaraq hər ilin oktyabr və mart aylarında 2 aylıq praktik marketinq təlimləri start götürür. Sloqan demişkən indi çalışacam hər AİR-in sloqanlarını yadıma salım. Bu işi adətən digər müəllimlər mənə həvalə edirlər 🙂 Nə bilim AİR 7-də dedik ki, “Davam edir, daha ciddi”, AİR 9-da “Birincilərə qoşul”, AİR 11-də “Marketinqi məktəbindən öyrən”, AİR 10-da “5 ildir ki, ON AİR” və s. Bu proses xüsusilə mənə zövq verir. Hərəsinə bir ad verib tarixə qovuşdururuq.
Gedirik üzü küləyə
O vaxtdan bilirdik ki, strateji uzaq hədəfləri parçalamaq lazımdır. AİR 1 edəndə dedik ki, hədəf AİR 11 olmalıdır. Səbəbini də bu yazıda demişəm. Aşağıda həmin cümlədən sitatı da xatirə olsun deyə paylaşıram.
Bu sözləri 7-ci AİR-də xatırlatmışdım. Şükürlər olsun ki, bu hədəfə çatdıq. İndi növbəti hədəfim tam ciddi desəm, Marketing AİR-in stolüstü praktik marketinq dərsliyini nəşr etməkdir. Çalışırıq ki, zamandan pay götürüb bu işi də çatdıraq. İnşallah qismət olar.
AIR haqqında çox yazmışam. Əslində bu proqram 2012-ci ildə yerli müəlliflərin dilindən praktik bilgilərə çox ehtiyac olduğundan zamanda yaranmışdı. Marketinq dili ilə desək, doğru zaman – doğru məhsul idi. Ona görə də qısa müddətdə məşhurlaşdı. Bugün marketinqə işçi götürən elə bir HR tanımıram ki, Marketing AİR təlimlərini ən az bir dəfə eşitməmiş olsun. Mən, Anar müəllim, İlkin müəllim bir yerdə yığışıb AİR-dən danışanda bizi güclü edən bu 3 səbəbi daim xatırlayırıq. Bu işə başlayan, yeni başlamaq istəyən hər kəs əslində bu 3 səbəbdən faydalana bilər. Onlar hansılardır?!
1. Dəyişməkdən qorxmadıq
Dəyişmək çətindir. Dəyişmək həm də “ağrımaz başı ağrıtmaq” deməkdir, komfort zonanı tərk etmək deməkdir. Biz nələri dəyişdik?! Mən sadalayım Siz baxın:
- Çox böyük sayla başladıq ilk AİR-i. 90 nəfər – 2 qrup – 3 ay. Sınadıq və gördük ki, yox, yoruluruq və effektliyimiz düşür aşağı. Həmən dəyişdik. Elə 2-ci AİR-də. 1 qrup – 2 ay – 40 nəfər formatına keçdik.
- Fərqli təlim formatlarını sınaqdan keçirdik. Marketinq Cəmiyyətində edək dedik, marketinqə daha yaxın olaq dedik. Daha sonra dedik yox, bura sığmırıq. Kinoteatr formatına keçdik. Maraqlı təcrübə idi hamımız üçün. Hər dəfə nəyisə mütləq dəyişirdik. Sonra da dedik yox, AİR 1,2, 3 deyincə ++ deyək. Onu da sınadıq, ürəyimizcə olmadı. Qayıtdıq rəqəmlərə 🙂 Sonradan Demirchi Plazaya keçdik. Hələ də orada davam edirik. Çox razıyıq.
- Korporativ stilimizi dəyişdik. Bəli, düz 8 AİR-dən sonra yeni, günün tələblərinə uyğun korporativ stil hazırladıq. Bu işə ilk başlayanda əlimizdən tutan Şirazi bəyə də, sonradan onu təkmilləşdirən Kamran Sadıxova da təşəkkür edirik.
- Təlim proqramlarımızı tez-tez dəyişdik. İndi də hər dəfə yeniləyirik. Aktual olanları daha da təkmilləşdiririk.
- Satış sistemimizi dəyişdik. Son 3 AİR-ə kimi satış işini də özümüz görürdük. Bloqlar yazırdıq, sosial şəbəkələrdə reklamlar edirdik, saytı, qeydiyyat sistemini özümüz idarə edirdik. İşimiz isə hər ötən il daha çox olurdu və bu səbəbdən get-gedə administrativ işlərə nə zamanımız qalırdı, nədə ki, əvvəlki kimi həvəsimiz. Məhz o zamanda da çox vacib bir qərar qəbul etdik. Biz təlimçilər olaraq ancaq məzmuna köklənəcəyik, satış işini professinal şirkətə həvalə edəcəyik. O ərəfədə bu işi ən yaxşı görən Sat Group idi, xüsusilə Azad Qəhrəmanov. Satış hüquqlarımızı Sat Group-a verəndən sonra bir xeyli rahatladıq. Artıq daha professional formada təşkilatçılıq gördük, təlimçilər olaraq əsas işimizə daha çox fokuslandıq. Həqiqətən də bir müddət sonra ən güclü olduğun sahədə qalıb qalan bütün detalları outsource etməyin çox doğru olduğu qənaətindəyəm. Bəlkə də iş başlayanda hamısını özünüz edə bilərsiniz, amma bir müddət sonra çox yorulacaqsınız. İndi şükür Allaha eyni templə ildə 2 dəfə olmaqla ən az 35-40 nəfərlə davam edirik. İştirakçılar da 95% şirkət çalışanlarıdır.
- Təlim formatını da dəyişdik. Yəni əvvəllər biz 3 təlimçi ard-arda növbələnirdik və 3-müzdən sonra bir qonaq təlimçi dəvət edirdik. İndi bu ildən qərar verdik ki, hər modul üzrə bir təlimçi təlimini başlasın və bitirsin. Bu dəyişiklik də iştirakçıların qeydlərindən sonra yarandı. Yadıma düşmüşkən deyim ki, Sat Group təlimdən sonra iştirakçılardan bütün tənqid və təkliflərini alıb təlimçilərə göndərir. Mən özüm o tənqidlərdən şəxsən çox şey öyrənirəm, dəyişirəm, faydalı olur.
2. Davamlı olmaq vacibdir
6 il tarix üçün çox qısa, amma bir insan ömrü üçün elə də az vaxt deyil. Bu işə başlayanda da ildə 2 dəfə, bütün çətinliklərə baxmayaraq hər dəfə eyni vaxtda başladıq. Elə indi də elə edirik. Artıq insanlar da sistemli işin olduğunu görür, daha çox etibar edirlər. Özümüz də məsuliyyətimizi çox gözəl anlayırıq. Siz də bir işə başlamısınızsa, ayağınıza dəyən ilk daşlar Sizi ruhdan salmasın. Səbrlə davam edin və mütləq istədiyinizə nail olacaqsınız.
3. Netvörkinq işin canıdır
AİR-in maliyyə direktoru Bayramov hər il iştirakçıların pivot cədvəllərini hazırlayır və hər il də yeniləyir. Bu il də söz verib, gözləyirik 🙂 Deməli, ötən ilki siyahılarda təxminən bügünəqədərki AİR-ləri bitirən 500 nəfərin hazırda harada çalışması, neçənci air olması, təlimə gələrkən harada çalışması haqqında məlumat var. Zarafat deyil, Azərbaycan şirkətlərində çalışan 500 AİR məzunu var. AİR-in təsisçiləri də marketoloq olduqlarından bu işi zəif görsəydilər düz olmazdı 🙂 Nəticə ortadadır. Bugün AİR məzunları özləri arasında çox sıx dostluq mövcuddur. Hətta evlənənlər də oldu. Bu bizi çox sevindirir. Onlar böyüdükcə, onların inkişafını gördükcə o “çorbada az da olsa duzumuzun” olmasına səmimi şəkildə çox sevinirik, fəxr edirik. Bugün ölkə marketinqinin inkişafında həmin dostlarımız çox gözəl işlər görürlər.
Gəlin, 12-ci AİR-də görüşək
12-ci AİR-də özümüz üçün daha bir yenilik etdik. Hər dəfə ancaq poster hazırlayıb onun üzərindən reklam edirdik. İndi xüsusi video çarx vasitəsilə etmək qərarına gəldik və aşağıda gördüyünüz formda bir iş ortaya çıxdı. Fürsətdən istifadə edib videonu ərsəyə gətirdiyi üçün Fil Agentliyinə də təşəkkür edirəm.
Proqrama görə mənim təlimlərim aprel ayından başlayacaq. İndi isə İlkin müəllimin 5 təlimi gedəcək aprelin əvvəlinədək. Bax belə. Yeni AİRimiz mübarək olsun! 🙂
Yazar haqqında
Editor review
Summary
Hərənin bir air-i var, bizim airimiz də ˝paylaşmaqdır˝.
Həmçinin oxuya bilərsiniz
Canlı yayımda Aysel Cəbrayılova ilə “ŞƏRİKLİ ÇÖRƏK”dən danışdıq
Facebook Comments
MMF2014-ün ilk gününə olan maraqlı şərhlər, tvitlər
Əziz dostlar, bu gün MMF2014-ün ilk gününü geridə qoyduq. Bu haqda hələ çox yazılacaq. Qısaca onu deyim ki, bugün həştəqimiz aztwi-də top trend oldu. Bu gün həm də ANS TV
“Marketoloq biznesin həkimidir” logo yarışması
Marketing AİR olaraq bizə həmişə dəstək verən Azərbaycan Marketinq Cəmiyyəti yeni yarışma başladıb. Yarışma kifayət qədər maraqlı və kreativ bir yanaşma üzərində qurulub. Bu fikri biz AMC-nin ofisində Rəhim müəllimdən
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun