NNA Academy – praktiki mini MBA proqramı başladı

NNA Academy – praktiki mini MBA proqramı başladı

Hamımızın karyerasında 5-10 ili tamamladıqdan sonra yeni istəklər, yeni hədəflər formalaşır. Bu da çox təbiidir. İnsan eyni işi uzun müddət görə bilməz. Daim öz üzərində çalışmalı, bilik və təcrübəsinə yeni nələrsə qatmalıdır. Bugün təhsil sistemimizin ən böyük çatışmazlığı onun praktik yönünün yetərli olmamasıdır. Hamımız istər işəgötürən, istərsə də işçi mövqeyindən bu çətinliyi hiss edirik.

Biznesin praktik oyun qaydalarını ancaq universitet təhsili ilə əldə etmək olmur. Bunun üçün də dünyada bir çox MBA proqramları yaradılıb. Və bu artıq öz sahəsində minimum 5-10 il iş stajı olan şəxslər üçündür. Onların bir qismi ixtisasını dəyişmək üçün, bir qismi də daha rəhbər vəzifələrə getmək üçün MBA təhsili alırlar. Normalda MBA təhsili master kimi 1-2 illik proqram şəklində olur. İşləyən adamlar işdən sonra MBA dərslərini almaqla həm özünə yatırım edir, həm də işini axsatmır. Azərbaycanda isə keyfiyyətli və ən əsası yuxarıda dediyim kimi praktik MBA proqramları çox olmadığından bir çox hallarda xaricə getməli oluruq. Bu halda da iş yerimizi və yaxınlarımızı ən azı müvəqqəti tərk etməli oluruq. Edə bilməyənlər də distant / online təhsil almağa üstünlük verirlər.

Ölkəni tərk etmənin maddi çətinlikləri aydındır. Adətən MBA proqramları ucuz olmur. Məsələn bizə ən yaxın Türkiyədə Bilgə Universitetinin MBA proqramının qiyməti bir dönəm üçün 16000 dollar civarıdır. Xaricdə MBA-nın çox saylı üstünlükləri danılmazdır. Amma gəlin razılaşaq ki, yenə də yerli adaptasiya tələb edir. Lokal biznes elə lokal qaydaları ilə idarə edilir. Və ölkəmizdə aparılan iqtisadi islahatların istiqaməti də onu deməyə əsas verir ki, biz çox ciddi şəkildə xarici təcrübəni öyrənməli və ən əsası bunu nəticəyə yönəlik praktik üsullarla tətbiq etməliyik, adaptasiya etməliyik.

Biz dostlarımızla bu sahədə olan boşluğu görüb birlikdə NNA Academy adlı praktik mini MBA proqramı hazırlamaq qərarına gəldik. Daha ətraflı məlumat üçün nna.az saytından və rəsmi facebook səhifəsini ziyarət edə bilərsiniz.

Qısaca üstünlüklərini aşağıda sadalayıram:

  1. Klassik MBA kimi 2 illik deyil, intensiv üsulla 4 ay müddətinə bitir.
  2. İş yerinizi dəyişmək lazım gəlmir, işdən sonra 19:00-da başlayıb 2 saat davam edir.
  3. Təlimçilər 70% yerli biznes keyslərlə praktik olaraq aktual mövzularda tədrisi həyata keçirir.
  4. Mini MBA proqramımız 4 modulu əhatə edir. Bu təlim proqramı qabaqcıl biznes məktəblərinin MBA proqramının qısaldılmış formatında qurulmuş starteji idarəetmə, marketinq və satış, maliyyə və mühasibatlıq və strateji insan resurslarInın menecmenti mövzularını əhatə edən və praktiki mövzular üzərində qurulmuş təlimdir
  5. Yerli biznes mühitinə uyğunlaşdırılmış tədris materialları sertifikatlaşdırılmış təlim testləri ilə birlikdədir
  6. Təlimçilər 4 istiqamət üzrə öz sahəsində yerli və xarici təcrübəyə malik mütəxəssislərdir. Təlimçilərin praktik təcrübəsindən əlavə metodik təcrübələri də var ki, mövzuların asan şəkildə çatdırılmasına şərait yaradır.

Kimlər iştirak edə bilər:

  1. Biznesini inkişaf etdirmək istəyən sahibkarlar;
  2. Korporativ sektorda çalışan bilik və bacarıqlarını inkişaf etdirib karyera pilləkənində rəhbər vəzifələrə yüksəlmək istəyənlər;
  3. MBA diplomu əldə etməyə zamanı olmayan həm çalışıb, həm də təhsilini artırmaq istəyən dinamik insanlar;
  4. Dünyada baş verən son biznes trendlərini izləyən və daha yaxşı anlamaq istəyən mütəxəssislər;

Təlimdə iştirak etmək üçün minimum şərtlər:

– Bakalavr Təhsili

– 3 il iş təcrübəsi

Tədrisin izahı: Azərbaycan dili
Tədris materialları: Azərbaycan dili/İngilis dili
Müddəti: 64 saat (4 ay)
Həftənin 1-ci və 4-cü günləri saat 19:00-dan 21:00-dək
Qiymət: 280 AZN (aylıq)

Qoşulmaq üçün əlaqə: (+99450) 500 71 41)

Qısacası, kiçik sahibkarlar, ixtisasını daha da praktik təkmilləşdirmək istəyənlər, gələcəkdə rəhbər vəzifələrdə çalışmaq istəyənlər, hazırda rəhbər vəzifədə çalışıb ayrı-ayrı şöbələrin işini daha düzgün idarə etmək, effektiv nəzarət etmək istəyənlər üçün şiddətlər NNA ACADEMY-nin mini MBA proqramına qoşulmağı tövsiyyə edirəm. Modulları  bütöv və ya tək-tək də götürmək mümkündür.

Proqrama qoşulmaq üçün qeydiyyatdan buradan keçə bilərsiniz.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 483 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Editor review

Summary

Qısacası, kiçik sahibkarlar, ixtisasını daha da praktik təkmilləşdirmək istəyənlər, gələcəkdə rəhbər vəzifələrdə çalışmaq istəyənlər, hazırda rəhbər vəzifədə çalışıb ayrı-ayrı şöbələrin işini daha düzgün idarə etmək, effektiv nəzarət etmək istəyənlər üçün şiddətlər NNA ACADEMY-nin mini MBA proqramına qoşulmağı tövsiyyə edirəm. Modulları bütöv və ya tək-tək də götürmək mümkündür.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

BOMBA qalibləri və nominantlarının təhlili

İlk dəfə keçirilən “Bomba” sosial media mükafatı barəsində daha öncə yazmışdım. Bir daha qeyd edim ki, Azərbaycanda biznes, marketinq, sosial media üzrə çox faydalı, lazımlı layihələrdən biridir. Ümidvaram ki, belə mükafatlandırma

Tədbirlər 0 Comments

Marketing AİR 12 başladı

Bəli, 12. Artınq neçənci dəfədir Marketing AİR haqqında yazdığımı unutmuşam. İlk dəfəsi yəqin ki, 6 il öncə, 2012 oktyabr ayında olub. Ən romantiki isə budur – 3 qaranın sirri 🙂

Tədbirlər 0 Comments

FIF2017 I panel moderator və spikerlərin çıxışlarının video yazısı

Əziz dostlar, FİF2017 06 may tarixində uğurla keçirildi. Tədbirdən 1 aydan çox vaxt keçməsinə baxmayaraq hələ də müzakirə edilir. Hissə-hissə facebook səhifəmizdə tədbirlə bağlı məlumat və videolar yayımlanmaqdadır. Mən ayrıca

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın