Ondan bir dənədir !
Bugünlərdə facebookda hər yerdə “Səndən 1 dənədir” kampaniyası viral olaraq yayılmaqdadır. Son ayların durğunluğundan sonra belə bir aktivliyin sosial şəbəkəni əhatə etməsi, insanlarda pozitiv mühit yaratması alqışa layiqdir. Amma bizdə bir az viralı gizlətmək bacarığı tam formalaşmadığından elə ilk andan bunu paylaşan JİS və Kapital Bankdakı dostlarımızın aktiv fb postları sayəsində rahatlıqla öyrəndik ki, bu Kapital Bankla hansısa formada əlaqəlidir. Yaxşı olardı ki, çalışıb bunu 3-cü tərəfin əli ilə pr edərlərdi. Onda məncə, daha çox adama çatmaq mümkün olacaqdı. Amma belə də nəticə facebookda gördüyüm qədərilə pis deyil, hətta çox yaxşıdır. Necə deyərlər, minlərlə adam artıq bu “sertifikatdan” alıb. Mən həmişə yerli bazar üçün yerli camaatın dilində məşhur sözlərin istifadəsinin tərəfdarı olmuşam. “Səndən bir dənədir” sloqanı da məhz bu səpkidəndir və tez-tez dilimizdə istifadə edilir. Buna görə JİS-i (bəllidir ki, onlar düşünüb) və sloqanı daha maraqlı edən hissə – sertifikat ideyasını düşünən dostumuz Ayseli və bütün komandanı təbrik edirəm. Həqiqətən də harda AİR, orda xeyir 🙂
Bu trend haqqında belə. Heyf ki, həştəqlərdən aktiv istifadə edilməyib, olsa daha yaxşı olardı. İndi keçək mövzumuza. Mövzumuzun kampaniya ilə heç bir əlaqəsi yoxdur. Sadəcə KVN-də demiş olmasın, yadıma düşdü yazdım. Yeni bloq yazımda marketinq addımı atıb adın seçilməsində trendi izləyirəm. 🙂 Bu gün mən Sizə “Ondan” yazmaq istəyirəm. Bilirsiniz niyə??? Çünki Ondan bir dənədir. O nə edirsə, gözəl alınır. O, nə edir, niyə gözəl alınır bilmək istəyirsinizsə, axıra kimi oxumalısınız. Onu başqalarından fərqləndirən 10 xüsusiyyət haqqında oxuyacaqsınız.
1. Başqaları risk etməyi sevmir. Buna ehtiyac olduqda riski minimuma endirib hərəkət etməyə üstünlük verir. O isə riski çox sevir. Qazandığı çox şeyi elə zamanında etdiyi risklərə borcludur. Bəzən təcrübənin verdiyi intuasiya ilə risk edib uğurlu olub. Ona ətrafında da bu risk alma bacarığına görə çox hörmət edirlər.
2. Başqaları ancaq göstəriş verir. Verdiyi göstərişlərin doğru olduğuna çox inanır. O isə göstərişlərinin və fikirlərinin doğruluğunu sübut üçün tabeliyində olanların həvəslə icra etməsinə həvəsləndirir. Qərarlarını onların qərarı kimi göstərib istər qərarı, istər nəticəni başqalarının da sahiblənməsinə nail olur.
3. Başqaları onlara verilən dairənin içində maksimum edə biləcəkləri qədər hərəkət etməyə çalışır. O isə həmişə bu dariədən böyük düşünür və böyük düşündüyü üçün də daimə yeni fikirləri ilə yeni üsullar yaradıb ilk olur.
4. Başqaları hər hansı bir şeyin doğru etməyə çalışarlar. O isə fokusu bir az da böyüdüb doğru bildikləri şeyləri edər.
5. Başqaları hər şeyi planlı etməyi çox sevir. O isə hər şeyi deyil, hamını bir ruhda saxlamağa üstünlük verir. Hamını bir yerdə tuta bilərsə, bütün planlar uğurla yerinə yetirilə bilər deyə düşünür. O bilir ona nə lazımdır.
6. Başqaları hədəfə ona çatmaq üçün stimul kimi baxır. Və çatdıqdan sonra işini bitirmiş hesab edir. O isə hər hədəfi bir növbəti hədəfin başlanğıcı hesab edir. O bilir ki, hər şeyi daha yaxşı etməyin daha yaxşı yolu həmişə var. O hər günü bir öncəki gündən daha yaxşı necə etmək olar deyə düşünür.
7. Başqaları üçün problem yaranması problem olur. Onun üçün isə problemin həllinin olmaması problemdir ən yaxşı halda. Filan məsələdə problemimiz var sözü onun üçün aprelin 22-dən sonra 23-ü gəlir kimi bir şeydi. Başqaları problemi yığanları sevmirsə, O, problemin həlli yollarını yubadanları sevmir.
8. Başqaları “dünyanın düzəlməsini istər, yaxşılığı isə qonşusundan gözlər”, O isə “bu yeməkdə mənim də duzum olsun” deyib sonunu düşünmədən nəsə etməyə çalışar, doğru bildiyi şeyləri edib ətrafına faydalı olmağa çalışar. Başqaları bilir ki, hər hansı bir şeyi düz etməyin yolu nədir. O isə təkcə bilmir, həm də edir.
9. İnsan ömrü qısa, arzuları isə uzundur. Bu disproporsiyanı başqaları qısa müddətli planlar qurmaqla idarə edir, hər şeyi daha tez edib tez reputasiya qazanmağa üstünlük verir. O isə həqiqətin uzun müddət bağlı qala bilməyəcəyini bilir, insan ömrü bəlkə görməsə də, tarix üçün çox da uzun olmayan müddətdə hər şeyin ortaya çıxacağını bilir. O, heç kimdən heç nə gözləmir. Gözləmədiyi üçün də çox rahatdır.
10. Başqaları Onu həmişə qısqanır. Çünki qəlblərinin dərinliklərində həmişə Onu kimi olmaq istəyirlər, istəyiblər. Amma bunu etmək üçün nələrdənsə imtina etmək onlar üçün çox çətin olub. Bu bahalı həyat, bəsit ehtiyaclar, rəsmi, qeyri rəsmi titul və n qədər başqa şeylər olub. O, isə çox şeydən imtina etməyi bacarıb, buna görə onu çox qınayıblar. Ondan üz döndəriblər, O isə bunları vecinə almayaraq üzünü zamana döndərib mükafatını gələcək nəsillərə həvalə edib.
Məhz gələcək nəsillər özləri daha obyektiv, daha real mükafatı verəcək. O da bunu bilir. Elə ona görə ONDAN BİR DƏNƏDİR. Çünki O, LİDERDİR !!! Liderlər sıravi müdirlərdən, idarəçilərdən fərqlidirlər. Ədəbiyyatlar isə həmişə yazanda “O və başqaları” yazır.
Editor review
Summary
Ədəbiyyatlar isə həmişə yazanda "O və başqaları" yazır.
Həmçinin oxuya bilərsiniz
Kitab oxumaq haqqında
Kitab oxumaqla bağlı özüm üçün yeni metod tapmışam. Eyni anda 4-5 kitaba başlayıram. Eyni anda başlasam da bitirmə vaxtları çox fərqli olur. Çünki eyni anda başladığım kitabların birini evə, birini
3 il, 3 qara və daha nələr
Hərənin bir air-i var, bizim də airimiz ˝paylaşmaqdır˝. 3 il öncə məhz belə deyib çıxmışdıq yola. Bugünlərdə Marketing AİR-in yaranmasının 3 ili tamam oldu. Hələ təlim başlayan ərəfədə ˝3 qaranın
Pandemiya sonrası menecerlərdə yaranan “Tükənmişlik Sindromu” (video canlı yayım)
ICF akkreditasiyalı Peşəkar Kouç, Tranzaksional Analiz Mütəxəssisi – Könül Əliyeva ilə top menecerləri və şirkət çalışanlarını ən çox narahat edən problem – “Tükənmişlik Sindromu”nu müzakirə etdik. Facebook Comments
Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun