Oxu.az saytı ilə əməkdaşlığa başladıq

Oxu.az saytı ilə əməkdaşlığa başladıq

Əziz dostlar, son zamanlar aktiv şəkildə bloq yaza bilməsəm də yeni-yeni yazılar yazmaq üçün hər gün oxuyuram, araşdırıram. Mütaliə yazarlıqda şərtdir. Mütaliə, müşahidə və düzgün təhlil ilə siz ətrafınıza, fəaliyyət göstərdiyiniz sektora çox faydalı yazılar, qənaətlər, təhlillər bəxş edə bilərsiniz.

Müəllif üçün yazılarının çox insan tərəfindən oxunulması vacib şərtlərdən biridir. Bildiyiniz kimi mən də bloq yazılarımı bloqumdan əlavə bir-neçə platformada yayımlayıram. Ümumilikdə bloqlarımız 20 000-lik auditoriya ilə mütəmadi olaraq paylaşılır.

Deyə bilərsiniz ki, bəs iş-güc içində bunları necə çatdırmaq olar? Yəqin ki, aranızda düşünənlər də var ki, böyük ehtimal işdə vaxtı çox olur və ya iş vaxtı edir. İnandırım Sizi ki, qətiyyən belə deyil, əksinə hazırkı işimdə, yəni Modern Groupda kifayət qədər işlərimiz çoxdur. Ölkəmiz, iqtisadiyyatımız üçün faydalı olan n qədər yeni layihələrin üzərində işləyirik və işdə yumşaq desək, baş qaşımağa vaxt yoxdur. Və mən həqiqətən də çox sevinirəm ki, hazırkı işimdə o cür professional insanlarla çalışıram, onlardan öyrənirəm. Bəs o halda necə həm oxuyub, həm də yazmaq olar deyirsinizsə, icazənizlə deyim ki, yazmaq bir sevgidir. Onu sevdiyiniz müddətdə o, sizi heç vaxt yormaz. Bu bayram günlərində, məsələn, vaxt edib səhərə qədər mütaliə etmişəm. Özüm üçün hədəf qoyduğum 5 kitab limitinə 2-si qalıb. Bu işlə sevərək, istəyərək məşğul olanda yorulmursan. Düzdür, şəxsi zamanına, ailənə ayıra biləcək zamanına girir, amma nə edək, bu da bir başqa sevdadır 🙂 Maksimum balansı qorumağa çalışıram.

Bayram günlərində isə mənim üçün maraqlı və faydalılığına şübhə etmədiyim bir razılaşma əldə etdik. Belə ki, bundan sonra ölkəmizin ən oxunaqlı saytları içərisində üst sıralarda yer alan oxu.az saytı ilə əməkdaşlıq edəcəyik. Həftəlik olaraq oxu.az üçün iqtisadiyyat bölməsinə eksklüziv yazılar təqdim edəcəyəm. Yazılarım oxu.az saytında yayımlandıqdan sonra isə onları bloquma əlavə edəcəm. İstinad olaraq yayımlamaq istəyən media resurslardan xahişim isə yayımlayarkən mənbəyə istinad etmələridir. Sevinirəm ki, yazarlar ilə professional iş prinsipləri ilə çalışan saytlarımız var və mən də onlardan biri ilə əməkdaşlıq edirəm. Faydalı ola bilmək üçün əlimdən gələni edəcəyəm. Əməkdaşlığımızın baş tutmasında səy göstərən dəyərli dostumuz Məmməd bəyəElvin bəyə də öz növbəmdə təşəkkür edirəm.

Saytda ilk yazım isə indidən deyim, çox maraqlı olacaq.

Facebook Comments

Yazar haqqında

Rafiq Hunaltay
Rafiq Hunaltay 497 posts

Təxəllüsdən istifadə etməyi sevirəm. 2011-ci ildən biznes, marketinq, və sərbəst mövzularda yazılarımı HUNALTAY təxəllüsü ilə yazıram. Yazılarımı oxuyaraq az da olsa, faydalana bildinizsə, təşəkkür əlaməti olaraq digərlərinin də faydalanması üçün paylaşmanız yetərlidir. Rəy və təkliflərinizi rafiq@hunaltay.com mail ünvanında görməkdən məmnun olaram.

Həmçinin oxuya bilərsiniz

Tədbirlər 0 Comments

Digital Marketing Conference 2016-ya hazırsınız?

Dostlar, hər il olduğu kimi bu il də DMC hazırlıqları yüksək səviyyədə davam edir. Bugün istədim Sizinlə hazırlıqlardan danışım, gedişat barədə hələlik dəqiq olan məlumatları bölüşüm. Məkan haradır? Bu ilin

Müştəri Davranışları 0 Comments

Survivor Sindromu

Deyirlər ki, hər gün az-az devalvasiya olur. Və belə davam edərsə, şirkətlər yenidən çətinliklə üzləşə bilərlər. Və bu ərəfələrdə hər bir şirkət üçün yaxşı işçilərini qoruyub saxlaya bilmək çox önə

“Ən Az Like” ən çox səs gətirdi və ya 152 qat artıq nəticə

Nəhayət iyun ayının əvvəlindən başlayan “Ən Az Like” foto-müsabiqəsi başa çatdı. 20 gün şəkil yığımı və 10 gün də “ən az like” vermə nəticəsində qalib müəyyən olundu. Nəticələr olduqca maraqlıdır,

Şərhlər

Şərh yazan yoxdur

İlk şərh yazan siz olun

Şərh yazın