Oxu.az saytı ilə əməkdaşlığa başladıq
Əziz dostlar, son zamanlar aktiv şəkildə bloq yaza bilməsəm də yeni-yeni yazılar yazmaq üçün hər gün oxuyuram, araşdırıram. Mütaliə yazarlıqda şərtdir. Mütaliə, müşahidə və düzgün təhlil ilə siz ətrafınıza, fəaliyyət göstərdiyiniz sektora çox faydalı yazılar, qənaətlər, təhlillər bəxş edə bilərsiniz.
Müəllif üçün yazılarının çox insan tərəfindən oxunulması vacib şərtlərdən biridir. Bildiyiniz kimi mən də bloq yazılarımı bloqumdan əlavə bir-neçə platformada yayımlayıram. Ümumilikdə bloqlarımız 20 000-lik auditoriya ilə mütəmadi olaraq paylaşılır.
Deyə bilərsiniz ki, bəs iş-güc içində bunları necə çatdırmaq olar? Yəqin ki, aranızda düşünənlər də var ki, böyük ehtimal işdə vaxtı çox olur və ya iş vaxtı edir. İnandırım Sizi ki, qətiyyən belə deyil, əksinə hazırkı işimdə, yəni Modern Groupda kifayət qədər işlərimiz çoxdur. Ölkəmiz, iqtisadiyyatımız üçün faydalı olan n qədər yeni layihələrin üzərində işləyirik və işdə yumşaq desək, baş qaşımağa vaxt yoxdur. Və mən həqiqətən də çox sevinirəm ki, hazırkı işimdə o cür professional insanlarla çalışıram, onlardan öyrənirəm. Bəs o halda necə həm oxuyub, həm də yazmaq olar deyirsinizsə, icazənizlə deyim ki, yazmaq bir sevgidir. Onu sevdiyiniz müddətdə o, sizi heç vaxt yormaz. Bu bayram günlərində, məsələn, vaxt edib səhərə qədər mütaliə etmişəm. Özüm üçün hədəf qoyduğum 5 kitab limitinə 2-si qalıb. Bu işlə sevərək, istəyərək məşğul olanda yorulmursan. Düzdür, şəxsi zamanına, ailənə ayıra biləcək zamanına girir, amma nə edək, bu da bir başqa sevdadır 🙂 Maksimum balansı qorumağa çalışıram.
Bayram günlərində isə mənim üçün maraqlı və faydalılığına şübhə etmədiyim bir razılaşma əldə etdik. Belə ki, bundan sonra ölkəmizin ən oxunaqlı saytları içərisində üst sıralarda yer alan oxu.az saytı ilə əməkdaşlıq edəcəyik. Həftəlik olaraq oxu.az üçün iqtisadiyyat bölməsinə eksklüziv yazılar təqdim edəcəyəm. Yazılarım oxu.az saytında yayımlandıqdan sonra isə onları bloquma əlavə edəcəm. İstinad olaraq yayımlamaq istəyən media resurslardan xahişim isə yayımlayarkən mənbəyə istinad etmələridir. Sevinirəm ki, yazarlar ilə professional iş prinsipləri ilə çalışan saytlarımız var və mən də onlardan biri ilə əməkdaşlıq edirəm. Faydalı ola bilmək üçün əlimdən gələni edəcəyəm. Əməkdaşlığımızın baş tutmasında səy göstərən dəyərli dostumuz Məmməd bəyə və Elvin bəyə də öz növbəmdə təşəkkür edirəm.
Saytda ilk yazım isə indidən deyim, çox maraqlı olacaq.
Yazar haqqında
Həmçinin oxuya bilərsiniz
Psixoloji qiymət qoyma növləri – bunu maa neçəyə verərsən?! (I hissə)
Qiymətləndirmə mürəkkəb və iqtisadi əsaslarla yanaşı psixoloji biliklər də tələb edir. Marketinqin 4P-nin 1 elementi olsa da satışların asılı olduğu ən vacib amillərdən biri, bəlkə də birincisidir. Ümumiyyətlə bir çox
5-cə dəqiqə… Bilmədiklərimiz yox, bilib tətbiq etmədiklərimiz haqqında
Xeyli vaxtdır nə haqqında yazacağım barədə düşünürdüm. Nəhayət növbəti iş görüşlərinin birində qərarımı verdim. Mövzum bir çoxlarımızın mütəmadi olaraq iştirak etdiyi və ya dəvət etdiyi şəxslərlə iş görüşməsi haqqında olacaq.
DMC2016-ya 1 gün qalmış bunları unutma!
Dostlar, nəhayət sabah ölkəmizin ikinci Rəqəmsal Marketinq Konfransı DMC2016 baş tutacaq. Allahın köməkliyi ilə sabah 500 nəfərlik auditoriyanı tam dolu gözləyirik. Bu ana 486 yer artıq satılıb. Son 34 bilet

Şərhlər
Şərh yazan yoxdur
İlk şərh yazan siz olun